Dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İttifaqı İqtisadi Şurasının (AİİŞ) qeyri-rəsmi zirvə görüşü keçiriləcək və orada Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.
Gundemxeber.Az bildirir ki, bu barədə "Moskva-Bakı" nəşri məlumat yayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin AİİŞ-ə daxil olmayan MDB ölkələrinin liderlərini qeyri-rəsmi sammitə hələ oktyabr ayında dəvət etmişdi.
"Moskva-Bakı" nəşri həmçinin qeyd edir ki, prezidentlər İlham Əliyev və Vladimir Putin Sankt-Peterburqdakı zirvə görüşündə görüşəcəklər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?