GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Niyə saziş Azərbaycan xalqından gizli saxlanılmalıdır?"

"Niyə saziş Azərbaycan xalqından gizli saxlanılmalıdır?"

Tarix: 11-04-2019, 10:37 Bölmə :Siyasət Baxış: 616
"Niyə saziş Azərbaycan xalqından gizli saxlanılmalıdır?"


“Əgər orada cəmiyyəti qane edəcək müddəalar mövcuddursa, nəyə görə o sənədin məzmunu xalqdan gizli saxlanılmalıdır?" Müsavat partiyasının başqanı Arif Hacılı Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirə olunan yeni sazişə reaksiya verir.

"Ona görə biz o məsələlərlə bağlı narahatçılığımızı ifadə edirik. Bir cümlə ilə deyəsi olsaq, bir daha onu demək istəyirəm ki, biz Avropa İttifaqı ilə sazişin bağlanmasını istəyirik. Ancaq bu sazişin yalnız saziş bağlamaq xətrinə bağlanan bir saziş yox, ölkədə siyasi və iqtisadi vəziyyəti yaxşılaşdıran, Azərbaycanı Avropanın bir parçasına çevrilməsinə, Azərbaycanda hüquqi dövlətin, demokratik cəmiyyətin yaranmasına şərait yaradan saziş olmasını istəyirik.”

Hacılı aydın edir ki, partiya Avropa İttifaqı ilə sazişin bağlanmasının tərəfdarıdır. Lakin onun sözlərinə görə, hazırda mühüm olan məsələ sazişin məzmunudur. O, bu sazişin demokratiya və insan haqlarının inkişafını təmin edən və liberal bazar iqtisadiyyatı münasibətlərinin qurulmasına şərait yaradan saziş olmasını istədiyini bildirir. Lakin Arif Hacılı qeyd edir ki, sazişlə bağlı narahatlıq doğuran məqam bu sazişin Azərbaycan tərəfindən hazırlanması və sazişin məzmununun gizli saxlanılmasıdır.

Məsələyə münasibət bildirən Milli Şuranın sədri Cəmil Həsənli sazişin Gürcüstan və Ermənistanla olduğu kimi Azərbaycanla da eyni şərtlər daxilində imzalanmasını istədiyini söyləyir.

“Bu strateji tərəfdaşlıq adı bir qədər yayğın ifadədir və bu strateji tərəfdaşlıq adı altında demokratiya məsələlərindən yan keçilə bilər, insan haqları ilə bağlı məsələlərdən yan keçilə bilər, siyasi məhbuslarla bağlı məsələlərdən yan keçilə bilər, siyasi və iqtisadi islahatlarda yan keçilə bilər, seçki məsələsindən yan keçilə bilər,” Cəmin Həsənli deyib.

Onun sözlərinə görə, bu saziş Azərbaycan üçün “strateji seçim məsələsidir” və bu səbəblə də sazişin məzmunu ictimaiyyətə açıqlanmalıdır.

“Bunun ətrafında müəyyən müzakirə açılmalıdır. Əks təqdirdə çox qəribə bir vəziyyət yaranır. Biz orada nə olub-olmamasından xəbərsiz oluruq və eyni zamanda buna tərəfdar olduğumuzu ifadə edirik. Biz nəyə tərəfdar olduğumuzun fərqində olmalıyıq,” o deyib.

Cəmil Həsənli əlavə edib ki, mətnin Azərbaycan höküməti tərəfindən hazırlanması sazişdə Azərbaycan xalqının demokratiya, seçki, insan hüquqları, iqtisadi vəziyyəti məsələri ilə bağlı maraqlarının əks olunacağına dair şübhələr yaradır.

“İndi elə bir məqam yetişib ki, Azərbaycan xalqı zaman-zaman istədiyi, arzuladığı bir-sıra məsələləri həmin sazişdə əks etdirə bilər və Azərbaycan xalqının köklü maraqları o sazişdə əks oluna bilər. Biz ona ümidimizi bəsləməməliyik ki, saziş imzalansın, imzalanandan sonra açıqlansın və onun şərtləri bizi təmin etməsə, biz onun parlamentlər arasında ratifikasiyasına mane olarıq. Bu, tamamilə yanlış yoldur, yanlış bir yanaşmadır,” Cəmil Həsənli bildirib.

Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişlə bağlı danışıqlar aparılır.

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasında çıxış edərkən saziş üzrə danışıqların tezliklə yekunlaşacağını bildirib.

Avropa İttifaqının xarici işlər komissarı Federika Moqerini də deyib ki, Brüssel və Bakı “yeni ambisiyalı ikitərəfli sazişə” dair danışıqların “yekun və həlleci mərhələsindədir”.

Saziş ölkə hökumətinin və demokratik dəyərlərə inanan bütün ictimai-siyasi təşkilatların diqqətindədir. Azərbaycanın müxalifətdə olan siyasi partiyaları da davamlı olaraq Avropa institutlarına inteqrasiyasının dərinləşdirilməsini dəstəkləyir.

Bununla yanaşı müxalifət liderləri yeni saziş layihəsində insan hüquqlarının və Dünya Ticarət Təşkilatına üzvlük məsələsinin daha prioritet məsələ kimi əksini tapmasını istəyir.

REAL Partiyasının sədri İlqar Məmmədov Avropa Birliyi və Azərbaycan arasında üzünmüddəli münasibətləri tənzimləyəcək sənədin “demokratik dəyərlərə xidmət baxımından yaxşı olacağına bir neçə əsaslı gümanının” olduğunu söyləyib.

“Avropa Parlamenti ötən il qətnamə qəbul edərək birmənalı bəyan etdi ki, siyasi məhbuslar məsələsi çözülməyincə və digər demokratik irəliləyişlər təmin olunmayınca Avropa Komissiyasının imzalayacağı o sənədi qüvvəyə mindirməyəcəkdir.

Bu tələb Avropa Komissiyası üçün vacib təkandır ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar zamanı həmin mövzuda prinsipial mövqedən çıxış etsin,” deyə İlqar Məmmədov bildirib.

“REAL indi imzalanmanı dəstəkləyir və Brüsseldə bununla REAL-ın təmsilçilərilə məsləhətləşmələr keçirilmişdi. Bu o deməkdir ki, Avropa Parlamentindəki ratifikasiya prosesi zamanı REAL-ın deyəcəyi söz mütləq nəzərə alınacaq. Yəni, siyasi məhbular məsələsi çözülməsə və digər (xüsusilə də seçki ilə bağlı) digər problemlər həllini tapmasa, REAL Avropa Parlamentində sənədin qarşısının alınması üçün əlindən gələni edəcək,” o əlavə edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara başlayır

    Azərbaycanla Avropa İttifaqı növbəti danışıqlara ...

    31-08-2017, 11:36

  • 
  • Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələ

    Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni ...

    14-09-2017, 11:07

  • 
  • Avropa Ukrayna ilə danışıqlardan imtina etdi

    Avropa Ukrayna ilə danışıqlardan imtina etdi ...

    4-12-2013, 11:02

  • 
  • Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı

    Avropa Parlamenti Azərbaycandakı seçkini tanımadı ...

    23-10-2013, 22:18

  • 
  • "SOCAR Polymer" "Qazprombank"la saziş imzaladı

    "SOCAR Polymer" ...

    17-06-2016, 17:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu