GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ordumuzdan Ermənistanın təxribatına tutarlı cavab - düşmən Tovuz bölgəsində darmadağın edildi

Ordumuzdan Ermənistanın təxribatına tutarlı cavab - düşmən Tovuz bölgəsində darmadağın edildi

Tarix: 14-07-2020, 11:12 Bölmə :Siyasət Baxış: 328
Ordumuzdan Ermənistanın təxribatına tutarlı cavab - düşmən Tovuz bölgəsində darmadağın edildi


Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi; dövlət başçısı: “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür“; şəhidlərimiz torpağa tapşırıldı; Azərbaycana ilk ciddi dəstək yenə də qardaş Türkiyədən gəldi, Ermənistana sərt xəbərdarlıq edildi: “Ağlını başına yığ!”

İyulun 12-dən başlayaraq, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin həyata keçirdiyi təxribatlar nəticəsində vəziyyət kifayət qədər gərginləşib. Erməni ordusunun Azərbaycana məxsus mövqeləri ələ keçirmə cəhdinin qarşısını alan qəhrəman ordumuz 4 şəhid verib, daha 4 hərbçimiz yaralıdır.

Düşmən tərəfin Tovuz istiqamətində başlayan təxribatı nəticəsində 4 nəfər hərbiçimiz - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu və baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olublar.

İyulun 13-də şəhidlərimiz doğulduqları rayonlarda böyük izdihamla torpağa tapşırılıb.

Qeyd edək ki, “Yeni Müsavat”ın 2 əməkdaşı hazırda döyüşlər gedən Tovuzun Ağdam kəndi istiqamətinə ezam olunub. Onlar baş verənlər barədə operativ qaydada xəbərlər verir, ərazidən reportajlar və fotolar təqdim edirlər.

Düşmənin azğınlığı Azərbaycanda qəzəb və nifrətlə yanaşı, vətənpərvərlik ruhunu da yüksəldib. Şəhidlərimiz son mənzilə insan selinin alqış sədaları və “Şəhidlər ölməz, Vətən bölünməz” nidaları ilə yola salınıb. Bir çox yerlərdə isə insanlar küçələrə axışaraq “Qarabağı istəyirik”-deyə, beynəlxalq aləmə mesaj verib, Ali Baş Komandanın əmrini gözlədiklərini deyiblər.

Düşmən 2016-cı ilin aprel döyüşlərindən sonra ilk dəfə artilleriyadan istifadə edib və hər dəfə Azərbaycan Ordusunun cavab zərbələri ilə atəş nöqtələri susdurulub, bir sıra hərbi məntəqələri darmadağın edilib.

Ermənilər itkilərinin sayını rəsmən açıqlamasalar da, erməni mənbələr onlarla erməninin gəbərdiyini etiraf edir və hökumətə qəzəblərini bildirirlər.

***

Düşmənin alçaq təxribatı ilə əlaqədar olaraq iyulun 13-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir: “Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”. Prezident deyib ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib: “Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Ali Baş Komandan bildirib ki, iyulun 13-də sərhəddə gərgin vəziyyət davam edib: “Dünən gecə bütün aidiyyəti qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”.

Prezident İ.Əliyev bildirib ki, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki olduqca ziddiyyətlidir və Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin".

Dövlət başçısı rəsmi Bakının operativ şəkildə atdığı addımlardan da bəhs edib: “Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Prezident deyib ki, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb: “Daxili çaxnaşmalar geniş vüsət alıb. Eyni zamanda ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən bu yaxınlarda qondarma ”Dağlıq Qarabağ respublikası"nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür".

Ölkə başçısının sözlərinə görə, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb: “Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVİD ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb. Ona görə beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir. Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular”.

Prezident iclasda hər kəsi əmin edib: “Mən bir daha demək istəyirəm ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

Sonra Təhlükəsizlik Şurasının iclası qapalı rejimdə davam edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə cəhbədə baş verənlərlə bağlı “İnstagram”da paylaşım edib. “Yeni Müsavat” paylaşımın mətnini təqdim edir: “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”

****

“Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribat üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin fikrini daxili problemlərdən yayındırmaq məqsədi güddür”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri zamanı deyib. Qarşı tərəfi Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısının alınması və bölgədəki cari vəziyyət barədə məlumatlandıran nazir E.Məmmədyarov ciddi narazılığını bildirərək, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

Azərbaycan -Türkiyə dostluğu düşmənə gözdağıdır

Azərbaycanın ədalətli mövqeyini hər zaman müdafiə edən Türkiyə növbəti dəfə qardaşlıq nümunəsi göstərib. Türkiyə XİN-in bəyanatda deyilir: “Erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz bölgəsinə gerçəkləşdirdiyi hücumu şiddətlə qınayırıq. Həyatını itirən azərbaycanlı şəhidlər üçüün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralılara tezliklə şəfalar diləyirik”. Türkiyə Xİ?N-in bəyanatında Ermənistanın təcavüzkar siyasətinin yeni bir təzahürü olan bu hücumun Azərbaycan tərəfindən qarşısının alındığı vurğulanıb, hücumların cavabsız qoyulmayacağına inam ifadə olunub. Bildirilib ki, Ermənistan beynəlxalq toplumun diqqətini Azərbaycan torpağı olan Dağlıq Qarabağ və ətrafında illərdir davam edən hüquqdankənar yerlərə çəkmək və münaqişəyə yeni çalarlar qatmaqla siyasi həllin qarşısını almaq üçün əl atdığı bu təşəbbüs nəticəsiz qalmağa məhkumdur.

Bildirlir ki, Ermənistan tərəf bu kimi təhlükəli taktikadan əl çəkməli, hüquq yolunu seçməlidir. “Türkiyə, ərazi bütövlüyünü müdafiə mücadiləsində bütün imkanları ilə Azərbaycanın yanında yer almaqda davam edəcək”-Türkiyə XİN-in bəyanatında daha sonra deyilir.

“Ermənistan ağlını başına yığsın”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərə dair suala cavabında deyib. “Ermənistan ağlını başına yığsın. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

İran da Azərbaycana başsağlığı verib. İtaliya parlamentinin bir qrup üzvü isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat veriblər.

“Biz münaqişəni sülh yolu ilə həll etməyə hazırıq. Ancaq danışıqlar danışıq aparmaq xatirinə olmamalıdır”. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Qovorit Moskva” radiostansiyasına müsahibəsində deyib. “Dünən Azərbaycan növbəti itkilər verib. Biz bunu gizlətmirik. Məsələni həll etmək lazımdır. Bunun üçün substantiv danışıqlar aparılmalıdır. Məsələ həll olunmadıqca belə hallar baş verə bilər. Yenə də təkrar etmək istəyirəm, bu, genişmiqyaslı müharibəyə yol aça bilər”, - P.Bülbüloğlu bildirib.

Belə bir mənzərə isə həmsədrlərin missiyasına son qoyulması zərurətini ortaya çıxarıb. Ermənistan təcavüz edib, Azərbaycan itkilər verib, amma vasitəçilər sadəcə telefon zəngi ilə kifayətlənir. Hansı ki, bir neçə gün əvvəl nazirləri virtual görüşdürmüşdülər. Görüşdən az sonra Ermənistan prezidenti və XİN rəhbəri Qarabağa gəldi, lakin vasitəçilərdən səs çıxmadı.

“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onların heç bir faydası yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib. “Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə İrəvan ənənəvi olaraq Bakının aqressiyada günahlandırır. Bakı İrəvanı ittiham edir. Əgər əlimdə belə imkanım olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb ”Kimdir aqressor?" sualına dəqiq cavab tələb edərdim. Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir. Demək, onun heç bir faydası yoxdur", - deyə, rusiyalı politoloq “Facebook” səhifəsində yazıb.

Ermənistanın təxribatlarının ardınca “Rus NATO”suna şikayət etməsi də başqa bir həyasızlıq nümunəsi oldu. Bundan sonra KTMT baş katibi təcili iclas çağıracağını açıqlasa da, toplantı baş tutmadı. “Əminəm ki, Rusiya Ermənistanın köməyinə gələn deyil. Moskva Ermənistanın oynadığı oyunu yaxşı başa düşür”.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Politoloq Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən təxribata toxunub: “Uzun müddətdir Ermənistanla Rusiya arasında dərinləşən siyasi böhran bu gün pik həddədir”. T.Zülfüqarov deyib ki, Paşinyana Rusiya ilə münasibətləri birdəfəlik pozmaq üçün Azərbaycanla hərbi əməliyyatları bərpa etmək su və hava kimi lazımdır: “Bu yolla o, Rusiyanı ittiham edərək daxildəki rusiyameyilli qüvvələrin prestijini xalqın gözündə aşağı endirmək isəyir. Yəni ”Rusiya heç bir kömək etmədi, bizi yalnız qoydu" fikri yaratmağa çalışır. Düşünürəm, bu səbəbdən Ermənistan Dağlıq Qarabağda deyil, məhz Ermənistan-Azərbaycan sərhədində təxribata əl atdı".

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev təxribatın məqsədyönlü xarakter daşıdığını vurğulayıb: “Biz mənfur bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqvaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir. Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilər. Amma təxribatın ordu daxilindəki Qarabağ klanına bağlı narazı qüvvələr tərəfindən təşkil olunduğunu da istisna etmək olmaz. Bu təxribat böyükmiqyaslı döyüşlərə başlamazdan əvvəl ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan Ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm, Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”.

Yazı çapa hazırlanarkən döyüş bölgəsində olan əməkdaşlarımız Ermənistan ordusunun Tovuzun həmsərhəd kəndlərini top atəşinə tutduqları və ordumuzun alçaq düşmənə cavab zərbələri endirdiyi haqda xəbər verdilər.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid baş leytenantın nəşi Biləsuvarda dəfn ediləcək

    Şəhid baş leytenantın nəşi Biləsuvarda dəfn ...

    13-07-2020, 12:00

  • 
  • Şəhidlərimiz Tovuzda alqışlarla qarşılandı -VIDEO

    Şəhidlərimiz Tovuzda alqışlarla qarşılandı -VIDEO ...

    13-07-2020, 09:40

  • 
  • Ermənistan cəbhədəki itkilərini etiraf etməyə başladı

    Ermənistan cəbhədəki itkilərini etiraf etməyə ...

    13-07-2020, 12:44

  • 
  • Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib -FOTO

    Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib ...

    13-07-2020, 10:52

  • 
  • Sərhəddə erməni təxribatı - hərbçimiz yaralandı

    Sərhəddə erməni təxribatı - hərbçimiz yaralandı ...

    12-05-2016, 22:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu