ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Rusiyanın “Nezavisimaya Qazeta” nəşrində Sumqayıt hadisələri ilə bağlı çıxan məqaləyə münasibət bildirib.
Gundemxeber.Az-ın məlumatına görə, Azay Quliyev bu barədə özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, adıçəkilən nəşrdə 1988-ci ilin fevralın 28-də baş verən Sumqayıt hadisələri ilə bağlı dərc edilən məqalə erməni lobbisini təşvişə salıb.
“Azərbaycan ictimayyəti “Nezavisimiya Qazeta”nın tarixi ədalətin təntənəsinə verdiyi töhfəni dəstəkləyir”, - deyə Azay Quliyev əlavə edib.
Xatırladaq ki, həmin nəşrdə “Sumqayıt faciəsi. Bu haradan başladı və necə oldu?” başlıqlı məqalə dərc edilib.
Bundan sonra Ermənistanın Moskvadakı səfirliyi qəzet barəsində məhkəmə iddiası qaldırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?