Dünyanı fakt qarşısında qoyan koronavirus pandemiyasının yaratdığı fəsadlardan da biri əhalinin kasıb təbəqəsinin ərzağa olan ehtiyacının daha qabarıq şəkildə özünü göstərməsidir.
Dövlətlərin ərazilərində karantin elan olunması konteksində vətəndaşın özünütəcrid siyasətinin qurbanı olmaması üçün müxtəlif şirkətlər, müəssisələr və xeyirsevər insanlar günümüzdə yardımlaşmağa daha çox üstünlük verirlər. Bu gün Ümid Partiyasıda maddi ehtiyacı olan onlarla ailəyə kömək etdi. Partiya sədri cənab İqbal Ağazadənin xeyir-duası ilə başlayan aksiyada əksər partiya funksionerləri iştirak ediblər. Yardım alan vətəndaşlar bu nəcib aksiyaya qoşulduğu üçün Ümid Partiyasına və rəhbərliyinə xüsusi minnətdarlıqlarını bildiriblər.//conflict.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?