GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan üçün “pat vəziyyəti” - “yolun sonu” göründü

Paşinyan üçün “pat vəziyyəti” - “yolun sonu” göründü

Tarix: 12-12-2019, 09:52 Bölmə :Siyasət Baxış: 329
Paşinyan üçün “pat vəziyyəti” - “yolun sonu” göründü


Bakının müharibə təhdidi, Kremlin “dobro”su vəziyyəti hər an dəyişə bilər; İrəvan Ter-Petrosyan kursuna qayıdır? - erməni siyasətçidən sensasion iddia...

Rəsmi Bakının il sonu Bratislavada Qarabağ məsələsində “qırmızı xətti” cızması Ermənistan rəhbərliyini, faktiki, “pat vəziyyəti”nə qoyub. Beynəlxalq hüquqa əsaslanan bu mövqeyə qarşı nə işğalçı tərəf, nə də ATƏT-in Minsk Qrupunun həmsədrləri heç nə ortaya qoya bilmirlər. Bu da səbəbsiz deyil.

Məsələ ondadır ki, Azərbaycanın bu qanuni, prinsipial və əsaslı yanaşması əslində Azərbaycan prezidenti İlham Əliyev Soçidə, “Valday” forumunda bəyan etdiyi “Dağlıq Qarabağ Azərbaycanındır və nida işarəsi!” tezisi ilə yekunlaşan mövqeyinin davamıdır. Bütün bunlar da o anlama gəlir ki, işğalçı Ermənistan və onun havadarları münaqişənin həllini hər hansı başqa hüquqi müstəvidə axtarmağa boşuna vaxt sərf eləməsinlər, Azərbaycan öz haqlı mübarizəsindən geri çəkilmək fikrində deyil və olmayacaq.

*****

Yaranmış vəziyyət ən azından, Dağlıq Qarabağ ətrafındakı 7 və ya 5 rayon söhbətini yeni aktuallıqla gündəmə gətirir. Çünki həm Azərbaycan, həm də qardaş Türkiyə rəhbərliyi, həmçinin bir çox əcnəbi analitiklər, o sırada Rusiyanın neçə-neçə tanınmış politoloqları bəyan ediblər ki, problemin həllini dalandan çıxarmaq üçün ilk addımı məhz Ermənistan atmalı, xoş məram göstəricisi kimi, heç olmasa, bir neçə rayonu qeyd-şərtsiz azad etməlıdir. Yəni konflikt yalnız mərhələli yolla həllini tapa bilər.

Əfsus ki, Paşinyan hökuməti də daxil, “müstəqil” Ermənistanın bütün iqtidarları, eks-prezident Levon Ter-Petsoyan xaric, Qarabağ məsələsinin həllində həmişə “atı arabanın arxasına” bağlayıblar. Ayrı sözlə desək, regionun yekun statusu ilə bağlı Azərbaycanın heç vaxt qəbul etməyəcəyi şərti önə çıxarıblar.

Nəticə ortadadır. Ter-Petrosyandan sonra keçən 21 illik zaman kəsiyində ixtilafın həlli 1 sm də qabağa getməyib. Altını ən çox çəkən isə yenə işğalçı ölkənin özü olub. Ermənistanın iqtisadi tənəzzülü, blokadası və təcridi güclənib, ölkədən kütləvi köç davam edib, Ermənistan postsovet məkanının ən yoxsul diyarına çevrilib.

*****

İlyarımdan çoxdur hakimiyyətdə olan, özünü demokrat sayan Nikol Paşinyan da vəziyyəti yaxşıya dəyişə bilmədi. Ona görə ki, bundan ötrü öz xalqı ilə açıq və səmimi danışmaq gərəkir. 20 il hakimiyyətdə olmuş “Qarabağ klanı”nın ən odioz simaları - sabiq prezidentlər Robert Köçəryan (hazırda həbsdədir) və Serj Sərksiyan bunu bacarmadılar, yaxud istəmədilər və xalqa “xəyal plov” yedizdirdilər.

Amma N.Paşinyan ölkəni düşdüyü bataqlıqdan çıxarmaq üçün ayrı, fərqli yol seçməli idi. Daha dəqiqi, məntiq deyir ki, vaxtilə müəllimi olmuş Ter-Petrosyanın mərhələli həll planına qayıtmalı idi. Tədricən cəmiyyəti hazırlayaraq. Vaxt gedir. Getdikcə də onun hakimiyyəti üçün “yolun sonu” görünməkdədir. Həm də o səbəbə ki, Azərbaycan ildən-ilə özünün iqtisadi və hərbi gücünü artırır.

Ermənistan isə əksinə, ildən-ilə işğalçı ordunu saxlamaq, onu silah-sursat, ərzaq və hətta çağırışçı ilə təmin eləmək üçün yeni-yeni problemlərlə üzləşir. Təkcə bir fakt: Azərbaycanın gələn il üçün nəzərdə tutulan hərbi büdcəsi (2.27 milyard dollar) az qala, işğalçı ölkənin gələn ilki ümumi büdcəsinə bərabərdir və hərbi büdcəsindən (625 milyon dollar) 4 dəfəyə yaxın (!) çoxdur. Odur ki, Paşinyan hökumətinin fikirləşməyə çox az vaxtı qalıb. Bəlkə də Azərbaycanda erkən seçkilər bitənə, yəni yazadəkdir. Hər necə olmasa, Rusiya və digər həmsədr dövlətlər də vəziyyətin uzun müddət belə davam edə bilməyəcəyinin fərqindədirlər.

Qərarı isə işğalçı tərəf kimi rəsmi İrəvan verməli, ilk addımı məhz o atmalıdır. Çünki Azərbaycanın güzəştə gedəcəyi bir şey yox. Azərbaycan öz qanuni torpağının bir hissəsini (7 rayon), başqa bir hissəsinə (Dağlıq Qarabağ) dəyişmək niyyətində deyil, olmayacaq. Ən yaxşı həll formulu “torpaq əvəzinə sülh” olan bilər - hansına ki, Ter-Petrosyan razılıq vermiş, buna görə Moskvanın dəstəyi və “Qarabağ klanı” vasitəsilə devrilmişdi. Lakin Azərbaycan indi həmin Azərbaycan deyil. Müharibə variantı isə çətin ki, Rusiyanın da maraqlarına cavab versin. Üstəlik, o vaxtdan 21 ildən çox keçir, münaqişə isə hansısa formada nizamlanmalıdır...

*****

“Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır”. Bu sözləri İrəvanda “İcmal” verilişinin efirində Ermənistan parlamentinin deputatı, Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan deyib (axar.az).

Onun sözlərinə görə, Nikol Paşinyanın Ter-Petrosyanın təklif etdiyi formata qayıtmaqdan başqa çıxış yolu yoxdur və bunun üçün əsaslı səbəblər var. Sitat: “Danışıqlar uzun müddət davam edə bilməz, çünki danışıqlar zamanı yerində addımlamaq yox, irəliləyişə nail olmaq lazımdır. Bu gün Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nəzəri baxışı yoxdur və təbii ki, belə olan halda o, başqasının mövqeyi arxasınca getməlidir”, - deyə Zurabyan bildirib.

Bəs Paşinyanın dəstək verə biləcəyi Ter-Petrosyan variantı nədən ibarət idi?

Variantın qayəsində problemin mərhələli həlli dururdu. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilməli, sərhədlər və kommunikasiyalar açılmalı, blokada götürülməli, sonuncu mərhələdə isə regionun statusu razılaşdırılmalı idi. Bu da Petrosyanın sözüdür, o vaxt erməni xalqına müraciətlə demişdi: “Realist olmaq və beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ ətrafında mövcud vəziyyətlə barışmayacağını anlamaq lazımdır. Çünki bu vəziyyət bölgədəki əməkdaşlığa, təhlükəsizliyə və Qərbin neft maraqlarına təhdid yaradır. Kompromisə getmək lazımdır. Əks halda, vaxt gələcək, biz kompromisə gedilməsi barədə xahiş edəcəyik. Kompromisdən imtina edilməsi və maksimalizm (mümkün olana yox, ən maksimala nail olmaq səyi) Qarabağın süqutuna və Ermənistandakı vəziyyətin pisləşməsinə aparan ən qısa yoldur”.

*****

Bu qısa yol isə artıq qət edilib: Ermənistan doğrudan da indi daha acınacaqlı durumdadır. Bir səbəb də təbii ki, Rusiya amili ilə bağlıdır. Hər halda, o vaxt bu plana Moskva “dobro” versəydi, indi regionda situasiya bambaşqa idi, Qarabağ səmasından da barıt qoxusu çoxdan çəkilmişdi.

Bəs bu dəfə necə, İrəvan Ter-Petrosyan planına qayıtsa, Kreml “rüsxət” verərmi? Axı indi Yeltsin dönəmi yox (1998), Putin dönəmidir.

Maraqlıdır ki, bu arada erməni nəşri “İrates” qəzeti yazıb ki, Rusiya Qarabağ məsələsində ciddi tələskənlik nümayiş etdirir. Qəzet xarici işlər nazirlərinin son Bratislava görüşünə məhz bu kontekstdən yanaşılması vacibliyini vurğulayıb. “Serj Sərkisyana qarşı cinayət işi də bununla bağlıdır. Bununla hakimiyyətin yeni elementlərlə müqəddəsləşdirilməsi təmin edilir”, - deyə qəzet iddia edib.

İddianın nə dərəcədə ciddi olduğunu söyləyə bilmərik. Bir şey dəqiqdir ki, Paşinyan hakimiyyəti üçün “qum saatı” çoxdan işə düşüb... //musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq

    Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum ...

    5-12-2019, 12:58

  • 
  • İlham Əliyev həmsədrləri qəbul etdi

    İlham Əliyev həmsədrləri qəbul etdi ...

    7-10-2017, 13:34

  • 
  • Yerevandakı ABŞ səfiri: Hamı iyun görüşündən münaqişənin həllini gözləyir

    Yerevandakı ABŞ səfiri: Hamı iyun görüşündən ...

    18-05-2016, 19:19

  • 
  • "Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələsində geri çəkilmək niyyəti yoxdur"

    "Azərbaycan Prezidentinin Dağlıq Qarabağ ...

    10-04-2016, 19:17

  • 
  • "Erməni qoşunu çıxmalıdır"

    "Erməni qoşunu çıxmalıdır" ...

    10-08-2014, 18:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (270)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu