GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident məcburi köçkünlər üçün binalarda tikinti işlərinin gedişi ilə tanış olub - YENİLƏNİB

Prezident məcburi köçkünlər üçün binalarda tikinti işlərinin gedişi ilə tanış olub - YENİLƏNİB

Tarix: 24-04-2020, 19:00 Bölmə :Siyasət Baxış: 324
Prezident məcburi köçkünlər üçün binalarda tikinti işlərinin gedişi ilə tanış olub - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlər barədə dövlət başçısına məlumat verərək deyib:

- Möhtərəm cənab Prezident, bu Sizin tapşırıqlarınıza əsasən Neft Fondundan ayrılmış vəsait hesabına Abşeron rayonunun ərazisində 1890 ailə üçün nəzərdə tutulmuş tikinti sahəsidir. Hazırda burada iki qəsəbə salınır. Qəsəbələrdən biri 1890 ailə, digəri isə 1152 ailə üçün nəzərdə tutulur. Birinci qəsəbəmizdə 1512 şagird yerlik məktəbimiz, 280 yerlik uşaq bağçamız, klub icma mərkəzimiz var və musiqi məktəbi tikilir. Digər qəsəbədə doqquzmərtəbəli 29 yaşayış binası tikilir. Bu qəsəbədə isə 35 yaşayış binası nəzərdə tutulub, hazırda tikintisi davam etdirilir. Cari ilin yanvar ayının 15-dən tikintisinə başlanılıbdır, 2200 işçi qüvvəsi cəlb olunub, müasir texnikadan istifadə edilir. Tikinti şərtləri nəzərə alınmaqla işimizi sürətlə davam etdiririk və nəzərdə tutmuşuq ki, noyabr ayının sonlarına bu qəsəbə tam hazır olacaq.

Prezident İlham Əliyev: Hər iki layihə?

Rövşən Rzayev: Bəli, hər iki layihə, elə nəzərdə tutulub. Hazırda da işlərimiz sürətlə gedir.

Prezident İlham Əliyev: Yəni, ümumiyyətlə, 3 mindən çox ailə burada yerləşəcək.

Rövşən Rzayev: Bəli, 3 min 42 ailə burada məskunlaşacaqdır. Əsasən Sumqayıt şəhərindən köçürüləcək məcburi köçkünlər. Sumqayıt şəhərində 13 mindən çox ailə məskunlaşıbdır. Hörmətli Birinci vitse-prezident Mehriban xanımın tapşırığına əsasən Sumqayıt şəhəri üçün yol xəritəsi hazırlanıbdır. Sumqayıt şəhərində inzibati binalarda çətin vəziyyətdə məskunlaşan köçkünlərimizin sayı 3 mindən bir az çoxdur. Onları və Abşeron rayonunda inzibati binalarda çətin vəziyyətdə yaşayan 1500-dən çox insanı biz burada məskunlaşdıracağıq.

Prezident İlham Əliyev: Çox yaxşı, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan insanları yerləşdirin, onların böyük hissəsi burada yerləşdiriləcək. Ondan sonra bu layihələr davam etdiriləcək.

Rövşən Rzayev: Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınıza əsasən, burada komitə üçün ümumiyyətlə 50 hektar ərazi ayrılmışdır. Onun 17 hektarından istifadə olunubdur. İlk qəsəbəmizdə 1001 ailə yaşayır. Siz 2018-ci ilin dekabrında bu qəsəbənin açılışını etmisiniz. Hazırda ikinci və üçüncü qəsəbələrimiz tikilir, daha 12 hektar ərazimiz qalır. Orada da layihəyə uyğun olaraq 1008 ailə yerləşdirə biləcəyik. Sizin tapşırıqlarınıza uyğun olaraq, layihə tamamilə dəyişdirilibdir, nəzərdə tutulmuş 2500 ailə əvəzinə hazırda burada 5000-ə yaxın ailə məskunlaşdırılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı, biz bu əraziləri gərək elə planlaşdıraq ki, maksimum səmərə ilə binalar tikilsin, həm mərtəbə səviyyəsi, eyni zamanda, burada ictimai zonaların həcmi şəhərsalma qaydalarına uyğun olmalıdır. Əlbəttə ki, hər bir qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, alış-veriş yerləri olmalıdır. Bu vaxta qədər bu qəsəbə də tikilib.

Rövşən Rzayev: Bəli, burada 1001 ailə yaşayır, binalar yeddi mərtəbədən ibarətdir, qəsəbə 17 hektarda salınıbdır. Amma Sizin tapşırıqlarınızdan sonra layihəyə yenidən baxıldı və artıq yeni qəsəbələrdə doqquzmərtəbəli binalar tikilir.

Prezident İlham Əliyev: Ümumiyyətlə, bu qəsəbələrdə əvvəlki dövrdə tikilmiş binaları da nəzərə alsaq təqribən dörd mindən çox ailə məskunlaşacaq. Mən göstəriş vermişəm ki, bütün kommunikasiyalar da təmin edilsin – qaz, işıq, yollar, su təminatı - bütün şərait.

Rövşən Rzayev: Yaşıllıq salınır.

Prezident İlham Əliyev: Yaşıllıq, ictimai zonalar. Çox yaxşı, gələn ilə də planlaşdırın, çünki hələ ki, Sumqayıt şəhərində və Abşeron rayonunda məcburi köçkünlərin sayı çoxdur. Son illərdə biz onların əhəmiyyətli hissəsini yerləşdirdik. Ona görə burada bu tikinti layihələri davam etdirilməlidir. O cümlədən Bakı şəhərində və bütün digər yerlərdə. Bu bina məktəb üçündür?

Rövşən Rzayev: Bəli, məktəbdir, 3 korpusdan ibarətdir, cənab Prezident.

Prezident İlham Əliyev: Hər iki qəsəbə üçün nəzərdə tutulub?

Rövşən Rzayev: Bəli, hər iki qəsəbə üçün nəzərdə tutulubdur. Şagirdlər sayılıb, hamısı yerləşəcəkdir. Bunların hamısının layihəsi şəhərsalma qaydalarına uyğun hazırlanıb.

Prezident İlham Əliyev: Bu binalar neçə mərtəbəlidir?

Rövşən Rzayev: Yeddimərtəbəlidir. İndi isə doqquzmərtəbəli binalar tikilir.

Prezident İlham Əliyev: Gələcəkdə 12 mərtəbəli binalar da tikilə bilər ki, daha çox insanları yerləşdirək.

Rövşən Rzayev: Baş üstə. Sizin tapşırığınızla Binəqədi rayonunda bizə yer ayrılıbdır. Sizin tapşırığınızdan sonra biz orada 12 mərtəbəli binaların inşasını nəzərdə tuturuq.

Prezident İlham Əliyev: Çox yaxşı.

Qeyd edək ki, indiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə Heydər Əliyev Fondu da böyük töhfələr verib. Bu günədək 62494 məcburi köçkün ailəsinin, ümumilikdə, bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə də bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan tədbirlər ardıcıl xarakter alıb.

*** 12:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Ağdamda açılış etdi - YENİLƏNİB

    Prezident Ağdamda açılış etdi - YENİLƏNİB ...

    7-08-2014, 00:07

  • 
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38

  • 
  • Prezident Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub

    Prezident Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ...

    11-10-2018, 10:50

  • 
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeronda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    24-12-2018, 13:09

  • 
  • Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsinə 9 milyon manat ayırdı

    Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndində ...

    15-06-2017, 19:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu