42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə daxil olmuş bir müraciətin araşdırma səlahiyyəti DSK-ya aid olduğundan müvafiq DSK-ya göndərilməlidir.
Gundemxeber.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu MSK-nın iclasında qurumun katibi Arifə Muxtarova bildirib.
O deyib ki, 121 saylı Laçın, 108 saylı Ağstafa, 73 saylı Lənkəran şəhər, 98 Şəmkir şəhər seçki dairəsi üzrə (bu dairə üzrə iki şikayət), 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 24 saylı Nizami seçki dairəsi üzrə şikayətlər qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ərizəçilərə geri göndəilməlidir.
Daha sonra bu şikayətlərin müvafiq DSK-ya və ərizəçilərə göndərilməsi barədə qərar qəbul olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?