"İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu hərbi işğal altında saxlayır".
Bunu İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim “5 Ulduz Hərəkatı” Partiyasının üzvü, senator Stefano Luçidi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatında bildirib. O vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışanda 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini – 822, 853, 874 və 884 saylı qətnamələrini xatırlamaq vacibdir. Bu qətnamələr hələ də yerinə yetirilməmişdir. Həmçinin Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsini xatırlamaq lazımdır. Bu qətnamədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dəstəklənir".//report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?