GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ankaradan İrəvana hədə kimi mesaj: “Qurtuluş istəyirsinizsə...”

Ankaradan İrəvana hədə kimi mesaj: “Qurtuluş istəyirsinizsə...”

Tarix: 26-02-2019, 10:58 Bölmə :Siyasət Baxış: 425
Ankaradan İrəvana hədə kimi mesaj: “Qurtuluş istəyirsinizsə...”


Qardaş ölkədən Azərbaycana mühüm dəstək, işğalçıya sərt tələb: “Saxta soyqırım iddiasından imtina edin, işğala son qoyun, üzr istəyin!”; erməni nəşri: “Zaman Paşinyan və komandasının əleyhinə işləyir...”

Vaxtaşırı qeyd elədiyimiz kimi, Ermənistana qarşı müharibə təkcə səngərlərdə getmir. İqtisadi, hərbi qüdrətin artırılmasının vacibliyi öz yerində, beynəlxalq rəyi öz xeyrinə möhkəmlətmək üçün virtual məkanda aparılan informasiya-təbliğat mübarizəsi eyni dərəcədə önəm daşıyır. Təbii ki, diplomatiya, təhlükəsizlik-kəşfiyyat məsələləri də həmişə diqqətdə saxlanmalı məsələlərdir.

Bu gün ermənilərin bəşəriyyət əleyhinə törətdikləri qətliamın - Xocalı soyqırımının 27-ci ildönümüdür. Amma paradoksa bax ki, XX əsrdə belə bir vəhşiliyə imza atan, onu israrla danıb özünü dünyaya sivil toplum kimi göstərməyə çalışan bir xalq on illərdir özünün soyqırıma məruz qaldığını iddia edir. Üstəlik, Ermənistan adında qondarma bir dövlət qonşusunun qanuni ərazisinin 20%-ni işğal altında saxladığı halda, beynəlxalq birlikdən ədalət, hətta Azərbaycanı “cəzalandırmağı” tələb edir.

Əfsus ki, böyük erməni yalanlarının ayaq tutub yeriməsində xristian amili xüsusi rol oynayır. Bədxah qonşularımızın istər Qarabağ, istərsə də uydurma genosid məsələsində bu gün də aqressiv mövqe sərgiləməsinə bu faktor məxsusi stimul verir, işğalçıların xeyrinə işləyir. Təsadüfi deyil ki, hazırda saxta “erməni soyqırımı”nı tanıyan dövlətlərin hamısı (yarım-müsəlman Livan istisna olmaqla) xristian ölkələridir. Heç ermənilərə rəğbəti ilə seçilən İran da bu addıma getməyib.

Xristian ölkələri arasında isə Avropa Birliyi dövlətləri əksəriyyət təşkil edir. O Avropa Birliyi ki, 50 ildən çoxdur Türkiyəni “qapı ağzında” saxlayır, üzvlüyə qəbul eləmək üçün min bəhanə ortaya atır. Halbuki səbəb təkdir. Onu az öncə prezident Rəcəb Tayyib Ərdoğan belə ifadə eləmişdi: “Türkiyə ona görə AB-yə üzvlüyə götürülmür ki, müsəlman ölkəsidir. Əvvəlcə bizə qarşı 15 şərt irəli sürürdülər, sonra 35 oldu...”

Bu şərtlərin başında isə Ankaranın olmayan “soyqırımı” tanıması tələbi gəlir. Avropa Parlamenti (AB-nin əsas orqanı) bununla bağlı hətta iki dəfə tələb-qətnamə də qəbul edib. Təbii ki, hədəf qardaş ölkənin quruma yolunu əngəlləmək, yaxud Türkiyəni müti, sözəbaxan dövlətə çevirəndən sonra təşkilata götürməkdir. Əlbəttə ki, qos-qoca Türkiyə, tarixdə möhtəşəm imperiyalar yaratmış bir toplum buna heç vaxt qol qoymaz. Bunu gözləyənlər boşuna vaxt itirir - o cümlədən xain və nankor erməni qonşular...

*****
“Ermənilər qondarma ”soyqırım" iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Azərbaycan şəhəri Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidirlər". Bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Y.Topçu Xocalıda ermənilərin əsrin ən böyük qanlı faciəsinin törətdiyinə yada salaraq deyib: “1915-ci ildə Rusiya imperiyasından kömək alan ermənilər Anadoluda bir çox şəhərlərdə, o cümlədən Qars, Ərzurum və Ərdahanda türklərə qarşı qanlı cinayətlər törədiblər”.

Baş müşavir daha sonra vurğulayıb ki, ermənilərin bir tərəfdən Xocalıda törətdikləri vəhşiliklərə göz yumması, digər tərəfdən isə 1915-ci il hadisələrinə görə Türkiyə əleyhinə iddia qaldırması əsla qəbuledilməzdir. “Arxivlər 1915-ci ildə erməni quldur dəstələrinin dinc türkləri qətlə yetirdiyinə dair faktlarla doludur”, - deyə o qeyd edib.

Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına da toxunan Ankara rəsmisi bildirib ki, rəsmi Ankara İrəvanın səmimiyyətinə inanmır: “Ermənilər məcbur qalıb Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olardı. Tarixdə yaşanan hadisələr bu gün belə bir qərara gəlməyimizə əsas verir”.

O əlavə edib ki, bu məsələdə Türkiyənin mövqeyi açıq və qətidir: “Ermənilər ilk növbədə işğal etdikləri Azərbaycan torpaqlarını azad edəcək, Azərbaycandan üzr istəyəcək, bundan sonra isə Ankara Bakı ilə məsləhətləşərək vəziyyəti qiymətləndirəcək. Türkiyə və Azərbaycan Ermənistandan beynəlxalq hüquqa zidd bir şey tələb etmir. Ermənistan işğalçı dövlətdir”.

Türkiyə rəsmisinin bu sözlərini, ilk növbədə Ankaradan İrəvana hədə kimi mesaj, net mövqe kimi qəbul etmək lazımdır.

*****
Ermənistanın yeni rəhbəri, baş nazir Nikol Paşinyan isə belə görünür, sələfləri kimi illüziyalarla yaşayır, hələ də və sadəlövhcəsinə ümid edir(di) ki, Türkiyə qeyd-şərtsiz Ermənistanla sərhədləri açacaq, işğal faktı dura-dura, Qarabağ məsələsində radikal mövqe tuta-tuta, blokada rejimi götürüləcək. “Yeni Müsavat” xatırladır ki, Paşnyan bununla bağlı indiyədək iki dəfə Ankaraya rəsmi çağırış edib, lakin hər dəfə sərt cavab alıb, 2 haqlı şərt eşidib: “Öncə işğala son qoyun və saxta soyqırım iddiasından imtina edin”.

İrəvanın mövqeyindəki absurdluq həm də ondadır ki, Ermənistanda əhalinin sosial durumu ağır olaraq qalır, ölkədən kütləvi köç davam edir və gedənlərin bir çoxu isə nə qədər qəribə də olsa, soyqırımda günahlandırılan Türkiyəyə pənah aparır. Hazırda qardaş ölkədə 100 minə yaxın erməni əmək miqrantı çörək pulu qazanır.



Öz xalqının güzəranını yaxşılaşdırmağı vəd edən Paşinyan isə inqilabdan sonrakı 10 ayda hələ də bu yöndə ciddi uğura nail olmayıb, erməniləri vədlərlə yedizdirməkdə davam edir. Əsas səbəb əlbəttə ki, həll olunmayan Dağlıq Qarabağ problemi, Türkiyə və Azərbaycanla sərhədlərin bağlı qalmasıdır. Artıq optimist ermənilər də Paşinyanın uğurlu və bacarıqlı rəhbər olacağına şübhə ilə yanaşmağa başlayıblar.

*****

“Dekabr seçkilərdən az sonra Ermənistanda inqilabi eyforiya obyektiv olaraq enməyə başlayıb və sürətlə enməkdə davam edir. Ancaq seçkilərin ardınca hakimiyyət konkret proqram irəli sürüb onu peşəkar komada ilə reallaşdırmağa girişsəydi, bu enmə sürətli olmazdı”. Bu barədə 1 in.am portalında dünən getmiş tənqidi məqalədə deyilir.

Müəllif yazır: “Halbuki seçkilərdən sonra biz yenə eyn kadr siyasətini görür - nəyin əsasında ki, peşəkarlıq yox, inqilaba və Paşnyana sədaqət dayanır. Hökumətin təqdim elədiyi keyfiyyətsiz proqramı və tənqidə tamamilə qapalı hökuməti görürük. Hakimiyyətin isə inqilab eyforiyasını saxlamaq və bu eyforiyanı özünə qarşı stabil ictimai etimada çevirmək üçün bir yolu var: effektiv iş və görünən nəticələr. Hələ ki nə bu var, nə də digəri. Belə şəraitdə zaman Nikolun və onun başçılıq elədiyi siyasi komandanın əleyhinə, siyasi rəqiblərin isə xeyrinə işləyir. Öz növbəsində cəmiyyətdə sosial-iqtisadi problemlərlə bağlı narazılıq artır. Nədən ki, yen hakimiyyət hələ ki heç bir sosial problemi həll eləməyib və onların həll üçün zəmin göstərməyib”.

Sonuncu qənaətlərlə razılaşmamaq mümkünsüzdür. Ermənistanın irili-xırdalı problemlərinin yeganə həll yolu isə bəlli - işğaldan və saxta soyqırım iddiasından imtina! Nəyi ki, Ərdoğanın baş müşaviri də xüsusi vurğulayıb. Əks halda, Ermənistanda nə qədər hakimiyyət dəyişir-dəyişsin, sosial-iqtisadi vəziyyət yaxşıya dəyişməyəcək.. Necə ki, dəyişmir.. //“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə müraciət ünvanlanıb

    Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentinə ...

    26-02-2016, 12:27

  • 
  • Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 il ötür

    Ermənilərin Xocalı soyqırımını törətməsindən 27 ...

    26-02-2019, 09:29

  • 
  • İsraildən Ermənistana tərs şillə - Bakı və Ankaraya mühüm jest

    İsraildən Ermənistana tərs şillə - Bakı və ...

    30-05-2018, 11:13

  • 
  • Düşmən Qarabağ savaşını virtual müstəviyə çəkir - iki səbəb

    Düşmən Qarabağ savaşını virtual müstəviyə çəkir - ...

    1-08-2017, 10:35

  • 
  • KXCP Rusiyanın ATƏTin Minsk qrupunun həmsədrliyindən çıxarılmasını tələb edir.

    KXCP Rusiyanın ATƏTin Minsk qrupunun ...

    22-11-2016, 03:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu