GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

Tarix: 3-06-2020, 11:40 Bölmə :Siyasət Baxış: 311
Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?


Ermənistan baş naziri özünü xəstəliyə vurub? Erməni mediasında və sosial şəbəkələrdə ilginc versiyalar ortaya atıldı...

Ermənistan Güney Qafqaz ölkələri arasında koronavirusa yoluxma və ölüm sayına görə liderliyini qoruyub saxlayır. İşğalçı ölkədə son sutka ərzində daha 517 nəfər virusa yoluxub, 20 xəstə ölüb (ölənlərin ümumi sayı - 158). Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da yoluxanların sayı 10.009-a çatıb. Beləcə, işğalçı ölkə region dövlətləri arasında daha bir anti-rekorda imza atıb - yoluxanların sayı 10 mini keçən ilk ölkə olmaqla.

Artıq 10 min nəfərin içində baş nazir Nikol Paşinyan və ailə üzvləri də var. Hər halda, iki gün, Paşinyanın canlı yayımda verdiyi açıqlamadan bu nəticə hasil olub. O da maraqlıdır ki, Nikol Paşinyanın COVİD-19-a tutulması məhz onun ad gününə - 45 yaşına (1 iyun 1975) təsadüf edib. Daha bir maraqlı məqam Rusiya prezidenti Vladimir Putinin ona ilk dəfə olaraq, ad günü münasibətilə təbrik zəngi eləməsidir.

Rəsmi məlumata görə, telefon zəngi zamanı Kreml başçısı ona dəstək və koronavirusdan tezliklə sağalmağı arzu edib. Pandemiya ilə mübarizədə Rusiyanın Ermənistana kömək etməyə hazır olduğunu bildirib. Nikol Paşinyan və Putin həmçinin 2-ci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə bağlı iyunun 24-nə Moskvada planlaşdırılan paradla bağlı danışıblar. Erməni baş nazir paradda iştirakla bağlı bir neçə gün öncə ona göndərilən dəvətə görə Rusiya rəhbərinə təşəkkürünü çatdırıb və ümid etdiyini bildirib ki, o vaxtadək sağalacaq və Moskvaya gedə biləcək.

*****

Kreml başçısının Paşinyana zəngi müəyyən mənada “açıq səmada şimşək” effektini xatırlada bilər. Əvvəla ona görə ki, hakimiyyətdə olduğu iki ildən çox müddətdə Nikol Paşinyan Putindən heç vaxt təbrik almayıb. Hətta baş nazir təyin olunması ilə bağlı də Kremldən ona təbrik gəlməmişdi. Putin Paşinyanın həbsə atdığı eks-prezident Robert Köçəryana belə ad günü təbriki göndərib, ancaq indiyədək Nikolu hər hansı motivlə təbrik etməmişdi.

Bundan əlavə, Paşinyan Ermənistanın rəhbəri olaraq, bu günədək Rusiyaya rəsmi səfərə dəvət almayıb. Səbəblər haqda yetərincə və zaman-zaman yazmışıq. Onların qayəsində Rusiya liderinin “rəngli inqilab”la hakimiyyətə gələn “gizli qərbçi” Paşinyana hələ də ürək qızdırmaması, həmçinin onun Moskvanın adamlarını (Robert Köçəryan və başqaları) Ermənistanda sıxışdırmağa davam etməsidir.

Və bu fondda Rusiya prezidentindən Ermənistanın baş nazirinə qəfil təbrik zəngi gəlir. İlk baxışda humanist addım kimi görünə bilər. Hər necə olmasa, N.Paşinyan ömrünün məhz 45-ci ildönümündə, ad günündə qorxunc virusa yaxalanıb. Başqa yandan, Paşinyanın xəstələnib-xəstələnmədiyini, yəni özünü siyasi xəstəlıyə vurub-vurmadığını Rusiya liderindən dəqiq kim bilə bilər ki?

Nəhayət, Putinin Paşinyana xeyli vaxtdır əvəz axtarması barədə deyilənlər də unudula bilməz. Görəsən, son telefon zəngi bu planları gündəmdən çıxarırmı, Putin Paşinyanı bağışlayıbmı? Çətin. Əksinə, təbrik zəngi Ermənistan baş nazirini Rusiya sarıdan arxayın salıb, onun sərvaxtlığını azaltmağa yönəlik gediş də ola bilər(di)...

*****

Yeri gəlmişkən, Ermənistanın özündə Paşinyan və ailə üzvlərinin virusa yoluxması xəbəri heç də birmənalı qarşılanmayıb. “Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistanın bir çox vətəndaşları baş nazir və onun ailəsinin COVİD-19-a yoluxduğuna dair şübhə ilə yanaşıblar. Paşinyanın qızlarının bu xəbərdən sonra da sosial şəbəkələrdə aktiv olmaları şübhələri artırıb.

Məsələ ondadır ki, sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanın özü və ailəsinin yoluxma testi pozitiv çıxması barədə açıqlamasından sonra onun qızlarının - Şuşan və Məryəmin İnstagram-dakı statusuna diqqət çəkiblər. Bu zaman qızlar Yenukovanda - Paşinyan ailəsinin doğma kəndində qayğısız həyata davam edirmişlər.

Bu xüsusatlardan çıxış edənlərin ehtimalına görə, ola bilsin, baş nazirin koronavirus infeksiyası ilə bağlı hekayəsi, sadəcə, bir PR-dır və hədəf də hökumətin cəmiyyəti vəziyyətin ciddiliyinə inandırmaq və ya son həftələrdə reytinqi sürətlə aşağı düşən Paşinyana simpatiya oyatmaq istəyidir. Çünki əks təqdirdə, dövlət başçısının qızlarının karantin rejimini pozması və mülki məsuliyyətləri barədə suallar ortaya çıxır.

Öz növbəsində jurnalist Narek Ter-Nakalyan daha bir versiya irəli sürüb: o, Paşinyanın xəstələnmə ilə bağlı bəyanatını Ermənistanın Vatikandakı keçmiş səfiri, Qarabağ münaqişəsinin qızışdırıcılarından olan eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın ona qarşı ittihamları ilə əlaqələndirib. Xatırladaq ki, Minasyan baş nazirin qanunsuz silah ticarəti ilə əlaqəli olduğunu söyləmişdi. Jurnalist Paşinyanın hərəkətini gündəmi dəyişdirmək, vətəndaşları onun üçün rahatsız olan bir mövzudan yayındırmaq cəhdi kimi təqdim edib.

İnternet istifadəçiləri habelə canlı yayım zamanı hökumət başçısının qəribə davranışlarına da diqqət çəkiblər: Paşinyan özünün və bütün ailəsinin təhlükəli virusa yoluxduğu barədə danışarkən gülümsəyibmiş. Bu detal bütün xəstələnmə hekayəsinin saxta olması ətrafında ehtirasları daha da gücləndirib.

Hər necə olmasa, Ermənistanda bir çoxları baş nazirin xəstəliyi barədə xəbəri etimadsızlıqla və kifayət qədər şübhə ilə qarşılayıb. Bəlkə sıravi vətəndaşları baş nazirin xəstəliyi - istər xəyali olsun, istərsə də real - ona görə bir elə maraqlandırmır ki, onlar pandemiya dövründə ölkəyə uğursuz rəhbərlik nəticəsində olduqca ağır sosial-iqtisadi problemlərlə baş-başa buraxılıblar. Bütün hallarda belə bir ovqat “inqilabçı” baş nazirə etimad böhranından uzaqda olmadığından xəbər verir...//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Britaniyada koronavirusa yoluxanların sayı 223 mini ötdü

    Britaniyada koronavirusa yoluxanların sayı 223 ...

    11-05-2020, 17:44

  • 
  • ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçib

    ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ...

    29-05-2020, 11:48

  • 
  • Rusiyada koronavirusa yoluxanların sayı dörd mini keçdi

    Rusiyada koronavirusa yoluxanların sayı dörd mini ...

    3-04-2020, 19:59

  • 
  • Çində koronavirusa yoluxanların və ölənlərin sayı azalır

    Çində koronavirusa yoluxanların və ölənlərin sayı ...

    7-03-2020, 10:33

  • 
  • İsraildə COVID-19-a yoluxanların sayı 16 minə yaxınlaşır

    İsraildə COVID-19-a yoluxanların sayı 16 minə ...

    30-04-2020, 23:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu