"Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri boykota çağırsın”. Bu fikirləri Modern.az saytına açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib.
İlk gündən professor Cəmil Həsənlinin namizədliyinə qarşı olduğunu deyən eks-spiker seçkilərdə ehtiyat namizədin bir faiz də səs toplaya bilməyəcəyini deyib.
R.Quliyev hesab edir ki, C.Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürə bilər:
"Yeganə bir şəxsin qələbə şansı var idi, o da Rüstəm İbrahimbəyov idi. Onu da Milli Şura qeydiyyat uğrunda mübarizədən uzaqlaşdırdı. Prezident seçkilərində səslər aşağıdakı şəkildə paylaşacaq. İlham Əliyev 72-80 faizə qədər. Yerdə qalanlar 16-18 faiz, 2 faiz də saxta bülleten. Hörmətli Cəmil müəllimin topladığı səslər 0.2-0.5 faizdən artıq olmayacaq. İlqar Məmmədovu seçkilərə buraxsalar ona 2 faiz yaza bilərlər. Əlbəttə, İqbal Ağazadə və başqalarına daha çox səs veriləcək. Milli Şura seçkilərin saxtalaşdırılmasının qarşısını nəinki ala bilmək, hətta zəif müqavimət göstərmək qabiliyyətinə malik deyil. Çünki Cəmil Həsənli insanları ayağa qaldıra bilən fiqur deyil. Onun əsas güvəndiyi qüvvə Milli Şura yox, Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Cəbhəçilərinin öz rayonlarında belə kiçik mitinq təşkil edə bilməməsi bir ay müddətində hansı isə bir gücə çevriləcəklərinə inanmaq çətindir. Ehtimal var ki, Cəmil Həsənli oktyabrın əvvəlində namizədliyini geri götürsün və seçkiləri baykota çağırsın, ancaq bu addım gecikmiş addım olacaq”-deyə R.Quliyev Milli Şuradan narazılıq edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?