Xəbər verildiyi kimi ölkə başçısı İlham Əliyev hökumətin müşavirəsində xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.
Ölkə başçısı XİN rəhbərinin son gərgin günlərdə iş başında olmamasını, son zamanlar fəaliyyətində neqativ hallara yol verməsini sərt qınayıb. Bəs görəsən, Elmar Məmmədyarov ölkə başçısının tənqidlərini qəbul edirmi?
Bu suala aydınlıq gətirmək üçün nazirin özü ilə əlaqə saxlanılıb.
Sualı eşidən nazirin dediklərini olduğu kimi təqdim edirik : “Əşi, sən Allah bəsdir. Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya zəng et, cavablandırsın”./gununsesi.org
Sorğu
Yeni dizaynımız necədir?