Azərbaycan 2020-ci ildə antiterror əməliyyatına başlayacaq. Bunu artıq dəqiq demək olar. Amma bu çoxşaxəli hərbi əməliyyat Ermənistan ərazisində olmayacaq. Çoxları burda səhvə yol verir. Antiterror əməliyyatları Azərbaycanın bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınmış sərhədləri çərçivəsidə, Qarabağda baş tutacaq.
Gundemxeber.az xəbər verir ki, bu sözləri axar.az-a ukraynalı politoloq Nataliya Belous deyib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi və hərbi cəhətdən Ermənistandan qat-qat güclü olması bu hərbi əməliyyatların tez bir zamanda və uğurla başa çatmasına zəmanət verir: “Hazırda hər şey geosiyasi dəyişiklərdən, yəni Rusiya amilinin mövcudluğundan və qaynar nöqtələrin olduğu Yaxın Şərqdəki vəziyyətdən asılıdır. Bütün bunlar prosesə zərər verə bilər, buna görə də Azərbaycan diqqətlə hərəkət edir. Hərbi əməliyyatların necə davam edəcəyi barədə danışmaq çətindir, amma Azərbaycan ilk növbədə heç kimə zərər verməmək üçün diplomatik tədbirlər görür və qarşı tərəfi kostruktiv danışıqlara çağırır. Amma 2020-ci il ermənilərə veriləcək son tarix olacaq. Bakı ən son halda silaha əl atacaq, bu da Ermənistan hakimiyyətinin mövqeyindən aslı olacaq. Bakının hərbi potensialından xəbərdar olan birisi kimi deyə bilərəm ki, hazırda Azərbaycanın çox güclü xüsusi təyinatlılardan ibarət ordusu var. Antiterror əməliyyatlarını da məhz onlar aparacaq. Azərbaycanın bu işdə heç kimin köməyinə ehtiyacı olmayacaq. Hətta ehtiyatda olan hərbiçilər belə çagrılmayacaq”.
Sorğu
Yeni dizaynımız necədir?