GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan danışıqlardan tam imtina etməyə hazırlaşır - GƏLİŞMƏ

İrəvan danışıqlardan tam imtina etməyə hazırlaşır - GƏLİŞMƏ

Tarix: 19-02-2019, 10:55 Bölmə :Siyasət Baxış: 313
İrəvan danışıqlardan tam imtina etməyə hazırlaşır - GƏLİŞMƏ


Gözləntilərə baxmayaraq, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Münhen görüşü baş tutmadı. Xatırladaq ki, hələ ötən aydan etibarən Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında növbəti danışıqların fevral ayında Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında olacağı anons edilmişdi.

Hətta bununla bağlı Ermənistan XİN rəhbəri də yerli mediaya açıqlamasında demişdi ki, heç nəyi istisna etmək olmaz. “İrəliyə doğru addım atdığımız aydın məsələdir, vaxt və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk”, - Z.Mnatsaknayan bildirmişdi.

Əslində XİN rəhbərlərinin yanvarda baş tutan 4 saatlıq Paris görüşündən sonra Qarabağ probleminin həlli ilə bağlı ümidlər yaranmışdı. Xüsusilə də xalqların sülhə hazırlanmasının vacibliyi barədə razılaşmanın əldə olunması ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sevincinə səbəb olmuşdu. Lakin bunun ardınca Nikol Paşinyanın və onun komanda üzvlərinin daha çox müharibəni alovlandırmağa yönəlik bəyanatları fonunda Münhendə növbəti dəfə danışıqlara vaxt ayırmağın mənası qalmırdı. Hətta konfransdan əvvəl bir sıra ekspertlər danışıqlardan, həmçinin mənasız fəaliyyətindən başqa heç nəyi ilə yadda qalmayan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtinaya çağırırdı. Bütün bunların fonunda görüşün baş tutmaması bəlkə də normaldır.

Amma Münhen konfransında diqqət çəkən bir görüş oldu - Rusiya XİN rəhbərinin erməni həmkarı ilə görüşünü nəzərdə tuturuq. Məlumatlarda bildirilirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə ediblər. Bununla bağlı Rusiya XİN də açıqlama yayıb. O da qeyd olunub ki, Lavrov-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmsədrlərin səylərinin artırılmasının vacibliyi vurğulanıb. Maraqlıdır, Lavrov doğrudan da Qarabağ məsələsinin həlli üçün can yandırırdısa, nədən Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək istəməyib?

Ortaya çıxan nəticə budur ki, Rusiya XİN başçısı ənənəvi bəyanatlardan və fəaliyyətdən kənara çıxmaqda maraqlı deyil, çünki status-kvonun saxlanmasından məmnundur. Əslində Lavrovun mövqeyi həm də Ermənistanın maraqlarına cavab verir. İrəvan “nə hərb, nə sülh” vəziyyətinin əbədilik davam etdirilməsinə çalışır, bunu hazırkı hökumətin siyasəti də sübut edir.

Mnatsakanyan Ermənistan mediasına açıqlamasında deyib ki, konfrans çərçivəsində azərbaycanlı həmkarı ilə ayrıca görüş planlaşdırılmamışdı. Amma qeyd edib ki, bu, danışmaq üçün heç bir mövzunun olmadığı demək deyil. Erməni nazir E.Məmmədyarovla probleminin olmadığını da vurğulayıb. O, həmsədrlərin bölgəyə səfər edəcəyini də bildirib. Qeyd edib ki, onların əsas məqsədi liderlərin görüşünə nail olmaqdır və bu istiqamətdə işləməkdə davam edirlər.

Bir müddət əvvəl Münhen konfransı çərçivəsində azərbaycanlı həmkarı ilə görüşəcəyini açıqlayan erməni nazirin indi tam fərqli mövqe sərgiləməsi sözsüz ki, səbəbsiz deyil. Liderlərin görüşünə hazırlıqlar aparılırsa belə, bu, həm də XİN rəhbərlərinin görüşündən keçir. Əgər bir tədbirdə iştirak edən iki nazir bir araya gəlməyibsə, deməli, problemin olmadığı barədə iddialar əsassızdır.

Bu mənada daha çox S.Lavrov amili ortaya çıxır. Hələ XİN başçılarının Paris anlaşmasından sonra Rusiyadakı bəzi çevrələrin narahat olduqları barədə məlumatlar yayılmışdı. Hesab olunurdu ki, Qarabağ münaqişəsinin tarixində ilk dəfə xalqların sülhə hazırlanması barədə anlaşmanın Parisdə əldə olunması Kremldə xoş qarşılanmayıb. Belə ki, Rusiyadakı ermənipərəst qüvvələr hansısa prosesin Moskvanın iradəsindən kənar həyata keçirilməsini həzm edə bilmirlər. Üstəlik, Rusiyanın vaxtilə masaya qoyduğu “Lavrov planı”, yaxud “Kazan razılaşması” adlı sənədi var. Bu mənada Lavrov onun iştirakı olmadan Azərbaycan və Ermənistanın hansısa anlaşma əldə etməsini qəbul edə bilməz.

Xatırladaq ki, N.Paşinyan məhz Davosda, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Rusiyaya getdi və onun Qarabağla bağlı radikal mövqeyə qayıtması bu səfərdən sonraya təsadüf etdi. Bir sıra ekspertlər hesab edir ki, Qərbin, xüsusilə də ABŞ-ın Qarabağla bağlı təşəbbüsü ələ almaq cəhdləri, həmçinin Fransada əldə olunan razılaşma Rusiyada qıcıq yaratdığından Münhen konfransında Lavrov “əyləci” basıb.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də deyib ki, Qərb - ilk növbədə ABŞ Dağlıq Qarabağa dair danışıqlar prosesinin intensivləşdirilməsinin tərəfdarıdır (Axar.az). Politoloq bildirib ki, Qərb bu məsələlərə bu və ya digər formada müdaxilə edərək prosesin canlanması ilə praktiki nəticələrə nail olmaq istəyir. “Bir müddət öncə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bu məsələlərdə aktiv rol oynaması Rusiyada qıcıq doğurdu. Amma Rusiya nəinki məsələyə qısqanclıqla yanaşdı, bütövlükdə tərəflərdən birini - Ermənistanı tam nəzarəti altına alaraq, danışıqlar prosesini öz inhisarına götürdü. İndi danışıqlar prosesi ərəfəsində yaranmış siyasi mühitin səciyyəsinə, xarakteristikasına gələndə deməliyik ki, erməni tərəfi Rusiyanın müdaxiləsindən sonra mövqelərini xeyli sərtləşdirib” - Q.Hüseynli deyib.

Onun fikrincə, baş nazir Paşinyan danışıqlar prosesinə əngəl ola biləcək kifayət qədər məsuliyyətsiz bəyanatlar səsləndirir: “Mən belə hesab edirəm ki, bu bəyanatların səsləndirilməsi təkcə Paşinyanın mövqeyi deyil, ona kənardan təsirin də olduğu aydın görünür. Rusiya prosesə tam da olmasa, bəlli ölçülərdə nəzarət edir desək, yanılmarıq. Çünki erməni tərəfi tamamilə Rusiyanın yönləndirdiyi istiqamətlə hərəkət edir və proseslərdə qeyri-konstruktivliyin daha çox hissəsi məhz bu düzəlişin nəticəsində baş verir”.

Politoloq 55-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rusiya və Ermənistan XİN rəhbərlərinin gözlənilən görüşünə diqqət çəkib: “Rusiya XİN rəhbəri də bu görüşdə iştirakı ilə dünyaya göstərmək istəyir ki, prosesdə həlledici rol Rusiyaya məxsusdur. Ən azı belə bir təəssüratın yaranması Rusiya xarici siyasəti üçün həlledici əhəmiyyətə malikdir. Bunu Münhen Təhlükəsizlik Konfransında göstərmək Rusiya üçün vacibdir. Lavrovun artıq Mnatsakanyanla baş tutan görüşü və Qarabağla bağlı müzakirənin aparıldığı barədə məlumatın yayılması dediklərimizi təsdiqləyir”.

Politoloq qeyd edib ki, hər iki dövlət rəhbərinin görüşünün baş tutması məsələsi də gündəmdədir: “Hətta bu görüşün ABŞ-da baş tutacağı da istisna edilmir. Zənnimcə, Lavrov əvvəla, liderlərin görüşü üçün lazım olan sənədlərin gündəliyə çıxarılmasını əngəlləyəcək. Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü üçün lazım olan əsaslar gündəmdə olmayacaq. Əlbəttə, bütün bunlar versiyalardır. Amma bu versiyaların olma ehtimalı çox yüksəkdir”.

S.Lavrovun Azərbaycana münasibəti bəllidir. Hətta illər öncə Rusiya XİN başçısı “Dağlıq Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” kimi absurd iddia irəli sürməklə işğalçı Ermənistanın çörəyinin üstünə yağ sürtmüşdü. Onun rəhbərlik etdiyi qurumun sözçüsü Mariya Zaxarova da vaxtaşırı anti-Azərbaycan mövqeli bəyanatlar səsləndirib. Amma bir sıra hallarda Rusiya-Azərbaycan münasibətlərindən danışan ekspertlər iki dövlət arasında əlaqələrin yüksək səviyyədə olduğunu, həmçinin dövlət başçılarının dostluq münasibətlərini önə çəkirlər. Bu mənada S.Lavrovun sərgilədiyi anti-Azərbaycan münasibəti onun şəxsi mövqeyi, xarici siyasət idarəsinin özəl fəaliyyətidir, yoxsa bunu həm də Putinin siyasətinin məntiqi nəticəsi saymaq olar?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a dedi ki, Qarabağla bağlı Qərbin həll planının olduğu qənaətində deyil: “Düzdür, ortada hansısa bəyanatlar var. Amma prosesi irəli aparmaq üçün Lavrovun təklifindən fərqlənən hansısa sənədin olması barədə məndə məlumat yoxdur”.

Eks-nazir dedi ki, Münhen konfransında erməni nazirlə görüş təşəbbüsü Lavrova məxsus olub: “Lavrov konfrans çərçivəsində vasitəçilik rolunu göstərmək üçün Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək niyyətində idi. Bu hadisə Rusiyanın rolunu göstərən hadisə olmalıydı. Belə görünür ki, ermənilər buna getməyiblər. Ermənistan XİN rəhbəri öncədən qəribə bəyanat verdi ki, mən belə bir görüşə hazırlaşmıram. O, Paşinyandan sonra belə bir görüşdə iştirak etmək istəmədi”.

Münhendən sonra nə baş verəcəyinə gəldikdə, T.Zülfüqarov bunları bildirdi: “Erməni nazir niyə bu görüşdən qaçır? Çünki Paşinyanın yürütdüyü siyasəti həyata keçirir. Paşinyan deyir Azərbaycan getsin Qarabağla danışsın! Azərbaycan da Paşinyanın bəyanatına gərək lazımi cavab versin. Ermənilər danışıqlar prosesindən tam imtina etməyə hazırlaşır, bu proses artıq özünü göstərir. Təbii ki, rəsmi Bakı danışıqlara sadiqliyini bildirməlidir. Amma həm də bəyan olunmalıdır ki, Ermənistanın bu mövqeyi ilə hansı danışıqlar aparıla bilər? Vəziyyəti real qiymətləndirmək məqamı yetişib”.

T.Zülfüqarov Lavrovun Putindən fərqli xətt yürütdüyü qənaətindədir: “Lavrovun ermənipərəstliyi öz yerində. Amma hiss olunur ki, artıq Ermənistan XİN rəhbəri Lavrovun məsləhətlərinə önəm vermir, bu da Lavrovun xoşuna gəlmir. Sadəcə, Lavrov daim Rusiya siyasi elitasının daxilində bu fikri müdafiə edir ki, Ermənistan bizə lazımdır. Rusiyanın siyasi elitasında artıq bölünmə var. Yəqin ki, bu vəziyyətə Putin tərəfindən qiymət veriləcək. Təcrübədən görünür ki, Putin sözünü deyir”.

Eks-nazir V.Putinin Azərbaycana normal münasibət bəslədiyi qənaətindədir: “Fakt budur ki, Putin Paşinyandan Köçəryanı azad etmək xahişini edib və ona ”yox" cavabı verilib. Bu, birbaşa Putinin nüfuzuna zərər gətirən addımdır. Təbii ki, belə vəziyyət uzun çəkə bilməz. İndiki halda Putinin mənliyinə toxunan Paşinyandır. Erməni baş nazir Putinin xahişinə baxmayaraq, Köçəryanı həbsdən buraxmır, hətta Sərkisyanı da həbs etmək istəyir". Sabiq nazirin fikrincə, belə olan halda Rusiya prezidenti Ermənistana qarşı qəzəbli olmalıdır, Azərbaycana qarşı yox".

Amma bütün bunlara baxmayaraq, S.Lavrov hələ də işğalçı Ermənistanın maraqlarına uyğun davranırsa və bu da Azərbaycanda narahatlıq yaradırsa, o halda prezidentin müdaxiləsinə ehtiyac var...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmmədyarovla Mnatsakanyan görüşəcək - XİN təsdiq etdi

    Məmmədyarovla Mnatsakanyan görüşəcək - XİN təsdiq ...

    8-10-2018, 15:42

  • 
  • Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yayıblar

    Həmsədrlər Azərbaycan və Ermənistan XİN ...

    24-09-2017, 11:58

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

    Azərbaycan və Ermənistan xarici işlər ...

    12-07-2017, 11:00

  • 
  • Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında mümkün görüş barədə

    Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan ...

    9-01-2019, 16:37

  • 
  • Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub

    Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ...

    9-07-2018, 11:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu