GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreditləriniz necə ödənəcək və ödənəcəkmi? Prezidentin fərmanı barədə 10 suala cavabda

Kreditləriniz necə ödənəcək və ödənəcəkmi? Prezidentin fərmanı barədə 10 suala cavabda

Tarix: 1-03-2019, 13:00 Bölmə :Siyasət Baxış: 886
Kreditləriniz necə ödənəcək və ödənəcəkmi? Prezidentin fərmanı barədə 10 suala cavabda


Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həllilə bağlı fərman verib. BBC News Azərbaycanca prezidentin fərmanını 10 suala cavabda izah edir.

1. Prezidentin imzaladığı fərman kimlərə şamil olunacaq?
İlham Əliyevin imzaladığı fərmana görə, dövlət tərəfindən tətbiq olunacaq güzəşt yalnız fiziki şəxslərin kredit borcuna aiddir.
2. Hansı kreditlər prezident fərmanının əhatəsinə düşəcək?
Prezidentin fərmanı ancaq, xarici valyuta ilə və on min ABŞ dollarına kimi götürülmüş problemli kreditlərə aid edilir. Prezident fərmanında göstərilən tarixlərdə banklardan Azərbaycan manatı ilə krerit götürmüş şəxslərə bu güzəşt tətbiq edilmir.
3. Nə qədər insanın kredit borcuna güzəşt tətbiq ediləcək?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin rəhbəri Vüsal Qasımlının sözlərinə görə, problemli kreditlərin həllində dövlət güzəşti ümumilikdə 850-900 min insanın kredit probleminin həllinə yönələcək.
4. Birinci devalvasiyadan əvvəl kredit götürənlərin borcları necə hesablanacaq?
Prezidentin fərmanına əsasən, güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. Yəni, birinci devalvasiyaya qədər olan kreditlərdə "ana borc" yerində qalacaq. Devalvasiya nəticəsində artan borc məbləği (hər dollara görə 25 qəpik) dövlət tərəfindən ödəniləcək.
Birinci devalvasiyaya kimi götürülmüş on min ABŞ dollarına qədər borcun məzənnə fərqini dövlət öz üzərinə götürür. Amma "ana borc" və onun üzərinə gələn faizlərlə bağlı fərmanda heç bir göstəriş yoxdur.
Məsələn, devalvasiyadan öncə 1000 dollar borc götürmüsünüzsə və devalvasiya nəticəsində borcunuz artıbsa, 1000 dolları və ona təyin edilmiş faizləri yenə də özünüz ödəməli olacaqsınız.
5. İkinci devalvasiyadan əvvəl kredit götürənlərin borcu necə hesablanacaq?
Birinci devalvasiya ilə ikinci devalvasiya arasında götürülmüş borclarla da bağlı fərmanda o yazılıb ki, ikinci devalvasiyaya qədər götürülmüş borclarda "ana məbləğ" 1 manat 5 qəpik məzənnə ilə qaytarılacaq.
Amma devalvasiyadan dəymiş zərərin məbləği (hər dollara görə 60 qəpik) dövlət tərəfindən ödəniləcək.
Yəni, birinci və ikinci devalvasiya nəticəsində yaranmış məzənnə fərqi dövlət tərəfindən ödənilir. İkinci devalvasiyadan sonra götürülmüş valyuta kreditlərinə isə ümumiyyətlə aid edilmir.
6. Güzəşt tətbiq olunduqdan sonra yerdə qalan borcun ödənilməsi necə həyata keçiriləcək?
Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır.
Bu məqsədlə Mərkəzi Bankın banklara illik 0.1%-lə ümumi həcmi 682 milyon manat kredit xətti açması nəzərdə tutulur.
7. Fiziki şəxslərə güzəşt olunacaq məbləğin limiti nə qədərdir?
Vətəndaşlara ödəniləcək, banklar tərəfindən silinəcək kompensasiyanın ümumi məbləği 5 min ABŞ dollarından çox olmamalıdır.
Yəni, "ana borc" on min ABŞ dollarından çox olmamalıdır, silinəcək məbləğ, ödəniləcək kompensasiya isə beş min ABŞ dollarından çox olmamalıdır.
8. Hazırda məhkəmədə olan işlərin taleyi necə olacaq?
On min ABŞ dollarına kimi kredit götürmüş və birinci və ikinci devalivasiyadan sonra kreditlərini ödəyə bilməyən vətəndaşlar məhkəməyə verilibsə, həmin işlər banklar tərəfindən məhkəmələrdən geri çağrılacaq.
9. Hansı tarixdən olan kreditlərə güzəşt tətbiq oluna bilər?
Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.
10. İndiyə qədər kreditlərini yeni məzənnə ilə ödəyənlərin vəziyyəti necə olacaq?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin keçirdiyi mətbuat konfransında mərkəzin rəhbəri Vüsal Qasımlı deyib ki, "devalvasiya ilə bağlı manatla artmış hissə vətəndaş tərəfindən indiyə qədər ödənilibsə, bu məbləğ geri qaytarılacaq. Bu vəsaitin geri qaytarılma mexanizmi hazırlanacaq".
"Söhbət dollarla kreditin manatla bağlanmasından gedirdisə, banklar üçün problem yarana bilərdi. Buna görə bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kredit hesabına banklara onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar veriləcək",- Vüsal Qasımlı belə deyib.
İqtisadi təhlilçi Natiq Cəfərli hesab edir ki, ölkə üzrə problemli kreditlərin həcmi təqribən 1,8 milyard manat idi. Bu fərmanla bunun bir milyard manata yaxın hissəsi həll olunur, amma yerdə qalan hissəsi problemli kreditlər kimi yenidən bankların və vətəndaşların üzərində bir yük kimi qalacaq.
10 min ABŞ dollarından çox kredit götürən şəxslərin borcunda 10 min dollara qədər olan hissəyə bu fərman şamil olunmayacaq. Rəsmilər bunu problemli kreditlərin 95 faizinin on min ABŞ dollarına kimi olması ilə izah ediblər.
2015-ci il fevralın 21-də Mərkəzi Bank Azərbaycan milli valyutasının - manatın devalvasiyasını həyata keçirərək 1 Azərbaycan manatının rəsmi məzənnəsinin 1.05 ABŞ dollarına bərabər olduğunu elan etdi.
1 dollar birinci devalvasiyada 1 manat 5 qəpik, ikinci devalvasiyada isə 1 manat 55 qəpik səviyyəsinə yüksəlib. Ona qədər isə uzun illər 1 dollar 78 qəpik olmuşdu. Manatın məzənnəsinin dəyişməsindən sonra minlərlə vətəndaş bankdan ABŞ dolları ilə götürdükləri kreditləri qaytarmaqda çətinliklə üzləşdi. Konstitusiya Məhkəməsi bu barədə bankların xeyrinə qərar çıxarsa da, bu məsələni həll edə bilməmişdi.
Son bir ildə isə manatın məzənnəsi sabitdir - hazırda 1 ABŞ dolları 1 manat 70 qəpik civarındadır.//bbc.com/azeri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentin problemli kreditlər barədə fərmanı - KİMLƏRİN HANSI BORCLARI BAĞLANDI (TƏCİLİ)

    Prezidentin problemli kreditlər barədə fərmanı - ...

    28-02-2019, 14:20

  • 
  • Dollarla problemli kreditlərin həcmi artıb

    Dollarla problemli kreditlərin həcmi artıb ...

    28-08-2018, 13:10

  • 
  • Konstitusiya Məhkəməsi xarici valyutada olan problemli kreditlərlə bağlı qərar qəbul edib

    Konstitusiya Məhkəməsi xarici valyutada olan ...

    22-09-2018, 15:27

  • 
  • Kredit borcuna görə özünü zəhərləyənlər

    Kredit borcuna görə özünü zəhərləyənlər ...

    8-06-2016, 23:46

  • 
  • Əmanət və kredit faizləri arasında uçurum dərinləşir

    Əmanət və kredit faizləri arasında uçurum ...

    17-09-2018, 16:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu