GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”

Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”

Tarix: 17-08-2019, 20:16 Bölmə :Siyasət Baxış: 688
Patruşevin İrəvan səfərinin pərdəarxası - “Mesaj aparıb...”


Ermənistanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana iki günlük səfəri maraq doğurdu. Rusiya rəsmisinin erməni həmkarı Armen Qriqoryanla və baş nazir Nikol Paşinyanla görüşləri barədə müəyyən məlumatlar açıqlansa da, hesab olunur ki, səfərin əsas məğzi qapalı qalıb.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti öz məlumatında bildirib ki, İrəvanda keçirilən Rusiya-Ermənistan təhlükəsizlik məsləhətləşmələrində beynəlxalq təşkilatlarda iki ölkənin milli təhlükəsizlik maraqları istiqamətində qarşılıqlı əlaqələri, həmçinin informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə olunub. “Nikolay Patruşev iki ölkənin beynəlxalq informasiya təhlükəsizliyi məsələlərində, həmçinin beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Qeyd olunub ki, bu, iki ölkənin stabil inkişafı, həmçinin terrorizmə və ekstremizmə qarşı səmərəli mübarizəsi baxımdan çox önəmlidir”, - deyə məlumatda bildirilir.

Nikol Paşinyanla görüşdən sonra isə bildirildi ki, tərəflər Rusiya ilə Ermənistan arasında əməkdaşlığı müzakirə ediblər. Təhlükəsizlik məsələləri, iqtisadi və investisiya sahəsində ikitərəfli əməkdaşlığın qurulması, iki ölkənin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti, eləcə də beynəlxalq gündəmdəki bir sıra problemlər də müzakirə mövzusu olub. Paşinyanla Patruşev Suriya xalqına humanitar yardımın göstərilməsinə və bu ölkədə dinc həyat şəraitinin bərpası məsələsinə də toxunublar.

Rəsmi məlumatda o da qeyd olundu ki, Ermənistan Baş naziri və Rusiya Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi, bölgədə balans və sabitliyin qorunması, həmçinin regional və beynəlxalq təhlükəsizlik problemləri barədə də fikir mübadiləsi aparıblar.

Ancaq hesab olunur ki, Patruşevin səfərini zəruri edən səbəblər heç də açıqlandığı kimi deyil. Patruşevin səfərinin Rusiya prezidentinin İrəvana səfəri ərəfəsində reallaşdığı da vurğulanır. Amma Putinin Ermənistana oktyabrda gələcəyi bildirilir, yəni vaxta çox var. Ancaq bundan əvvəl Paşinyan ABŞ-a gedəcək. Üstəlik, son zamanlar erməni baş nazir Qarabağla bağlı çox uzaqgedən mövqelər sərgiləyir. Eyni zamanda, ABŞ-ın Ermənistan şirkətlərinə sanksiya tətbiq etməsi də maraqlı vəziyyət yaradıb.

“Yeni Müsavat”ın yazıdığı kimi, gerçək belədir ki, Moskva hələ də Nikol Paşinyan və komandasına ürək qızdırmır. Hərçənd erməni baş nazir inam-etimadın yaranması üçün ilk baxışda hər şeyi edir; verdiyi vədlərə rəğmən, Rusiyanı qəzəbləndirəcək heç bir addım atmır, əksinə, tənqid elədiyi sələflərindən, Qarabağ klanından da çox Rusiyaya yaxınlaşma kursu aparır, hətta Rusiyanın istəyi ilə Suriyaya humanitar missiya göndərir - hansı ki, ABŞ-ın sərt reaksiyasına səbəb olmuşdu.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərini əvvəlcə Soçi görüşü ilə əlaqələndirməyə çalışdılar: “Lakin bu görüş baş tutmadı. İki ölkənin təhlükəsizlik şuralarının rəhbərlərinin axırıncı dəfə bir il əvvəl Rusiyada görüşləri oldu. Lakin orada da ciddi bir qərar qəbul edilmədi. Ermənistan ümumiyyətlə, 2007-ci ildən bəri ölkənin milli təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi ilə bağlı heç bir qərar qəbul etməyib. Yəqin ki, bu məsələ də Rusiya ilə razılaşdırılmalıdır. Təbii ki, Paşinyanın son sərsəm bəyanatları da danışıqlarda müzakirə mövzusu olub. Maraqlı məqam ondan ibarətdir ki, danışıqlarda həm də Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini, xüsusi qərarların hazırlanmasında mühüm rol oynayan Rəşid Nurqaliyev iştirak etdi və hətta mətbuat nümayəndələrinin suallarını da o cavablandırdı. Deməli, danışıqlarda çox mühüm məsələlər müzakirə edilib. Təhlükəsizlik Şurasının əsas işinin dövlətlərarası hərbi-texniki, ticarət-iqtisadi və siyasi məsələlər olduğunu nəzərə alsaq, bu görüşdən elə də ciddi nəticələr gözlənilmir. Yəni dövlət rəhbərləri üçün məruzələr istisna olmaqla, bu görüşdə də elə bir ciddi hadisə baş vermədi”. A.Nağıyev dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən açıqlamalar oldu, üçüncü ölkələrə, yəni Azərbaycana da silah satışı ilə əlaqədar müzakirələr aparıldı, lakin konkret bir nəticə əldə edilmədi: “Digər bir məsələ də MDB-nin və KTMT-nin işində islahatlar aparılması ilə bağlı da Rusiya öz tərəfdaşları ilə müzakirələr aparır və bu görüşdə də bu məsələ müzakirə predmeti idi. Yəni bunları sadalamaqda məqsəd ondan ibarətdir ki, münaqişə ilə bağlı elə bir ciddi müzakirələr olmadı”.

Görüş ərəfəsində Ermənistan XİN başçısı Z.Mnatsakanyanın səsləndirdiyi bəyanata gəldikdə, A.Nağıyev bunları söylədi: “Əgər bu bəyanat Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Patruşevin səfəri vaxtı səsələndisə, deməli, heç də təlimatsız məsələ deyildi. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü olan mühüm bir dövlətdir və bu bəyanatlara, təəssüf ki, ciddi cavab vermədi. Həmişə olduğu ki, yenə də ikili yanaşmanın şahidi olduq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Patruşevin hər hansı ölkəyə səfəri həmişə çoxsaylı suallar doğurur: “Çünki birincisi, Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibidir. İkincisi də Putinin ən yaxın ətrafına daxildir, dostlarından biridir, onun açıq və gizli tapşırıqlarını yerinə yetirir. Bakıya da bir neçə dəfə gəlib. İrəvana səfəri ilə bağlı onu demək olar ki, yəqin Putinin hansısa mesajlarını Paşinyan hökumətinə çatdırıb. Rusiya hakimiyyətinin Ermənistanın indiki baş nazirinin siyasəti ilə bağlı müəyyən sualları var. Putinin dostu, Robert Köçəryan hələ də həbsdədir. Bundan əlavə, ola bilsin Paşinyanın ”Dağlıq Qarabağ Ermənistandır" bəyanatı Rusiyada da müəyyən narahatlıq yaradıb. Çünki Rusiyada anlayırlar ki, bu bəyanata Azərbaycanın çox kəskin reaksiyası olacaq, hətta lokal toqquşma ehtimalı da var. Ola bilsin Patruşev bu məsələyə də aydınlıq gətirməyə çalışıb"./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın köməkçisi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Qarabağ münaqişəsini müzakirə edib

    Trampın köməkçisi Ermənistan Təhlükəsizlik ...

    16-05-2019, 14:47

  • 
  • Ramiz Mehdiyev Moskvaya səfər edib

    Ramiz Mehdiyev Moskvaya səfər edib ...

    12-11-2015, 16:08

  • 
  • Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ilə təltif edilib

    Ramiz Mehdiyev Rusiyanın "Şərəf" ordeni ...

    26-04-2018, 11:36

  • 
  • Generallar Moskvaya toplaşır - General Kərim Vəliyev də Moskvaya getdi

    Generallar Moskvaya toplaşır - General Kərim ...

    27-04-2016, 12:58

  • 
  • Mədət Quliyev Moskvada MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 43-cü iclasında iştirak edib

    Mədət Quliyev Moskvada MDB üzv dövlətlərin ...

    19-12-2017, 17:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu