GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır…”

“Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır…”

Tarix: 14-08-2020, 11:23 Bölmə :Siyasət Baxış: 390
“Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır…”


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son bəyanatında dedi ki, Rusiya-Türkiyə münasibətləri son dərəcə pisləşib. Son onilliklərdə bu münasibətlərin bu qədər pisləşməsi heç olmamışdı…

Rusiya-Türkiyə münasibətləri niyə pisləşib? Azərbaycana görə.

Belə bir fonda Rusiya-Azərbaycan münasibətləri də mütləq pisləşməli idi.


İlham Əliyevlə Vladimir Putinin telefon danışığı bir daha sübut etdi ki, bu münasibətlər ən kritik həddədir. Bu telefon danışığı ilə bağlı Rusiyanın yaydığı bəyanatla Azərbaycanın yaydığı bəyanat arasında Yerlə Göy qədər fərq var. Rusların yaydığı bəyanat belə bir fikir yaradır ki, iki ölkə arasındakı münasibətlər arzu olunan səviyyədədir. Ancaq Azərbaycan tərəfinin yaydığı bəyanat isə onu deməyə əsas verir ki, İlham Əliyevlə Vladimir Putinin telefon danışığı son dərəcə gərgin keçib.
Azərbaycan tərəfinin yaydığı bəyanat onu da deməyə əsas verir ki, ermənilərin Tovuz rayonuna hücumu Rusiyanın sifarişi ilə həyata keçib. Zatən Türkiyə prezidenti də bunu demişdi.
Ermənistanı təpədən-dırnağa silahlandırmaq üçün Rusiya mümkün olmayanları da edir və intensiv şəkildə müharibəyə hazırlaşır.
İlk dəfədir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin nəzarətdən çıxması rəsmi şəkildə etiraf olunur.
Azərbaycan tərəfinin bəyanatında vurğulanır ki, Ermənistana silah həm də İran üzərindən daşınıb. İranın Ermənistana hər cür yardım göstərməsi təzə xəbər deyil. Ancaq ilk dəfədir ki, bu məsələ Azərbaycan prezidentinə istinadən vurğulanır…
Aydın görünür ki, Azərbaycan və Türkiyə tərəfi eyni səngərdə yer alıb. Rusiya, Ermənistan və İran isə qarşı tərəfdədir. Çin də bu tərəfə meyllidir. Azərbaycanla Türkiyənin yanında daha kim var? Məncə, ABŞ, Avropa Birliyi. Əminəm ki, Türkiyə ilə münasibətləri pis olan İsrail bu məsələdə Azərbaycana dəstək verəcək. İran amilinə görə Azərbaycanın ayaqda qalması İsrail üçün həyati əhəmiyyət daşıyır.
ABŞ-la bağlı bir şeyi deyim. Vaşinqton son 3 ildə (hər il) Azərbaycana hərbi məqsədlər üçün 120 milyon dollar yardım edib. Ermənistana isə heç bir yardım göstərməyib. Ona görə də əminliklə demək olar ki, müharibə olacağı təqdirdə ABŞ Azərbaycana ciddi yardım göstərəcək.
Müharibənin bir addımlığındayıq. Bu savaşda digər türk dövlətləri özlərini necə aparacaq? Bu son dərəcə önəmli məsələdir. Onlar Ermənistana dəstək verməyəcək. Bu, aydındır. Onlar Azərbaycana və Türkiyəyə necə, dəstək verəcəklərmi? Böyük ehtimalla bu dəstək olacaq. Ancaq həmin dəstək hansı səviyyədə olacaq? Bəlli deyil.
Əlbəttə, Qafqaz xalqlarının bu müharibəyə münasibəti də son dərəcə önəmlidir. Qafqazda da türkdilli xalqlar çoxdur. Onların da mövqeyi həlledici ola bilər.
Daha bir önəmli məqam. Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Onların taleyi necə olacaq? Bu barədə də indidən düşünmək lazımdır…
Bəs, başlayacaq müharibə hansı xüsusiyyətə malik olacaq? İngilis dilində “proxy war” ifadəsi var. Anlamı odur ki, böyük dövlətlər müəyyən qruplar və ya kiçik dövlət üzərindən savaş aparırlar. Məsələn, Suriyada ABŞ, Rusiya, Türkiyə və İran müxtəlif qruplar üzərindən müharibədə iştirak etdilər.
Yəni, Azərbaycan ilə Ermənistan arasındakı müharibə Rusiya ilə Türkiyə arasında “proxy war” xarakteri ala bilərmi? Böyük ehtimalla müharibənin ilkin mərhələsində belə olacaq…

Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır. Bu müharibə təkcə Qafqazda getməyəcək. Dünyanın hər yerində bütün azərbaycanlılar bir araya gəlməlidir. Əcnəbi məmləkətlərdə biz bu birliyin nümunələrini gördük. Müharibə başlayacağı təqdirdə isə bu birlik daha sarsılmaz olacaq…

Elbəyi Həsənli,
İsveçrədə yaşayan araşdırmaçı jurnalist
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi məlumat

    Prezidentlərin telefon danışığı ilə bağlı rəsmi ...

    3-07-2013, 22:39

  • 
  • Putin və Poroşenko arasında telefon danışığı olub

    Putin və Poroşenko arasında telefon danışığı olub ...

    3-09-2014, 12:21

  • 
  • Putinlə İlham Əliyev arasında telefon danışığı

    Putinlə İlham Əliyev arasında telefon danışığı ...

    4-11-2015, 15:44

  • 
  • Putin Paşinyana nə dedi... -Kremlin məlumatı (YENİLƏNİB)

    Putin Paşinyana nə dedi... -Kremlin məlumatı ...

    1-04-2019, 18:35

  • 
  • Müdafiə Nazirliyi ermənilərin yaydığı səs yazısına münasibət bildirdi

    Müdafiə Nazirliyi ermənilərin yaydığı səs ...

    27-04-2016, 17:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu