Dövlət başçısının sərəncamı ilə Gündüz Kərimov Prezident Administrasiyasının qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib. Bundan öncə o, birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi olub. ABŞ-da təhsil alıb.
Qeyd edək ki, bundan öncə həmin şöbəyə Şahin Əliyev rəhbərlik edirdi. Görünür, Prezident Administrasiyası strukturunda islahatlar zamanı şöbə ikiyə bölünüb: qanunvericilik və hüquq ekspertizası şöbəsi (Ş.Əliyev rəhbərlik edir) və qanunvericilik və hüquq siyasəti şöbəsi.
Sorğu
Yeni dizaynımız necədir?