“Fevralın 12-də növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) edilən şikayətlər yekunlaşıb”.
MSK sədri Məzahir Pənahov diqqətə çatdırıb. O, vurğulayıb ki, fevralın 12-si şikayətlərin göndərilməsinin sonuncu günü idi:
“MSK qəbul olunan şikayətlərə tam baxacaq. Bizə göndərilən şikayətlərin 90 faizi sosial şəbəkələrdə yayılan məlumatlardır”.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən seçkinin keçirildiyi gündən sonra 3 gün müddətində MSK-ya şikayət edə bilərlər. Göstərilən müddət bitdikdən sonra Komissiyaya edilən şikayətlər əsassız sayılır./modern.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?