Bu gün Ukrayna prezidenti Vladimir Zelenski Bakıya iki günlük rəsmi səfərə gəlir.
Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Zelenski Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Əli Əsədovla görüşəcək.
Həmçinin, iki ölkə arasında "prioritet sahələrdə" əməkdaşlıq haqqında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
İki ölkə prezidenti Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər. Bundan başqa, Zelenski Azərbaycanın Ukrayna icmasının nümayəndələri ilə görüşəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?