GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Nə qədər ki, Türk qoşunları İrəvana girməyib...” - Rusiyadan forposta ilginc hədə

“Nə qədər ki, Türk qoşunları İrəvana girməyib...” - Rusiyadan forposta ilginc hədə

Tarix: 25-08-2020, 10:25 Bölmə :Siyasət Baxış: 437
 “Nə qədər ki, Türk qoşunları İrəvana girməyib...” - Rusiyadan forposta ilginc hədə


Ermənistan Təhlükəsizlik Şurasının iclasında Türkiyə təlaşı; işğalçı ölkəyə hərbi zərbə endirmək artıq zaman məsələsinə çevrilib; rusiyalı politoloq: “Bu dəfə Bakı və Ankara Rusiya rəhbərliyindən razılıq istəməyəcək...”

Ermənistanın populist baş naziri Nikol Paşinyan İrəvanın “artsax”ın əsas təhlükəsizlık qarantı olduğunu iddia edib. Bu barədə o, Facebook statusunda yazıb. Əlbəttə ki, o, yenə də yalan danışır. Ona görə ki, illərdir nəinki Dağlıq Qarabağdakı oyuncaq rejimin, Ermənistanın özünün də tək varlıq qarantı məhz Rusiyadır. Rusiyanın bölgədən, Ermənistandan çıxması kifayətdir ki, ermənilər qısa zamanda haqq etdikləri mövqeyə və statusa qayıtsınlar.
İrəvanın əsas başağrısı, şübhəsiz ki, Türkiyə və Azərbaycan sarıdandır. Bunu ötən həftəsonu Ermənistan Təhlükəsizlik Şurasının iclasında Paşinyanın həyəcanlı çıxışı bir daha təsdiqləyir. İclasda Türkiyənin ünvanına növbəti dəfə hədyanlar söyləyən Ermənistan baş naziri qardaş ölkənin regionda öz dayaqlarını daha da möhkəmlətməsindən ciddi narahatlıq keçirdiyini açıq şəkildə büruzə verib, bunu Ermənistan üçün təhdid saydığını söyləyib.
*****
Türkiyənin Güney Qafqazda möhkəmlənməyə başlaması, təbii ki, ən çox İrəvanı təlaşlandırır. Çünki xain xoflu olur. NATO üzvü Türkiyə də daxil, az qala, bütün qonşularına qarşı əsassız ərazi iddiası irəli sürən Ermənistanın regionda Ankaranın güclənməsindən yana panika yaşaması və Rusiyaya daha çox ehtiyac duyması isə tam məntiqlidir. Belədə İrəvanın guya Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin qarantı olması haqda iddia bir az da absurd görünmürmü?
Turk ordusu Azerbaycanda: Niye bu tarix secildi? - Musavat.az
Məsələ də ondadır ki, Ermənistan başağrısını özü-özünə yaradıb. Onu blokadada və Rusiyadan güclü asılılıqda saxlayan, normal inkişafa qoymayan da budur - Kremlə güvənib qonşulara qarşı təcavüzkar, ilhaqçı siyasət aparmaq. Halbuki tarixi Türk-Azərbaycan torpaqlarında rusun əli ilə yaradılan süni, saxta Ermənistan dövlətinin mövcuduq qarantı yenə məhz iki əsas Türk dövlətinə - Azərbaycana və Türkiyəyə bağlıdır. Yetər ki, rəsmi İrəvan bütün qonşu ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın.
Əfsus ki, bu, üfüqdə belə, görünmür. Təəssüf ki, özünü modern düşüncəli və demokrat sayan Nikol Paşinyan da bu tilsimi qıra bilmədi, qırmaq istəmədi və öz avantürist sələflərinin yolunu tutdu. Nəticədə nə erməni xalqı ağ günə çıxa bilir, nə bölgədə daimi sülh və sabitlik bərqərar olur, nə də “bulanıq suda balıq tutan” şimal qonşunun bölgədən ayağı kəsilir.

Yalnız bircə fərq var: Nikol Paşinyan üstəlik, Rusiya və Qərb arasında təhlükəli bir oyuna girib, eyni vaxtda “iki stul”da oturmağa çalışmaqla hər iki güc mərkəzinin sevimlisi olmağa ümid edir. Gerçəkdə isə “dəvəquşu” siyasəti aparmaqla öz xalqına daha fəlakətli bir gələcək hazırlayır...
*****
“Mən ölkəni bu qədər narahat vəziyyətə salan Nikol Paşinyana səmimi şəkildə acıyıram. Yəni elə bir vəziyyət ki, əgər o, Qərb tərəfdaşlarının istədiklərini verməsə, bu, onlar tərəfindən təcrid olunmağa səbəb olacaq, əsrlik müttəfiqə - Rusiyaya arxa çevirərsə isə, öz dövlətini itirəcək”.
Bu sözləri isə rusiyalı siyasi şərhçi, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.
Digər rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk isə hesab edir ki, Ermənistan baş naziri Kremlə qarşı sona qədər getməkdən çəkinir. Bu barədə o, Ermənistandakı Qərbə reverans niyyəti güdən anti-Rusiya ovqatını şərh edərkən deyib.
Onun fikrincə, N.Paşinyan düşünür ki, Rusiya onun maraqları naminə Ermənistan üçün müttəfiq olaraq müharibəyə başlamalıdır. “Ancaq müttəfiq münasibətləri elə ondan ötrüdür ki, müharibə olmasın. İrəvanı isə hələ heç kim zəbt etməyib (Türkiyə və Azərbaycan nəzərdə tutulur - red.). Ancaq əgər belə bir müttəfiq (Rusiya - red.) olmazsa, bax onda Ermənistan, yəqin ki, bölgədəki mövqeyinin yeni bir formatını görəcək”, - deyə Trofimçuk faktiki surətdə işğalçı ölkə və onun rəhbərliyini hədələyib.
Komandolar kardeş ülke Azerbaycan'da | SavunmaSanayiST
Əslində təcavüzkar ölkə öz təxribatçı davranışları ilə vaxtaşırı Rusiyaya da ciddi problem yaradır. Hər necə olmasa, bölgədə Azərbaycan və Türkiyə Moskva üçün Ermənistandan heç də az önəm kəsməyən ölkələrdir və şimal qonşumuz bu iki dövlətlə əlaqələrin kritik nöqtəyə gəlməsini, regionda böyük müharibənin alovlanmasını istəməz.
Elə Türkiyəyə də müharibə lazım deyil. Ancaq prezident Ərdoğanın dediyi kimi, əgər Ermənistan başından böyük təxribatlara gedirsə, təbii ki, onun cavabı dərhal və qətiyyətlə veriləcək. Daha bir səbəbə: söhbət həm də Türkiyənin də iştirakçısı olduğu Avropanın energetik təhlükəsizliyindən gedir.
*****
“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət hazırda Türkiyənin Cənubi Qafqazdakı əsas başağrısıdır. Burada Nikol Paşinyan və ətrafındakıların Azərbaycanın enerji marşrutlarının yaxınlığında yeni bir təxribat təşkil edə biləcəyi təhlükəsi var. Bu durumda Transadriatik boru kəməri ilə Azərbaycan qazının əsas tədarükçüləri olan Avropa ölkələrində də narahatlıq müşahidə olunur”.
Afrin ve çevresi için operasyon vakti – Mücerret
“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a Beynəlxalq Siyasi Təhlil və Proqnozlaşdırma Mərkəzinin rəhbəri Denis Korkodinov deyib.
Onun sözlərinə görə, İrəvanın yenidən hərbi təxribata əl atmağa cəhd edəcəyi təqdirdə Azərbaycan Türkiyə ilə birgə Ermənistanın strateji hədəflərinə zərbə vurma variantını ciddi şəkildə nəzərdən keçirir: “Ermənistanın təhlükəsizliyi üçün məsuliyyət hiss edən Moskvanın bu cür zərbənin əleyhinə olmasına baxmayaraq, regional miqyasda Ankara və Bakının rolu xeyli artıb. Bu səbəbdən əgər İrəvan bir daha sərhəddə təxribat törətsə, o halda Ermənistan ərazisinə zərbə endirilən zaman, çox güman ki, artıq Rusiya rəhbərliyinin razılığı alınmayacaq. Beləliklə, Bakı və Ankara bir daha Tovuz bölgəsində münaqişənin kəskinləşməsindən narahatlıq keçirsələr, heç bir şey onlara zərbə endirməyə mane ola bilməz. Üstəlik, belə zərbələrin hədəfləri çoxdan müəyyənləşdirilib”.
Korkodinov bu xüsusda qeyd edib ki, hazırda mövcud məlumatların təhlili əsasında Azərbaycan və Türkiyə Ermənistan ərazisində yerləşən 900-ə yaxın obyekti hədəfdə saxlayır. “Ermənistana hərbi zərbə endirmək vaxt məsələsi kimi görünür. Hər halda, Türkiyə bu planın bir hissəsi olacaq və şübhəsiz ki, türk xalqının parçası kimi Azərbaycana dəstək verəcək. Mütəxəssislər bildirir ki, əməliyyatın aktiv fazası başlasa, Ermənistan dörd tərəfdən zərbələr alacaq və rəsmi İrəvanın belə bir zərbəyə dözüm göstərməsi üçün nə iqtisadi, nə də mənəvi imkanı olacaq”.
*****
Necə deyərlər, “bu daş, bu da tərəzi”. Seçim həmişəki kimi İrəvanındır. Amma situasiya həmişəki deyil...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə münasibət bildirib

    XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə ...

    2-12-2019, 16:04

  • 
  • Azərbaycan XİN: Populist Paşinyan oğlunun hərbi xidmətini şouya çevirməklə reytinqini qorumağa çalışır

    Azərbaycan XİN: Populist Paşinyan oğlunun hərbi ...

    11-07-2018, 11:54

  • 
  • Rusiyalı politoloq Qarabağa görə İranı 7 yerə parçalamağı təklif etdi

    Rusiyalı politoloq Qarabağa görə İranı 7 yerə ...

    1-12-2018, 09:32

  • 
  • XİN: Populist Paşinyan oğlunun hərbi xidmətini şouya çevirib

    XİN: Populist Paşinyan oğlunun hərbi xidmətini ...

    11-07-2018, 12:39

  • 
  • Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə

    Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan ...

    26-06-2019, 10:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu