Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni seçilmiş Sədri Volkan Bozkıra təbrik məktubu göndərib.
GundemXeber.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Bozkır,
Birləşmiş Millətlər Təşkilatının yaranmasının 75 illik yubileyi ərəfəsində Baş Assambleyanın Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
BMT sistemi tarixində qardaş Türkiyə Respublikasının nümayəndəsinin belə yüksək vəzifəyə seçilməsi bizi olduqca sevindirir.
Azərbaycan Respublikası həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində Sizinlə yaxından əməkdaşlıq etməyə, əlaqələrimizi hərtərəfli genişləndirməyə hazırdır.
Əminəm ki, Sizin diplomatiya sahəsindəki peşəkarlığınız, çoxillik təcrübəniz Baş Assambleyanın qarşısında duran vəzifələrin icrasına mühüm töhfə verəcək, dünyada multilateralizmin inkişafına xidmət edəcəkdir.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?