Mərkəzi Seçki Komissiyasının iclasında 99 saylı Şəmkir seçki dairəsindən quruma daxil olan müraciətə baxılıb.
Müraciət araşdırılması üçün DSK-ya göndərilib. Bundan başqa, 27 saylı Sabunçu ikinci seçki dairəsi və 121 saylı Laçın seçki dairəsindən quruma daxil olan müraciətlərə də baxılıb. Hər iki müraciət araşdırılması üçün DSK-ya göndərilib.
*** 16:13
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.
“Komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır. MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək. Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə - 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli - 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu - 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?