GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL

Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL

Tarix: 31-07-2020, 16:54 Bölmə :Siyasət Baxış: 823
Azərbaycana qardaş dəstəyi Qarabağı bizə qaytararmı? - TƏHLİL


İyulun 12-dən etibarən düşmənin təxribatından sonra Tovuz rayonu istiqamətində yaranan gərginlikdə Türkiyə Azərbaycana ən böyük dəstəyini ifadə etdi. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə Azərbaycanı erməni işğalı, Qarabağ mövzusunda daha ardıcıl və prinsipial dəstəklədi və bu dəstəyini hələ də verdiyi açıqlamalarla davam etdirməkdədir.

İyulun 29-da Azərbaycan-Türkiyə hərbiçilərinin birgə genişmiqyaslı taktiki təlimlərinin başlaması sözün həqiqi mənasında düşmən tərəfin yuxusunu ərşə çəkib. Quru qüvvələrin iştirakı ilə təlimlər avqustun 1-dən 5-dək Bakı və Naxçıvanda, hərbi aviasiyanın iştirakı ilə təlimlər iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək.

Türkiyənin verdiyi bu böyük dəstək Azərbaycana Dağlıq Qarabağ məsələsini xeyrinə həll etmək üçün kömək edə bilərmi kimi suallar meydana çıxıb və bunun ətrafında geniş müzakirələr açılıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın düşmənlərinə heç bir fürsət verməyəcəyini söylədi: “Rəcəb Tayyib Ərdoğan qətiyyətli siyasətçidir. Türkiyədə Cümhuriyyət qurulduqdan bu yana qardaş ölkə bölgədə hələ bu qədər aktiv olmamışdı. Qardaş ölkənin hərbçiləri 10-dan çox ölkədə müxtəlif vəzifələr yerinə yetirirlər. Türkiyə Cümhuriyyət tarixində ilk dəfə olaraq eyni zamanda 3 ölkədə - Liviyada, Suriyada və İraqda hərbi əməliyyatlarda iştirak edir. Bu, qardaş dövlətin artan gücünü göstərir. Bu, zamanın tələbidir. Türkiyə bölgədə aktiv olmasa, bu boşluğu onun rəqibləri və düşmənləri dolduracaqlar. Ərdoğan rəqiblərinə və düşmənlərinə Türkiyə əleyhinə fürsət vermir. Ərdoğan Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Bu yalnız söz deyil, əməldir. Türkiyə ordusu Naxçıvana daxil olmaqla Ermənistana və onun arxasındakı güclərə güclü mesaj vermiş oldu. Ərdoğan ”Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur" dedi. Ərdoğanın bu iki cümləsinin xüsusi əhəmiyyəti var.

Ərdoğan bu iki cümlə ilə demək istəyib ki, Türkiyə Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etməsi üçün hərbi əməliyyata başlamasının tərəfdarıdır və bunun üçün istənilən dəstəyi verəcək. Ərdoğan Azərbaycanla bağlı iki addım atmağa da hazırdır. Birincisi, Ərdoğan Azərbaycanla hərbi-strateji müttəfiqliyin gücləndirilməsi məqsədilə yeni saziş imzalamağa hazırdır. İkincisi, şübhə etmirəm ki, Bakının istəyi əsasında Ərdoğan Türkiyənin Azərbaycanda hərbi bazalarını yaratmağa da hazırdır. Fikrimcə, haqqında danışdığım bu iki proses artıq başlayıb. Ərdoğanın Türkiyənin Azərbaycanda hərbi varlığına Kremlin mümkün kəskin reaksiyası maraqlandırmır. Ərdoğan üçün önəmli olan Azərbaycanın təhlükəsizliyinin təminatıdır. Ermənistan Ərdoğanın Azərbaycanla bağlı qərarlarından qorxu içindədir. Ancaq bu, o demək deyil ki, Türkiyə bizim əvəzimizə işğal altındakı torpaqları azad etməlidir. Bu işi Azərbaycan ordusu görməlidir. Türkiyə ordusunun Azərbaycanda varlığı isə bizim üçün ona görə vacibdir ki, savaş başlayarsa Naxçıvan və Azərbaycanın tamamı güvənlik altında olacaq, Türkiyə ordusunun var olduğu Azərbaycanda kimsə bizə arxadan zərbə vura bilməyəcək, xain planlar reallaşmayacaq. İkincisi, Rusiya açıq şəkildə işğalçıya dəstək verərsə, Türkiyə də Azərbaycanla bağlı eyni qərarı verəcək".

Siyasi şərhçi Əhəd Məmmədli: “Əvvəla onu deyim ki, nə vaxta qədər ki, Ərdoğan və AKP qardaş ölkə Türkiyənin başındadır, Azərbaycan yaxşı mənada bundan istifadə edib torpaqlarını azad etməlidir, əks halda çox gec ola bilər və Qarabağımızı birdəfəlik itirə bilərik. Türkiyəmiz ordusu, silahı, əsgərlərini tam istifadəmizə verməyə hazır olduğunu bildirib. İlk dəfədir ki, Azərbaycanın bir neçə bölgəsində qardaş ölkə ilə hərbi təlimlərə başlamışıq. Ərdoğan Tovuzda Azərbaycana olan hücumu Türkiyəyə olan hücum kimi göstərərək, Cənubi Qafqazı maraq dairəsi kimi işarə edib. Bununla da Türkiyə Cənubi Qafqazı da maraqları dairəsinə salmış oldu. Türkiyə qeyd-şərtsiz Azərbaycanın yanındadır. İndi Azərbaycana Türkiyəni yanına alıb, siyasi iradə nümayiş etdirib, hərbi əməliyyatlara başlayıb torpaqlarını azad etmək qalıb”./“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər keçirəcək

    Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər ...

    27-07-2020, 19:17

  • 
  • Türkiyənin vitse-prezidenti Azərbaycanla təlimlərdən yazdı

    Türkiyənin vitse-prezidenti Azərbaycanla ...

    30-07-2020, 12:07

  • 
  • Ərdoğan bu gün Azərbaycana gəlir

    Ərdoğan bu gün Azərbaycana gəlir ...

    10-07-2018, 11:00

  • 
  • Ərdoğan: İyulun 10-da Azərbaycanda birgünlük səfərdə olacam

    Ərdoğan: İyulun 10-da Azərbaycanda birgünlük ...

    7-07-2018, 14:40

  • 
  • “FETÖ ilə mübarizəyə görə Azərbaycana təşəkkür edirəm” - Türkiyə prezidenti

    “FETÖ ilə mübarizəyə görə Azərbaycana təşəkkür ...

    10-07-2018, 23:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu