GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Həmsədrlərin Qarabağ bəyanatı İrəvanda çaxnaşma yaratdı - “PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞƏ GETMƏMƏLİDİR...”

Həmsədrlərin Qarabağ bəyanatı İrəvanda çaxnaşma yaratdı - “PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞƏ GETMƏMƏLİDİR...”

Tarix: 11-03-2019, 16:17 Bölmə :Siyasət Baxış: 327
Həmsədrlərin Qarabağ bəyanatı İrəvanda çaxnaşma yaratdı - “PAŞİNYAN ƏLİYEVLƏ GÖRÜŞƏ GETMƏMƏLİDİR...”


ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın qarşıdakı görüşü ilə bağlı ötən həftə yaydıqları rəsmi bəyanat İrəvanda ciddi çaxnaşma yaradıb. Buna səbəb ABŞ, Fransa və Rusiyanın danışıqların formatını dəyişdirməyə yönəlmiş birtərəfli cəhdlərə qarşı olduğunu açıq bildirməsi, eyni zamanda münaqişənin həllinin əsas prinsiplərindən birinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların Azərbaycanın nəzarətinə qaytarılması olduğunu vurğulamasıdır.

Habelə bəyanatda göstərilir ki, münaqişənin nizamlanması Helsinki yekun Aktının prinsipləri, o cümlədən ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və gücdən istifadə etməmə prinsipləri əsasında mümkündür. Və bu prinsiplərdən hər hansı birinin digəri üzərində üstünlüyü mümkün deyil.

Hansı ki, bu bəyanat Ermənistanın indiki hakimiyyətinin və ümumən erməni siyasi dairələrinin “bir qarış da torpaq qaytarılmayacaq” tezisi üzərində qurulmuş mövqeyini alt-üst edir. Habelə İrəvanın nəzərinə çatdırır ki, Dağlıq Qarabağın danışıqlarda iştirakı mümkün deyil. Çünki formatın dəyişdirilməsi hər iki tərəfin razılığı ilə baş verə bilər.

Bəyanata Nikol Paşinyanın özünün mövqeyi hələ məlum deyil. Amma ekspertlər və bir çox siyasətçilər qeyd edirlər ki, bu bəyanat Paşinyana dəyən şapalaqdır və indiki hakimiyyətin Qarabağ məsələsində populist, qeyri-peşəkar yanaşmasının nəticəsidir.

Hakim “Mənim addımım” fraksiyası isə hesab edir ki, həmsədrlərin bəyanatı Ermənistan hakimiyyətinin mövqeyini ifadə etmir. “Həmin bəyanat ancaq həmsədrlərin özlərinin mövqeyini ifadə edir, Ermənistanın deyil. Ermənistanın mövqeyini baş nazir Nikol Paşinyan açıqlayıb”-fraksiyadan deputat Vladimir Vardanyan deyib.

Paşinyan bildirmişdi ki, Azərbaycan prezidenti ilə görüşdə o cümlədən danışıqlar formatının dəyişdirilməsni müzakirə edəcək. Çünki onun Dağlıq Qarabağın adından danışmaq mandatı yoxdur.

“Ermənistanın baş nazirinin qeyd etdiyi kimi Qarabağ nizamlanmasına dair danışıqlar prosesinin əsasında elə həll yolunun tapılması dayanır ki, erməni tərəfini, Dağlıq Qarabağ əhalisini və Azərbaycanı qane etsin”-deputat bildirib.

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat İveta Tonoyan isə həmsədrlərin bəyanatının erməni tərəfi üçün narahatedici olduğunu düşünür. Onun sözlərinə görə, bəyanatda bir sıra bəndlər narahatlıq doğurur. “Məsələn, 2016-cı ilin Sankt-Peterburq və Vyana razılaşmaları arxa plana keçir. Azərbaycanda bu bəyanatı ruh yüksəkliyi ilə qəbul ediblər, elə bu özü çox şeyi deyir”-Tonoyan bildirib.

Erməni əsilli amerikalı şərhçi, “Forbes”, “The National İnterest”, “Rusiya qlobal siyasətdə” kimi jurnalların yazarı olan Areq Qalstyan isə həmsədrlərin bəyanatında Dağlıq Qarabağın müvəqqəti statusunun və ətraf rayonların Azərbaycanın nəzarətinə qaytarılmasının münaqişənin nizamlanması üçün zəruri şərtlər kimi vurğulanmasını erməni tərəfi üçün “biabırçılıq” sayır.

“Bizə ayıb olmalıdır və bundan utanmalıyıq ki, Minsk qrupu artıq açıq şəkildə müvəqqəti statusdan danışır, bildirir ki, uduzan tərəf Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizə razılıq verməlidir. Siz təkcə bu haqda düşünün”-o Facebook-da yazıb.

Qalstyana görə Ermənistan təkcə bir rayonu belə qaytarmış olsa özünə ölüm hökmü çıxaracaq. O, Paşinyanı Azərbaycan prezidenti ilə danışıqlardan imtina etməyə çağırıb. Qalstyan bildirib ki, ötən həftə Paşinyan Azərbaycan tərəfinin “qeyri-konstruktivliyindən” şikayətlənib. Belə olan halda isə o elan edə bilər ki, erməni tərəfi daha “qeyri-konstruktiv, real dialoqa hazır olmayan” ölkə ilə danışıqlar aparmayacaq.

“İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan da həmsədrlərin bəyanatını erməni tərəfi üçün narahatedici adlandırıb.

“Bəyanatda ən çox narahatlıq doğuran bu formuladır: “Dağlıq Qarabağın gələcək yekun hüquqi statusu iradənin mütləq və hüquqi ifadə olunması yolu ilə müəyyən olunur”. Bu da erməni tərəfinin mövqeyinə ziddir. Çünki keçmişdə erməni tərəfi bildirirdi ki, Dağlıq Qarabağ 1991-ci il dekabrın 10-da referendumla öz müqəddəratını təyin edib. İndi isə belə çıxır ki, biz həmin referendumu tanımırıq”-Marukyan deyib.

Deputat hesab edir ki, Paşinyan danışqlar formatının dəyişdirilməsində israr etməlidir. “Hesab edirəm hamıya aydındır ki, Ermənistanda heç kim torpaq qaytarmaq fikrində deyil. Azərbaycan isə Dağlıq Qarabağı tanımağa hazırlaşmır. Bu kontekstdə danışıqları davam etdirmək lazımdır, çünki istənilən danışıqlar bir-birinə atəş açmaqdan yaxşıdır”-Marukyan bildirib.

Xatırladaq ki, Azərbaycan XİN həmsədrlərin bəyanatını alqışlayıb və sənədi erməni tərəfinə edilmiş xəbərdarlıq, mesaj kimi dəyərləndirib. İlham Əliyevlə Nikol Paşinyanın həmsədrlərin iştirakı ilə ilk rəsmi danışıqlarının günü və yeri hələlik açıqlanmayıb./Virtualaz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi Bakı həmsədrlərdən əməli addımlar gözləyir

    Rəsmi Bakı həmsədrlərdən əməli addımlar gözləyir ...

    10-11-2017, 17:14

  • 
  • "Rayonları qaytarmadan sülh olmayacaq" - İRƏVANDA MÜZAKİRƏ

    "Rayonları qaytarmadan sülh olmayacaq" ...

    27-08-2017, 13:47

  • 
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • Paşinyanın Qarabağ haqda bəyanatı Azərbaycanda sərt qarşılandı

    Paşinyanın Qarabağ haqda bəyanatı Azərbaycanda ...

    28-11-2018, 11:20

  • 
  • ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

    ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı ...

    5-09-2018, 11:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu