“Azərbaycanda karantin rejiminin yumşaldılması digər ölkələrin təcrübəsinə uyğun həyata keçirilir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
“Təbii ki, yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür, böyük ehtimalla da bu, baş verəcək. Odur ki, yumşalmaya addım-addım gedəcəyik. Əsas məsələ yoluxma sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. 1-ci istiqamət karantin rejiminin qaydalarına əməl etmək, maska taxmaq, əlləri yumaq, məsafə saxlamaqdır. 2-ci istiqamət həmin qaydalara nəzarəti həyata keçirmək. Bunun da əsas yükü dövlətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq. Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək. 3-cü istiqamət isə yoluxanların erkən müəyyən edilməsidir. Bunun üçün də ciddi işlər görülüb, hər bir yoluxanın vaxtından müəyyən edilərək təcrid edilməsi nəzərdə tutulub".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?