GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakının qəfil hücum taktikası - cəbhə xəttinə böyük qüvvə yeridildi

Bakının qəfil hücum taktikası - cəbhə xəttinə böyük qüvvə yeridildi

Tarix: 11-03-2019, 16:43 Bölmə :Siyasət Baxış: 427
Bakının qəfil hücum taktikası - cəbhə xəttinə böyük qüvvə yeridildi


Bu gün - martın 11-dən etibarən 15-dək müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimi başlayır. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

*****

Göründüyü kimi, bu, sırf hücum taktikasına hesablanmış təlimdir və şübhə yox ki, son günlər Qarabağla bağlı radikal mövqe sərgiləyən, konstruktiv danışıqlarla bir araya sığmayan və nizamlama prosesini iflic edən bəyanatlar səsləndirən işğalçı ölkə rəhbərliyinə ayıldıcı təsir eləmək niyyəti güdür. O səbəbə budəfəki təlimlər Azərbaycanın hərbi gücünün bir daha düşmənə praktik nümayişi baxımından böyük önəm daşıyır.

Təlimlər həm də rəsmi Bakının Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Paşinyan hökumətinə sərt ismarışlar göndərməsi və xəbərdarlıq eləməsindən dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Belə ki, ötən həftə ATƏT sədri ilə Bakıdakı görüş zamanı Azərbaycan prezident İlham Əliyev Qarabağa dair sülh prosesinin pozulmasına görə bütün məsuliyyəti İrəvanın üzərinə qoyub. Ardınca Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edən zaman rəsmi Bakı mövqeyini bir daha xatırladıb və Ermənistan rəhbərliyinin danışıqların formatını dəyişdirməklə bağlı cəhdlərinə birdəfəlik nöqtə qoyub. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və danışıqların formatı dəyişdirilə bilməz”, - Azərbaycan prezidenti bildirib.

Azərbaycanın münaqişənin tezliklə ədalətli həllində ən maraqlı tərəf olduğunu deyən İlham Əliyev işğal olunmuş ərazilərin azad edilməsinin danışıqlar prosesinin həmişə vacib komponenti olduğunu vurğulayıb. O, həmçinin Ermənistan tərəfinin ziddiyyətli açıqlamaların qəbuledilməz olduğunu və danışıqlar prosesinə əngəl yaratdığını qeyd edərək, beynəlxalq ictimaiyyətin bunu ciddi şəkildə nəzərə almasının və Ermənistana ünvanlı bəyanatların çatdırılmasının vacibliyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da keçən həftə düşmən tərəfə analoji xəbərdarlıqla çıxış edib. ATƏT sədrindən xahiş edib ki, İrəvana Bakıdan belə bir ismarış aparsın: “Biz indi xalqı sülhə hazırlayaq, yoxsa müharibəyə?”

Bunlar rəsmi Bakının Paşinyan iqtidarına müharibə xəbərdarlığıdır. Azərbaycan Ordusunun bu gün yüzlərlə hərbi texnika, aviasiya maşınlarının cəlb olunduğu genişmiqyaslı təlimə başlamasını həmin xəbərdarlığın məntiqi davamı sayılmalıdır. Hərbi ekspertlər isə təlim adı ilə Azərbaycanın cəbhə xəttinə əlavə qüvvələr cəmləşdirmək niyyəti güddüyünə əmindirlər. Yəni hərbi təlimlər günün birində hərbi əməliyyatlara da keçə bilər.

*****

Azərbaycan, təbii ki, öz sərhədləri daxilində silahlı qüvvələrinin yerini dəyişmək və ya ən əsası, işğal altındakı ərazilərinə yaxın yerlərdə böyük hərbi qüvvə cəmləmək kimi müstəsna hüquqa malikdir. Bu hüququ ona BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsi, habelə Avropa Şurasının (AŞ PA), Avropa Parlamentenin, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının ərazi bütövlüyümüzü dəstəkləyən sənəd-qərarları verir.

Ermənistanın da təsdiqlədiyi BMT Nizamnaməsi isə hər bir ölkəyə öz ərazi bütövlüyünü bərpa eləmək üçün istənilən yola əl atmaq, o sırada antiterror əməliyyatları keçirmək haqqı tanıyır. Azərbaycan da özünün hərbi və döyüş potensialını artırmaq üçün gərəkəni edir, yeni və müasir silahlar, döyüş sistemləri əldə edir, öz hərbi-sənaye kompleksini yaradır və gücləndirir, vaxtaşırı həm fərdi şəkildə, həm də qardaş Türkiyə ilə birgə hərbi təlimlər, hərbi paradlar həyata keçirir. Ən əsası, Bakı torpaqlarını işğaldan qurtarmaq üçün əlverişli siyasi şərtlər fonunda qəfil hücum taktikasını cilalamaqdadır.

Diqqət çəkən həm də odur ki, Azərbaycan son illər özünün maliyyə potensialı hesabına qabaqcıl Qərb dövlətləri (ABŞ, Fransa) ilə də hərbi-texniki əməkdaşlığı gücləndirmək kursu götürüb. Bu da İrəvanda haqlı olaraq həyəcan və təlaşı artırıb...

*****

“ABŞ keçən ilin dekabrında Azərbaycana xeyli miqdarda, ümumi dəyəri 109 milyon dollar olan aviasiya-kosmik məhsullar ixrac edib. Bu məlumat ötən il üçün ABŞ-Azərbaycan ticarət statistikasında əksini tapıb. Mənbənin bildirdiyinə görə, Azərbaycan ABŞ-dan təyyarələr, kosmik texnologiyalar və peyklər alıb. Əlamətdardır ki, 2017-ci ildə ixracla bağlı belə bir maddə, sadəcə, mövcud olmayıb”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Spitnik Armenii” portalı yazıb. Portal bununla bağlı erməni politoloq-amerikaşünas Suren Sərksiyanın mövqeyini öyrənib. Erməni ekspert deyib: “Hərçənd bu məhsullar formal olaraq mülki təyinatlıdır, gələcəkdə Bakının ABŞ-dan ikili təyinatlı texnologiyalar alacağını istisna eləmək olmaz. Nümunə üçün uzağa getməyə lüzum yox. Keçən il Azərbaycan ABŞ-dan ”Bell -412" mülki vertolyotlar almışdı. Ancaq Bakı onları hərbi vertolyotlar kimi təzədən quraraq ordunun öhdəsinə verdi. Bütövlükdə son illər ABŞ kosmosun mənimsənilməsində Azərbaycanın əsas tərəfdaşına çevrilir. Azərbaycan ABŞ və Fransa ilə birgə bu yöndə bir sıra layihələr həyata keçirir. Son bir ildə Bakı orbitə bir neçə peyk buraxıb. Lazım gələrsə, bu peyklər Ermənistan əleyhinə istifadə oluna bilər. Rəsmi İrəvan belə şərtlər fonunda praktik olaraq, ABŞ-la Azərbaycanın aviasiya və kosmos sahəsində əməkdaşlığına mane olmaq gücündə deyil. Bundan ötrü bizim resurs və imkanlarımız olduqca azdır".

“Yeni Müsavat” yada salır ki, ötən il dekabrın əvvəlində Bakıda səfərdə olan ABŞ müdafiə naziri müavininin köməkçisi Laura Kuper Azərbaycanın siyasi və hərbi rəhbərliyi ilə görüş zamanı Vaşinqtonun iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirməyə hazır olduğunu qeyd etmişdi. Maraqlıdır ki, ölkəmizə 109 milyon dollar həcmində ABŞ istehsalı olan aviasiya-kosmik məhsullar da məhz həmin ayda idxal edilib...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

    Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək ...

    8-03-2019, 14:30

  • 
  • Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır

    Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır ...

    16-09-2017, 12:33

  • 
  • Azərbaycan ordusu Qarabağdakı düşmən qüvvələrini məhv etməyə hazırlaşır - ƏMR

    Azərbaycan ordusu Qarabağdakı düşmən qüvvələrini ...

    14-09-2018, 11:05

  • 
  • Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək

    Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək ...

    28-06-2018, 16:20

  • 
  • Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır

    Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır ...

    16-04-2017, 10:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu