GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Müşfiq” və "Zabrat" yarımstansiyaları istifadəyə verilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

“Müşfiq” və "Zabrat" yarımstansiyaları istifadəyə verilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

Tarix: 29-12-2019, 19:48 Bölmə :Siyasət Baxış: 1 395
“Müşfiq” və "Zabrat" yarımstansiyaları istifadəyə verilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB


Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyalarda görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, 2018-ci ilin sentyabrından ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq dərhal icrasına başlanılıb. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlılığını təmin edib inkişafa nail olmaqla yanaşı, 800 meqavatdan artıq “itirilmiş” gücü bərpa etməkdir. Bu günə qədər 400 meqavat itirilmiş güc artıq bərpa olunub.

Diqqətə çatdırılıb ki, “Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Ötən ildən başlayaraq mövcud 87 yarımstansiyadan ikisində yenidənqurma işləri artıq başa çatdırılıb, 20-dək yarımstansiyada isə bu tədbirlər davam edir. 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları da ən müasir standartlar səviyyəsində yenidən qurulub. Silsilə tədbirlər sayəsində “Müşfiq” və “Zabrat” yarımstansiyalarının dayanıqlılığı, etibarlılığı və təhlükəsizliyi təmin olunub.

Prezident İlham Əliyev “Müşfiq” yarımstansiyasını işə salıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar enerji sektorunu da hərtərəfli əhatə edib. Azərbaycanın elektrik enerjisi təsərrüfatında köklü islahatların növbəti mərhələsi uğurla reallaşdırılır, enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər geniş vüsət alıb. Son illərdə çoxsaylı yeni elektrik stansiyalarının və yarımstansiyaların açılışı, mövcudlarının bərpası ilə yanaşı, bərpaolunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunub. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi də xarakterizə olunur. Respublikamızın elektroenergetika sistemi ötən müddətdə tanınmaz dərəcədə dəyişib və bütün yenidənqurma tədbirləri perspektiv də nəzərə alınmaqla reallaşdırılıb. Ardıcıl və məqsədyönlü səylər nəticəsində respublikamızın paytaxtı ilə yanaşı, regionlarında da qısa müddətdə böyük irəliləyişə nail olunub. Həmin tədbirlər elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına, ən müasir texnologiya və avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Ən ucqar yaşayış məntəqələrini belə əhatə edən yenidənqurma tədbirləri çərçivəsində yaradılan müasir energetika qurğuları və yeni güc mərkəzləri həm xarici görünüşünə görə əvvəlkilərdən kəskin fərqlənir, həm də böyük texniki üstünlüklərə malikdir. Ölkəmizin bütün bölgələrində qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, eləcə də sənayeləşmə diqqət mərkəzində olduğundan, energetika kompleksinin zamanın tələblərinə uyğun köklü şəkildə təkmilləşdirilməsi də başlıca prioritetlərdəndir.

Dövlət başçısına 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyasında aparılan yenidənqurma tədbirləri barədə də məlumat verilib.

Bildirilib ki, bu energetika qurğusunun gücü 160 meqavoltamperə çatdırılıb.

Prezident İlham Əliyev “Müşfiq” yarımstansiyasından SCADA Dispetçer İdarəetmə Sistemi vasitəsilə “Zabrat” yarımstansiyasını da işə salıb.

Sonra dövlət başçısına Azərbaycan elektroenergetika kompleksinin sistem olaraq formalaşmasının 120, paylayıcı elektrik şəbəkəsinin yaradılmasının 90 illiyinə həsr edilən “Azərbaycan elektroenergetikası” kitabı təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

*** 11:27

Dekabrın 29-da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 220/110/10 kV-luq “Müşfiq” yarımstansiyası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident bir neçə obyektin açılışında iştirak edib — YENİLƏNİB

    Prezident bir neçə obyektin açılışında iştirak ...

    17-01-2018, 13:39

  • 
  • İlham Əliyev Qəbələ rayonunda səfərdə - YENİLƏNİB

    İlham Əliyev Qəbələ rayonunda səfərdə - YENİLƏNİB ...

    28-10-2019, 12:12

  • 
  • Varvara SES yenidən istifadəyə verilib

    Varvara SES yenidən istifadəyə verilib ...

    16-04-2017, 21:19

  • 
  • İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında

    İlham Əliyev Pirşağıda avtomobil tunelinin ...

    29-12-2019, 11:54

  • 
  • Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı - PREZİDENTDƏN SƏRƏNCAM

    Baba Rzayev və Etibar Pirverdiyev işdən çıxarıldı ...

    4-09-2018, 16:32


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu