Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Gundemxeber.Az bildirir ki, prezident İlham Əliyev 2018-ci ili urğurlu il adlandırıb.
“Dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib”, dövlət başçısı qeyd edib.
Əliyev deyib ki, ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqram başa çatıb, bu il dördüncü proqram qəbul olunacaq.
İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib.
Prezident Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.
Prezident 2018-ci ili dərin islahatlar dövrü kimi xarakterizə edib.
O deyib ki, ötən il ümumi daxili məhsul 1.4, sənaye istehsalı 1.5, kənd təsərrüfatı isə 4.6 faiz artıb. Onun vurğulamasına görə, valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.
Əliyevin dediyinə görə, Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil.
“İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək,” o qeyd edib.
Onun sözlərinə görə, xarici borc ümumi daxili məhsulun 22,8 faizindən 19 faizinə düşüb
"Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb.”
Prezident valyuta ehtiyatlarının xarici borcu 4-5 dəfə üstələdiyini bildirib.
Əliyev 2019-cu ildə struktur islahatları olacağını diqqətə çatdırıb.
"İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü,” o qeyd edib.
Dövlət başçısı həmçinin çıxışında vergi, gömrük islahatlarından, səhiyyə sığortasının təmin ediləcəyindən, kölgə iqtisadiyyatının aradan qaldırılması üçün tədbirlərin davam etdiriləcəyindən, korrupsiyaya qarşı mübarizədən, turizmi, nəqliyyat sahəisndə görüləcək işlərdən, qeyri-neft sektorunun inkişafından, sosial sahədə dəyişikliklər olacağından danışıb.
Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər, qarşıda duran vəzifələrdən danışıb.
Bir qayda olaraq prezident Əliyevin çıxışı müxalifət tərəfidnən tənqidlə qarşılanır. Həmçinin müstəqil ekspertlər ölkədə iqtisadi azadlıqlar sahəsində islahatların ləng aparıldığını, kölgə iqtisadiyyatının səviyyəsinin 60 faizdən çox olduğunu bildirir. Ekspertlər həmçinin infilyasiyanın əhalinin real gəlirini üstələdiyini iddia edir. Pensiya islahatları isə tənqidlərlə üzləşib.
Yəni Rusiya ilə silah müamiləsi bilavasitə İlham Əliyev hakimiyyətə gələndən sonra başlanıb. Təsəvvür edirsinizmi Rusiyanın silah ixracatının 22 faizi nə deməkdir? Cəmil Həsənli Prezidentliyə keçmiş namizəd, Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, ölkə başçısı indiyə qədər çox baha qiymətə alınan silahlarla nə iş görüldüyü barədə hesabat verməlidir.
“Bu yaxınlarda Vladimir Putinlə Soçidə görüşdə İlham Əliyev fəxrlə bildirdi ki, son illər Rusiyadan 5 milyard dollarlıq silah-sursat, hərbi texnika alınıb. Stokholmda yerləşən Sülh Problemləri İnstitutunun məlumatına görə 2006-2016-cı illərdə Rusiyanın silah ixracının 22 faizi Azərbaycanın payına düşür. Halbuki, 2005-ci ilə qədər Azərbaycan ümumiyyətlə Rusiyadan silah almayıb. Yəni Rusiya ilə silah müamiləsi bilavasitə İlham Əliyev hakimiyyətə gələndən sonra başlanıb. Təsəvvür edirsinizmi Rusiyanın silah ixracatının 22 faizi nə deməkdir? Əgər doğrudan da belə böyük həcmdə silah alınıbsa, bəs hanı bunun nəticəsi? Axı, bu boyda silah arsenalı ilə işğal altında olan əraziləri bir neçə dəfə azad etmək olardı, əgər "Rossoboron" bu müamilədən daldalanan milyonları Londondakı "Azərbaycan Laundromat"ında "yumasaydı", Cəmil Həsənli facebook səhifəsində yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?