Prezident İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, 1958-ci il təvəllüdlü M.Quliyev "Naxçıvan" universitetini bitirib. 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində işləyib. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilib və 2006-cı ilədək bələdiyyə sədrinin müavini postunu tutub. O, 2006-2011-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 26 aprel 2011-ci ildən iniyədək Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?