Xəbər verdiyimiz kimi, bu gün Baş Prokurorluqda Zakir Qaralovun sədrliyi ilə geniş əməliyyat müşavirəsi keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə cari ilin oktyabr ayında ölkənin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyllərinin qarşısının alınmasına yönəldilən qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.
Xüsusi qeyd edilib ki, aparılmış rəy sorğularının nəticələrinə görə, dövlət başçısı İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı”, İslam Əməkdaşlığı Təşkilatı coğrafiyasında “İlin dövlət başçısı”, Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən “İlin adamı” seçilməsi, ən nəhayət, prezident seçkiləri ilə bağlı ümumrespublika ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz İlham Əliyevə səs verəcəklərini söyləməsi xalqın öz rəhbərinə göstərdiyi etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir.
Sorğu
Yeni dizaynımız necədir?