GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İşğalçıya Rusiya silahları: Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri

İşğalçıya Rusiya silahları: Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri

Tarix: 12-08-2020, 10:57 Bölmə :Siyasət Baxış: 463
İşğalçıya Rusiya silahları: Kremlin müəmmalı Qafqaz oyunu, Bakının tükənən səbri


Moskva Ermənistanı Azərbaycana qarşı silahlandırmağa davam edir – yeni sensasion təfərrüat; şimal qonşumuza yeni Qarabağ müharibəsi lazımdırmı?..
Tovuz döyüşləri Qarabağ konfliktinin tezliklə və ədalətli həllinin nə dərəcədə vacib, böyük müharibənin isə nə dərəcədə real olduğunu qabarıq şəkildə göstərdi. Söhbət, nəhayət ki, bölgədə ədalətli sülh və daimi sabitliyin bərqərar olmasından gedir. Bu isə beynəlxalq hüququn təməl prinsiplərinə hamılıqla, öncəliklə işğalçı Ermənistan və konfliktə cəlb olunan dövlətlər tərəfindən qeyd-şərtsiz riayət edilməsindən keçir.



Əfsus ki, son sərhəd toqquşması bu hədəfin heç də asan, əlçatan olmadığını nümayiş etdirdi. O səbəbə ki, bir sıra maraqlı dövlətlər hələ də Qarabağ münaqişəsinə ən əvvəl regionda möhkəmlənmək vasitəsi kimi, siyasi və iqtisadi qazanc mənbəyi kimi baxır.

***

Məsələn, bəlli oldu ki, Azərbaycanla çox isti, strateji tərəfdaşlıq münasibətlərində olan Serbiya Ermənistana silah-sursat satıbmış. Həmin silahlar Tovuzdakı sərhəd döyüşləri zamanı hərbçilərmizə və dinc əhalimizə qarşı istifadə olunub (toqquşma zamanı 11 hərbçimiz, bir mülki sakinimiz həlak olub). Habelə müttəfiq saydığımız Gürcüstandan Ermənistana quru yolu vasitəsilə bəzi silahların daşınması haqda ölkə mediasında faktlar dərc olundu.

Serbiya Ermənistana silah satdığını etiraf etdi

Ancaq rəsmi Bakı Serbiya və Gürcüstanla bu qalmaqallı durumu yoluna qoya bildi. Tiflisə və Belqrada təzyiqlər, aprılan diplomatik iş öz nəticəsini verdi. Serbiya prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, üzrxahlığını bildirdi, xoş məram kimi İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Bundan əlavə, Serbiyadan Azərbaycana xüsusi nümayəndə heyəti gəldi. Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç 2020-ci il 10 avqust tarixində Azərbaycan Respublikasına səfər etdi.

Səfər zamanı, 11 avqust tarixində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdü,Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olundu. Yəni Serbiya ilə məsələ həll olundu.



Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Gürcüstan rəhbərliyi isə öncə faktı ört-basdır etməyə çalışsa da, az sonra rəsmən bəyan etdi ki, onun ərazisindən Ermənistana hərbi xarakterli yüklər daşınmayacaq. Şübhə yox ki, belə də olacaq. Hər halda Azərbaycanın istər Gürcüstana, istərsə də Balkan ölkəsi Serbiyaya yalnız böyük yaxşılıqları keçib.



Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç

Amma əfsus ki, Rusiya işğalçı Ermənistanı sanki heç nə olmayıbmış kimi, əvvəlki qaydada, kimsəyə məhəl qoymadan silahlandırmağa davam edir. Bunu önləyə bilmirik. Halbuki, Rusiyanın ən ali rəsmiləri Azərbaycanın Moskva üçün strateji tərəfdaş ölkə olduğunu mütəmadi şəkildə bəyan edirlər. İki ölkənin liderləri arasında da illərdir çox isti, erməni rəhbərlərin belə qibtə etdiyi mehriban münasibətlər mövcuddur. Lakin aşağıda gətirdiyimiz, Ermənistana verilən silahlarla bağlı faktlar bu mehribançılığın birtərəfli xarakter daşıdığına dəlalət edir.

***

Sensasion faktların əks olunduğu yazı “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli Minval.az saytında 2020-ci il avqustun 7-də, tanınmış analitik Nuraninin imzası ilə gedib. Materialda Ermənistana gedən növbəti partiya Rusiya silahlarının tam təsnifatı verilir və konkret çatdırılma marşrutları göstərilir.

Sən demə, Tovuzda qızğın döyüşlər getdiyi vaxt Rusiya hərbi nəqliyyat təyyarələri Ermənistana müasir silahlar çatdırıb. Ümumilikdə, əldə olan məlumatlara görə, 7 reys (!!) olub: 2 reys - 17 iyulda, yəni döyüşlərin qızğın vaxtında, 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində isə gündə 1 reys olmaqla cəmi 5 reys reallaşıb. Silahları Ermənistana Rusiyanın İl-76 təyyarələri daşıyıb. Onlar Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşrutu üzrə uçub.

Bu marşrutun uzunluğu 2000 km-dən çox, uçuş müddəti isə 3 saat 30 dəqiqədir. Şübhəsiz ki, birbaşa Gürcüstan ərazisindən uçmaq daha asan, daha rahat və daha tez olardı - bu vəziyyətdə marşrutun uzunluğu cəmi 500 kilometr, uçuş müddəti 1 saata düşərdi. Lakin rəsmi Tiflis prinsipial və ləyaqətli hərəkət edib: Gürcüstan siyasi iradə və məsuliyyət nümayiş etdirərək, Rusiya hərbi nəqliyyat təyyarələrinin öz hava məkanından keçməsinə, sadəcə, icazə verməyib.


Odur ki, İL-76 əməlli-başlı dövrə vuraraq Qazaxıstan, Türkmənistan və İran hava məkanları ilə uçmalı olub. Ümumilikdə Ermənistana 280 ton hərbi texnika çatdırılıb. Bunların arasında ən yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri də var. O sırada həmçinin “Krasuxa”, “Avtobaza”, “Sky-M”, repitorlar və s. çatdırılıb.


Qeyd edək ki, real müharibə şəraitində radioelektron mübarizə vasitələrinin çoxsaylı vəzifələri var: rəqib rabitə sisteminin sıradan çıxarılması, danışıqların ələ keçirilməsi və s. Onlar habelə dronlarla mübarizə üçün nəzərdə tutulub. Bu isə bəlli olduğu kimi, hələ 2016-cı ilin aprelindən Ermənistanın yaralı yeridir...

***

İndi dost-tərəfdaş Rusiyanın bu hərəkətini necə başa düşək? Hər şey qırağa, görəsən bu davranış ATƏT-in Minsk Qrupunun həmsədri kimi Moskvanın götürdüyü öhdəliklərə və qərəzsiz vasitəçilik missiyasına nə dərəcədə uyğun gəlir?


Əlbəttə ki, bu məsələlərdə özümüzü də qınamalı, diplomatik fəaliyyətimizin zəifliyini etiraf etməliyik. Xüsusən də Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, ümumən Azərbaycan XİN-i (Elmar Məmmədyarov dönəmi nəzərdə tutulur) ölkəmiz üçün, Qarabağ üçün bunca taleyüklü məsələlərə laqeyd yanaşmağa görə ən sərt tənqidə layiqdir. Onlar görəsən hara baxıblar? Elə yenilənən XİN-ə də iradımız böyükdür. Niyə hələ də Rusiya səfiri XİN -ə çağırılmır,Rusiyaya nota verilmir? Yeni nazir Ceyhun Bayramov çevik davranmalı və dəyişimin haqqını verməli, fərqi göstərməli idi...

Həmçinin, Rusiyanın ölkəmizdəki səfirliyinin ünvanına bir abzas tənqid yazmağın yeri var. Ona görə ki, işğalçı Ermənistanın Rusiya tərəfdən silahlandırmağa davam eləməsi haqda mediada bunca tənqidi yazılar çıxıb, faktlar dərc olunub, Minval.az-da elə iki sensasion məqalə gedib. Bundan başqa, saytın əməkdaşları səfirliyə məsələ ilə bağlı dəfələrlə sorğular göndərib, telefon zəngi ediblər. Amma diplomatik nümayəndəliyin mətbuat xidmətindən dünən yalnız iki cümləlik belə bir cavab gəlib: “Hörmətli Nurani, Sizin Rusiya haqqında məqalələrinizlə tanışıq. Sizin sorğunuza gəlincə, səfirlik beynəlxalq aviareysləri izləmir”. Vəssalam.

***

Buradaca önəmli bir məqamı vurğulayaq ki, Ermənistandan fərqli olaraq, Azərbaycan istənilən ölkədən silah-sursat alıb özünün müdafiə və döyüş qabiliyyətini artıra bilər. Çünki ərazisinin bir hissəsi işğal edilib – hansı ki, BMT başda olmaqla, bütün nüfuzlu beynəlxalq və regional qurumlar tərəfindən tanınıb, konkret sənədlər, o cümlədən qətnamələr şəklində təsbitlənib. Həmin sənədlərdə işğalçının adı da konkret göstərilir – Ermənistan. Və həmin sənədlərin bir çoxuna, o sırada BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinə TŞ-nin 5 daimi üzvündən biri kimi Rusiya da səs verib, imza atıb. Rusiya habelə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə, işğal altındakı oyuncaq qurumu tanımamaqda davam edir.

Təəssüf ki, bütün bunlar şimal qonşumuzun təcavüzkar ölkəyə silah yardımını davam etdirməsinə mane olmur. Nədən? Görəsən, niyə rəsmi Moskva 30 ildir tüstülənən və hələ də can alan bu konfliktin bitməsini, ədalətin bərpasını istəmir? Azərbaycan xalqının bu suallara cavab almaq haqqı var. Axı işğalçıya hərbi dəstək sövq-təbii işğal rejiminə dəstək, status-kvonun qalmasına dəstək deməkdir.

Azərbaycan yuxarıda vurğuladımız kimi, Rusiyaya qarşı daima mehriban qonşuluq münasibətlərindən çıxış edib, heç vaxt nə bölgədə, nə də qlobal miqyasda və ya beynəlxalq platformalarda Moskvanın köklü maraqlarına zərər vuracaq heç bir addım atmayıb. O zaman nə üçün Rusiya Ermənistanı bizə qarşı silahlandırmağa davam edir, onun hərbi qabiliyyətinin zəifləməsinə, ümumən Azərbaycan qarşısında əldən və taqətdən düşməsinə, beləliklə də sülhə gəlməsinə imkan vermir?

Putinin köməkçisi: "Rusiyanın Ermənistana çox sualı var"

Rusiyanın vassal Ermənistana misli görünməmiş, ciddi təzyiq rıçaqlarının olduğunu hamı bilir. Moskva istəsə, cəmi bir neçə həftəyə konflikti yoluna qoyar. O zaman niyə görə Bakı və İrəvana “Siz anlaşın, biz qarant duraq” kimi qeyri-ciddi təklif verməklə irrasional bir mövqe sərgiləyir, məsuliyyətdən yayınmağa çalışır? Daha dəqiqi, məsələni başından edir? Axı bunu da hamı bilir ki, İrəvan hətta nəfəsini belə, Moskvanın izni olmadan almır.

***

Belə təəssürat yaranır ki, Kreml münaqişənin həllində maraqlı deyil və üstəlik, münaqişə ocağına öz silahlarını tərəflərə satmaqla həm də kommersiya maraqları güdür. Yox, əgər Moskva sülh variantına təkan vermək istəmirsə, o zaman nədən Azərbaycana güc yolu ilə öz ərazi bütövlüyünü bərpa etməyə də mane olur? 2016-ci ilin aprelindəki kimi, işğalçını bizim əlimizdən alır?
Bu sualların hamısına cavab vermək zamanı çatıb. Tovuz istiqamətindəki döyüşlər buna şəkk-şübhə saxlamadı. Əks halda, cavabları Azərbaycan Ordusu verəcək. Çünki Azərbaycan xalqının işğalçı qüvvələrə dözüm limiti bitib. Amma düşünmürük ki, müharibə variantı Rusiyanın köklü maraqlarına cavab versin. Ən azı, Moskva Türkiyə faktorunu göz önünə almalı olacaq. Demək, tələsmək zamanıdır.

Rusiya nəhayət, mövqeyini qətiləşdirməlidir: o, işğalçı Ermənistanın yanındadır, yoxsa beynəlxalq hüququn? Ədalətin bərpasını istəyir, yoxsa işğalın davam etməsini? Rusiyanın susmaq və laqeyd qalmaq limiti də bitib. Susmaq daha işə yaramır və indi heç vaxt olmadığı qədər təhlükəlidir. Həm də Rusiyanın özü üçün. Susmaq razılıq anlamına da gələ bilər – müharibəyə razılıq. Rusiyaya müharibə lazımdırmı?

Nəhayət, Rusiya üçün Azərbaycan və Türkiyə ilə strateji əlaqələr forpost Ermənistandan az önəm kəsb etmirsə, bu iki mühüm ölkəni o, həmişəlik itirmək istəmirsə - əminik, gerçəkdə də belədir, istəmir - o zaman Moskva imitasiya siyasətinə, Qarabağ məsələsində “balanslı” vasitəçiliyə, Güney Qafqazda müəmmalı oyuna son qoyub konfliktin həllinə real töhfə verməlidir. Sabah çox gec ola bilər. O cümlədən Rusiya üçün.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qarabağda müharibə hər an başlaya bilər” xəbərdarlıqları çoxalır

    “Qarabağda müharibə hər an başlaya bilər” ...

    21-02-2018, 11:17

  • 
  • Yenə “5 rayon” söhbəti... - Moskvadan müəmmalı Qarabağ ismarışı

    Yenə “5 rayon” söhbəti... - Moskvadan müəmmalı ...

    16-09-2017, 12:25

  • 
  • Qarabağ məsələsində “böyük qardaş” dəyişir?

    Qarabağ məsələsində “böyük qardaş” dəyişir? ...

    24-10-2014, 10:50

  • 
  • Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək

    Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ...

    3-09-2018, 11:33

  • 
  • Kremlin ideoloqu Qarabağ razılaşmasının SENSASİYALI DETALLARINI AÇDI

    Kremlin ideoloqu Qarabağ razılaşmasının ...

    30-10-2018, 17:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu