Xəbər verildiyi kimi, REAL-ın funksioneri Erkin Qədirli fevralın 9-da keçirilmiş nöbədənkənar seçkilərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilib.
Gundemxeber.Az xəbər verir ki, 34,4 faiz səs çoxluğu ilə Erkin Qədirli dairədəki qanunsuzluqların olduğunu da deyib.
Bu gün isə o, bəyan edib ki, saxtalaşdırma olan məntəqələrdəki nəticələrin ləğv edilməsi üçün şikayətini MSK-ya təqdim edib. O deyib ki, bu səhər ATƏT-in uzunmüddətli müşahidəçilərilə görüşüb. “Görüşü özləri istədilər, ofisimizə gəldilər. Hər şeyi onlara dedim və göstərdim. MSK-ya şikayətimin nüsxəsini də onlara verdim. Bu arada, şikayət etdiyim və nəticələrinin ləğv olunmasını xahiş etdiyim məntəqələrin sayı 5-dən 8-ə yüksəldi. Daha 3 məntəqədə pozuntuların olduğunu sonradan gördüm, protokolları gec aldığımıza görə. Müşahidəçilərimizin aktlarını, aldığım səslərin gerçək sayıyla MSK-nın elan etdiyi səslər arasında fərqi, eləcə də başqa sübutları şikayətimə əlavə etdim”.
Onun sözlərinə görə, bu məntəqələrin nəticələri ləğv olunarsa, yerdə qalan səslərlə yenə də udmuş sayılır. “Qanuna görə, məntəqələri 2/5-in nəticələri ləğv olunarsa, dairənin nəticələri ləğv olunmalıdır. Mənim dairəmdə məntəqələrin 2/5-in sayı 12-dir. Mən 8 məntəqədən şikayət edirəm. Orada, səsverməyə gəlmiş seçicilərin sayını artırmaq üçün, hamının səsini artırıblar. Mən o məntəqələri onsuz da udmuşam, amma şişirdilmiş rəqəmləri qəbul edəsi deyiləm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?