“Məqsədimiz Rusiya ilə ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır”.
Gundemxeber.Az “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib. O, ötən il iki dövlət arasında ticarət dövriyyəsi həcminin 14 faiz artdığını da vurğulayıb. Nazir bildirib ki, Rusiya ilə qarşılıqlı olaraq, vizanın ləğvi istiqamətində ikitərəfli görüş və müzakirələr davam edir. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək zirvə toplantısına hazırlıq məqsədi İlə iclas gerçəkləşdirdik. İki lider Moskvada bir araya gələcək. Türkiyə ilə ticarət əlaqəmiz sabit şəkildə davam edir. 100 milyard dollarlıq hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda hərbi və müdafiə sahələrində də əməkdaşlıq məsələlərini müzakirə etdik. “S-400” müdafiə sistemlərinin Türkiyəyə tədarükü ilə bağlı fəaliyəti də məmnuniyyətlə izləyirik”, - S.Lavrov vurğulayıb. *** 12:33 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirlər Antalyada görüşüblər. M.Çavuşoğlu və S.Lavrov bağlı qapılar arxasında jurnalistlərin iştirakı olmadan müzakirələr aparıblar. Görüşün yekunu olaraq nazirlər 2019-2020-ci illər üzrə məşvərət planını imzalayacaqlar. Bundan başqa, XİN başçılarının sədrliyi ilə Türkiyə-Rusiya Yüsək Səviyyəli Əməkdaşlıq Şurasının strateji planlaşdırma birgə qrupunun 7-ci iclası keçiriləcək. M.Çavuşoğlu və S.Lavrovun birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?