GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi - GƏLİŞMƏ

Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi - GƏLİŞMƏ

Tarix: 29-07-2020, 13:01 Bölmə :Siyasət Baxış: 361
Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi - GƏLİŞMƏ


Kremlin iyulun 27-də Rusiya və Türkiyə lideləri Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan arasında telefon danışığı ilə bağlı yaydığı məlumatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tarixində yeni səhifə adlandırmaq olar.

Niyə məhz yeni səhifə?

Ona görə ki, indiyə kimi heç vaxt Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi rəsmi şəkildə Moskva və Ankara arasında müzakirə mövzusu olmayıb. Bu, o demək deyil ki, Rusiya və Türkiyə liderləri bu münaqişəni heç vaxt müzakirə etməyib. Əlbəttə ki, ediblər. Lakin bu haqda heç vaxt rəsmi məlumat yayılmayıb. Ən azından rəsmi Moskva, Kreml heç vaxt Putinlə Ərdoğan arasında Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məlumatı təsdiqləməyib.

Türkiyəni Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın 2017-ci ilin mart ayının 10-da məşhur təyyarə böhranından sonra Moskvaya ilk rəsmi səfərini işıqlandıran jurnalistlərdən biri də mən olmuşam. Görüşün həm protokol hissəsini, həm də daha sonra keçirilən Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını işıqlandırmışam. Həmin iclasda Ərdoğan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlı narahatlığını dilə gətirdi, bu məsələnin rusiyalı həmkarı ilə müzakirə etdiklərini bildirdi. Lakin Rusiya prezidenti çıxışında bu məqama bir sözlə belə toxunmadı. Görüşdən sonra mətbuat üçün yayılan press-relizdə də bu haqda bir kəlmə belə yox idi.

Daha sonrakı illərdə, Soçidə Putin-Ərdoğan danışıqları öncəsi Türkiyə mətbuatı liderlərin Qarabağı müzakirə edəcəkləri barədə məlumat yaymışdı. Yenə də nə Ankara, nə də Moskva tərəfindən rəsmi məlumat yox idi, heç olmadı da.

Bu dəfə isə vəziyyət tamamilə dəyişmişdi. Türkiyənin Yaxın Şərqdəki münaqişələrin, Suriya və Liviya problemlərinin nizamlanmasında müttəfiqi və ya rəqibi olan Rusiya qarşısında əlini gücləndirməsi Ankaranın Cənubi Qafqaz regionunda Moskvanın qarşısından geri çəkilməyəcəyini labüd edirdi. Belə də oldu. Sərhəddəki gərginliyin ilk günlərindən Ankara bütün səviyyələrdə, XİN başçısı, müdafiə naziri və ən əsası da prezident səviyyəsində Azərbaycana dəstəyini ifadə etmiş oldu. Məhz bu, rəsmi Moskvanı ən çox qıcıqlandıran məqam oldu. Erməni lobbisinin təsiri altında olan Rusiyanın ekspert cəmiyyətində Türkiyənin Azərbaycana dəstəyi bilərəkdən qabardılır, sərhəddə baş verən gərginlikdə və daha sonra ABŞ, Avropa və Rusiya şəhərlərində diasporlar arasında yaşanan olaylarda güya ki Ankaranın izinin olduğu müəyyənləşdirilirdi. Ermənilər və ermənipərəst rusiyalı ekspertlər hər vəchlə baş verən gərginliyin Dağlıq Qarabağ münaqişəsi ilə deyil, üçücü tərəflə, yəni ki, Türkiyə faktoru ilə əlaqəli olduğunu qabardırdılar.

Rəsmi Moskva da ad çəkmədən bəyanatlarında Ankaraya işarə vururdu. Bu məqama ən çox Rusiya XİN-in bəyanatlarında rast gəlmək olurdu. XİN sözçüsü Mariya Zaxarova və Lavrovun MDB ölkələri əlaqələri kurasiya edən müavini Andrey Rudenkonun bəyanatlarında münaqişə tərəfləri ilə qonşu olan və xüsusi ilə də Minsk Qrupunun üzvü olan ölkələrin çıxışlarında diqqətli olmağa çağırışları buna misaldır.

Moskvanın Ankaranın adını çəkməməsinin səbəbi də bəlli idi. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Rusiya heç vaxt Ankarının bu münaqişəyə müdaxiləsi arzusunda olmayıb. Rəsmi Moskva hər zaman sözdə Paris və Vaşinqtonun həmsədrliyi ilə məsələnin nizamlanmasına tərəfdar olduğunu açıqlayıb. Baxmayaraq ki, Türkiyə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir.

Kremlin Putinlə Ərdoğan arasındakı telefon danışı ilə bağlı məlumatının mətni həm də bu cəhətdən diqqətə layiqdir ki, ilk dəfə olaraq Qarabağ münaqişəsi Moskva və Ankara arasındakı müzakirələrdə ön plana çıxır, hətta uzun müddət Rusiya-Türkiyə gündəmindən düşməyən Suriyanı, Liviyanı belə qabaqlayır. Minsk Qrupunun üç həmsədr ölkəsinin, Rusiya, ABŞ və Fransada erməni lobiisinin güclü olması və bunun Qarabağ nizamlanmasında həmin dövlətlərin mövqeyinə təsirlərini nəzərə alsaq, təbii ki, Ankaranın bu prosesə birbaşa qoşulması Azərbaycan üçün arzuolunandır. Uzun illərdir ki, həmsədrlərin fəaliyyətini haqlı tənqid edən rəsmi Bakı üçün bu məqamı diplomatik qələbə də hesab etmək olar.

Bu məqam rusiyalı ekspertlərin də gözündən yayınmayıb. Onların qənaətincə Ankaranın Qarabağ danışıqlarına birbaşa qoşulmaq iddiası, Cənubi Qafqaz regionunda “mən də varam” deməsi Rusiya diplomatiyasını Qarabağ düyünün açılması ilə bağlı səylərini artırmağa məcbur edəcək. Bu isə uzun illərdir Cənubi Qafqaz regionu “mənim nəzarətimdədir və ya nəzarətimdə olmalıdır” deyən Moskvanın rəsmi İrəvana siyasi və iqtisadi təzyiqini qaçılmaz edəcək.

Fərid Əkbərov,
“Atlas” Araşdırmalar Mərkəzinin eksperti/Moskva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı...

    ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı... ...

    10-11-2017, 17:41

  • 
  • ​Qarabağda yeni cəbhə: KREML TÜRKİYƏ MÜDAXİLƏSİNƏ RAZIDIR

    ​Qarabağda yeni cəbhə: KREML TÜRKİYƏ MÜDAXİLƏSİNƏ ...

    9-11-2017, 17:06

  • 
  • Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsindən bəhs etdi

    Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsindən ...

    17-11-2017, 13:26

  • 
  • Ərdoğan İran prezidenti ilə Afrindəki vəziyyəti müzakirə etdi

    Ərdoğan İran prezidenti ilə Afrindəki vəziyyəti ...

    19-02-2018, 23:47

  • 
  • Putinlə Ərdoğanın görüş yeri və vaxtı MƏLUM OLDU

    Putinlə Ərdoğanın görüş yeri və vaxtı MƏLUM OLDU ...

    29-06-2016, 19:06


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu