Bu gün parlament donorluq və transplantasiya haqqında qanun layihəsini müzakirə edəcək
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.
Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?