GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Məsələnin ən yaxşı həll yolu antiterror əməliyyatlarına başlamaqdır” - GƏLİŞMƏ

“Məsələnin ən yaxşı həll yolu antiterror əməliyyatlarına başlamaqdır” - GƏLİŞMƏ

Tarix: 15-09-2020, 10:00 Bölmə :Siyasət Baxış: 305
“Məsələnin ən yaxşı həll yolu antiterror əməliyyatlarına başlamaqdır” - GƏLİŞMƏ


Livanın paytaxtı Beyrutda baş vermiş partlayış işğalçı Ermənistana özünün növbəti məkrli planını reallaşdırmaq üçün “göydəndüşmə” fürsət oldu. Hadisə baş verəndən dərhal sonra rəsmi İrəvan partlayışdan Beyrut ermənilərinin ciddi şəkildə zərər çəkdiyini iddia edərək onların Ermənistana köçürülməsi ideyasını irəli sürdü ki, bu da əslində işğal altındakı Azərbaycan ərazilərində neçə illərdən bəri həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin davamı sayılmalıdır.

Ermənistan Suriyadakı vətəndaş müharibəsindən sui-istifadə edib, bu ölkədə yaşayan ermənilərin Qarabağa köçünü təşkil edirdi. İndi də kəmfürsətcəsinə Livandan ermənilərin kütləvi köçünə start verilib. Heç şübhəsiz ki, Beyrutun ən bahalı məhəllələrinin sakinləri üçün sosial-iqtisadi durumun ağır olduğu Qarabağda yaşamaq asan məsələ deyil və bu işin perspektivi görünmür. Amma təhlükəlisi budur ki, İrəvan “evsiz-eşiksiz qalmış erməni ailələri” adı altında əslində Suriya və Livandan erməni terrorçularını Qarabağa gətirir. Fakt budur ki, Livan erməni terror təşkilatı ASALA-nın “ana vətəni”dir və 90-cı illərin əvvəllərində bu ölkədən Qarabağa gəlib muzdlu döyüşçü kimi Azərbaycana qarşı döyüşən terrorçular az olmayıb. Qarabağın işğaldan azad edilməsində israrlı olan Azərbaycana qarşı bütün imkanlarını səfərbər edən Ermənistan üçün ərəb ölkələrindəki erməni terrorçularının gücündən də istifadə etmək əlavə imkanlar yaradır. Reallıq budur ki, Ermənistan sürətlə boşalır və hərbi xidmət yaşı çatanlar Qarabağda ölməmək üçün ölkəni tərk edir. Rəsmi məlumata görə, ölkəni hərbi xidmətdən yayınmaq məqsədilə tərk edənlərin sayı 5 mini ötür. Hətta əlavə güzəşt vədləri də erməni gənclər üçün cəlbedici olmadı. Elə iki gün əvvəl Rusiyada gizlənən 36 yaşlı fərari ermənilərdən biri həbs edilərək Ermənistana gətirildi. Bu mənada həlledici döyüş ərəfəsində Ermənistan üçün muzdlulardan ibarət dəstələrin formalaşdırılması çıxış yoludur.

Çox təəssüf ki, beynəlxalq aləm bu dəfə də İrəvanın məkrli siyasətini sükutla qarşılayır. 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına aparıcı dövlətlərin və təşkilatların biganə münasibəti Ermənistana əlavə imkanlar yaradır. Belə bir durumda işğal zonasında əlavə infrostrukturun yaradılması və “köç siyasəti”nin uğurla başa çatdırılması istiqamətində işlər aparılır. “İkili standartlar”a rəğmən hətta əcnəbi ekspertlər də təhlükəli planın fərqindədirlər. “Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin demoqrafiyasını dəyişdirmək cəhdi bəşəriyyətə qarşı cinayətdir”. Bunu «Trend»ə livanlı politoloq və tədqiqatçı Əli Bəkir deyib. Politoloq vurğulayıb ki, Dağlıq Qarabağın demoqrafik quruluşunun dəyişdirilməsi cinayətdir və Ermənistan hökuməti bu məsələyə aid beynəlxalq qanun və normalara məhəl qoymadığına görə məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan dövləti isə məsələnin ciddiliyini qəbul edərək işğalçı dövlətin cinayətkar planını ifşa etmək üçün bütün istiqamətlərdən hərəkətə keçib. “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir”-dövlət rəsmisi bildirib. H.Hacıyev bəyan edib ki, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır: “Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdir. Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi də bu məsələ ilə bağlı açıqlama verib. “Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır”-rəsmi açıqlamada deyilir.

Məlumata görə, Azərbaycan XİN Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb: “İşğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırmaya dair beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılacaq və bu qanunsuz təcrübəyə son qoyulması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində səylərimiz davam etdiriləcək.

Azərbaycan ərazilərini işğal altında saxlayan və bu ərazilərdə qeyri-qanuni fəaliyyəti həyata keçirən Ermənistan hökumətinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırırıq".

Bir sıra QHT-lər tərəfindən isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. “ATƏT-in Minsk Qrupunun həmsədrləri, ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən mütəşəkkil qaydada qanunsuz köçürülməsi prosesinə dərhal reaksiya göstərməsini tələb edirik”-müraciətdə deyilir.

“Məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini əlində saxlamaq üçün müxtəlif üsullara əl atır. Bu ərazilərə əhali məskunlaşdırma proqramı var, ona uyğun da hərəkət edirlər. Bir zamanlar Suriyadan, indi isə Livandan əhali köçürülür, daha öncələr isə buraya yalnız erməniləri deyil, kürdləri də yerləşdiriblər”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert qeyd etdi ki, onun bir neçə il bundan əvvəl “İşğal və məskunlaşma fitnəkarlığı” adlı bir araşdırma kitabı da nəşr olunub: “Kitabın adında həmin ”fitnəkarlıq" indiki məskunlaşdırma siyasətinə də aiddir. Ermənilər Dağlıq Qarabağla bağlı prosesləri pozmaq üçün belə fitnəkarlıq edəcəklər. Qarabağa köçürdükləri ailələrin uzun müddət burada qalma məsələsi yoxdur. Onlar həm dünya erməniliyinə guya “mağdur ermənilərin himayəçisi” kimi görünmək və həm də öz iyrənc planlarını həyata keçirmək üçün bu addımı atırlar". Araşdırmaçı alim bildirdi ki, qeyri- rəsmi məlumatlara görə, Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan rayonlarına 35 minə qədər əhali köçürülüb: “İşğal edilmiş ərazilərdə indi də Livandan gətirilən əhalinin yerləşdirilməsi Azərbaycanın antiterror əməliyyatları keçirməsinin qarşısını almaq üçün edilir, guya livanlı erməni əhali ağır durumda buraya gətirilib yerləşdirilib, onların təhlükəzliyi üçün beynəlxalq himayəni əldə etmək istəyir. Amma bu, qanunsuz məskunlaşma olduğundan Ermənistanın hay-küyünün bir nəticəsi olmayacaq”.

Q.Çaxmaqlı qeyd etdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin verdiyi açıqlama da Ermənistanın qeyri-qanunu məskunlaşdırma siyasətinin regionda gərginlik yaradacağına işarədir: “Azərbaycan dövləti bunun qarşısını almaq üçün beynəlxalq təşkilatları səsləyir, amma işğal aradan qaldırılmayınca, bu məsələlər də çətin həllini tapsın”. Politoloq Qarabağa erməni terrorçularının köçürülməsi məsələsinin Bakı-Ankara danışıqlarında da müzakirə mövzusu olduğunu istisna etmir: “Türkiyənin ordu olaraq Azərbaycanda varlığı və Dağlıq Qarabağla bağlı yeni bir siyasi situasiyanın yaranmasına gətirib çıxardığı sirr deyil. Gəlişmələrin Azərbaycanın xeyrinə dəyişdiyini ermənilər də bilirlər və bunu yazmaqdadırlar. Bu məsələləri Türkiyə ilə məsləhətləşmək faydalı olardı. Qanunsuz əhali yerləşdirilməsi ilə bağlı şikayət etməyə, hansısa beynəlxalq təşkilatın qapılarını döyməyə gərək yoxdur. Məsələnin ən yaxşı həll yolu antiterror əməliyyatlarına başlamaqdır. Məsləhətləşmələr də bu istiqamətdə olmalıdır”.

Deputat Vahid Əhmədov Moderator.az-a deyib ki, olduqca təhlükəli bir proses gedir: “Bununla bağlı Prezidentin köməkçisi Hikmət Hacıyev də açıqlama verdi, baş verənlərin mahiyyətinə aydınlıq gətirdi, Ermənistanın məkrli siyasətini ifşa etdi. Qarabağ Azərbaycan ərazisi olmasına baxmayaraq, onlar faktiki olaraq bu ərazini terror yuvasına döndəriblər. Ora yığılanların 90%-i terrorçulardır. Hesab edirəm ki, dövlət tərəfindən buna çox sərt reaksiya verilməlidir. Bu məsələnin araşdırılması üçün də beynəlxalq təşkilatlara müraciət edilməlidir”.

Ermənistanın xain planları və vaxtaşırı səslənən təhdidlərinin qarşılığında zəruri addımlar atılır. Ötən həftə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmənin mövqelərini müşahidə edib. Ön xətdə olan Prezident köməkçisi döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb.

Döyüşün qaçılmaz olduğu məlumdur, sadəcə, zaman məsələsi var. Ordusunu muzdlular və terrorçular hesabına komplektləşdirməyə çalışan işğalçı sarsıdıcı zərbə alacağını anlayır, sadəcə, ondan “maşa” kimi istifadə edən ağasının himayəsinə arxayın olduğu üçün hələ ki alət olmaqdan vaz keçmir. Ancaq müharibə cinayətlərindən vaz keçməyənlərlə danışıqların heç bir mənasının olmadığını hər kəs görür. Qarabağa köç edən Livan erməniləri - ASALA terror təşkilatının üzvləri təkcə Azərbaycana deyil, Ermənistan xaric, bütün bölgə ölkələrinə, o cümlədən Türkiyəyə təhlükə vəd edir... //“Yeni Müsavat”//
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyrut ermənilərini Qarabağda fəlakət gözləyir - Gəlirlərsə, gəlsinlər...

    Beyrut ermənilərini Qarabağda fəlakət gözləyir - ...

    12-08-2020, 11:21

  • 
  • Suriya erməniləri Qarabağda

    Suriya erməniləri Qarabağda ...

    26-12-2012, 16:37

  • 
  • Dəhşətli partlayış erməni terror təşkilatlarının yerləşdiyi ərazidə baş verib

    Dəhşətli partlayış erməni terror təşkilatlarının ...

    5-08-2020, 15:45

  • 
  • Beyrutda güclü partlayış

    Beyrutda güclü partlayış ...

    9-07-2013, 14:05

  • 
  • “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”

    “Suriya erməniləri Azərbaycanın işğal altındakı ...

    16-05-2014, 11:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu