Məlum olduğu kimi Rusiya prezidenti Vladimir Putin iki gün əvvəl “Gecə canavarları” motoklubunun dəvətilə Krıma səfər edib və bayker-şouda iştirak edib.
Bir neçə saat əvvəl Rusiya KİV-ləri Ukraynadakı ABŞ səfirliyinin Putinin gəlişinə münasibəti haqqında məlumat yayıb. Amerika diplomatik missiyası rəsmi Kiyevin mövqeyini dəstəkləyib və Rusiya prezidentinin səfərini “Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəbulolunmayan pozuntu” adlandırıb. Səfirliyin Tvitter səhifəsindəki qeyddə isə ”Biz Ukrayna xalqı ilə birlikdə Rusiyanın təcavüzünə qarşı çıxış edirik”- fikirləri yer alıb.
Kiyevin də, ABŞ-ın da mövqeyi doğrudur. Bu xəbəri oxuyan Azərbaycan vətəndaşı həmin an fikirləşir ki, görəsən Bakıdakı ABŞ səfirliyi Ermənistanın baş naziri Paşinyanın Qarabağa səfərlərinə niyə münasibət bildirmir? Axı, ABŞ da Azərbaycanın ərazi bütövlüyünü hansısa ildə dəstəklədiyini bildirib, indi niyə danışmır? Paşinyan da Azərbaycana qanunsuz səfərlər edir. Bizimlə birlikdə mübarizə aparmağı bir tərəfə, belə məsələlərdə quruca bəyanata nə söz? Təcavüzkarın balacası (Ermənistan), yekəsi (Rusiya) olmur, təcavüzkarın adı üstündədir. Həm də Vaşinqton yaxşı bilir ki, balacanın arxasında da, qabağında da elə yekə dayanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?