GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Azərbaycan prezidenti Paşinyanın maskasını cırdı"

"Azərbaycan prezidenti Paşinyanın maskasını cırdı"

Tarix: 25-09-2020, 12:24 Bölmə :Siyasət Baxış: 290
"Azərbaycan prezidenti Paşinyanın maskasını cırdı"


Ermənistan Respublikaçılar Partiyasının (ERP) sədr müavini Armen Aşotyan Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən son prosesləri çox narahedici sayır. O, bunu jurnalistlərlə “Hayeli” (“Güzgü”) mətbuat klubunda keçirdiyi görüşdə deyib.

GundemXeber,Az Ovqat.com-a istinadla xəbər verir ki, məlumatı Ermənistanın Aravot.am portalı yayıb.

Məlumata görə, Armen Aşotyan ümumiyyətlə, Ermənistanda müstəqilliyin əldə olunmasından sonra yaşanmış və yaşanan bütün prosesləri, o cümlədən “Sasna srer” təşkilatının silahlı dəstəsinin 2016-cı ildə polis məntəqəsinə hücumunu, məntəqənin ələ keçirilməsini Qarabağ problemilə əlaqələndirir.

Aşotyan jurnalistlərlə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da səsləndirdiyi fikirlərə, o cümlədən onun “danışıqlar prosesi yoxdur və günahkar Ermənistandır” sözlərinə də münasibət bildirib. “İlham Əliyev açıq şəkildə deyir ki, Düşənbə görüşü zamanı Nikol Paşinyan ondan keçmiş hakimiyyətin geri qayıtmaması üçün cəbhədə atəşkəsə riayət olunmasını istəyib”, - deyə A.Aşotyan bildirib. Məhz bu fikrə istinad edən ERP-nin sədr müavini hesab edir ki, Nikol Paşinyan öz hakimiyyətini möhkəmləndirmək üçün hər zaman Ermənistan dövlətinin, xalqının maraqlarına zərbə vurmağa hazır olub və hazırdır: “Nikol Paşinyan Vyana və Sankt-Peterburq görüşlərində qazanılmış üstünlüyü Düşənbədə əldən verib. İlham Əliyevin bəyanatı bunu bir daha təsdiq edir. Azərbaycan prezidenti Paşinyanın maskasını cırdı”.

Aşotyan hesab edir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Rusiya casuslarını axtarmaqdansa”, bu məsələ ilə məşğul olmalıdır. Milli Təhlükəsizlik Xidməti rəhbərinin “artıq istintaqın başlandığı” haqda dediklərini də şərh edən Aşotyan deyib: “Qərbin pulu ilə yaşayan insanların Ermənistanda Rusiyapərəst qüvvələrin olduğunu söyləməsi təəccüblü deyil. Burada yeganə məqsəd şübhəsiz ki, “agent” elan olunan insanları nüfuzdan salmaqdır”.

“Azərbaycan prezidenti Paşinyanın maskasını cırdı”

Qarabağ problemi və İlham Əliyevin son açıqlamalarına bir daha qayıdan A.Aşotyanın fikrincə, Azərbaycan prezidentinin son bəyanatları hansı siyasi məqsədlərlə səsləndirdiyi bəllidir. Bu, vahid siyasətin tərkib hissəsidir.

“Türkiyə tərəfinin də bəyanatlarına nəzər yetirsək, anlaşılır ki, burada söhbət sadəcə, Azərbaycanın Qarabağı istəməsindən getmir. İndi Azərbaycan və Türkiyə Ermənistan və Qarabağı istəyir! Dünyada baş verən geosiyasi proseslərin fonunda türk dövlətlərinin iştahı daha da artıb. İndi onlar yalnız Qarabağı istəmirlər”, - deyə ERP-nin sədr müavini qeyd edib. O, fikrini belə davam etdirib: “İlham Əliyevə cavab verməkdənsə, Nikol Paşinyanın faydasız mühazirələrini dinləyirik. Ermənistanın xarici işlər naziri də emosional nitq söyləsə də, Azərbaycan lideri Əliyevin çıxışına münasibət bildirmir. O, bu mövzunu hakimiyyətpərəst azərbaycanşünasların öhdəsinə buraxır. Bu, sadəcə absurddur!”.

Aşotyan hesab edir ki, İlham Əliyevin bəyanatlarının arxasında “aydın şəkildə tank, top görünür”. “Biz müharibədən qorxmuruq, amma problem daha ciddidir: müharibə başlayarsa, günahkar Ermənistan sayılmamalıdır”, - deyə o, bildirib.

Sədr müavininin fikrincə, hazırda Ermənistan informasiya müharibəsində də Azərbaycana açıq-aşkar məğlub olur: “Zöhrab Mnatsakanyan Misirdə bəyan etmişdi ki, Ərdoğan Azərbaycana silahlı dəstələr göndərir. Bəs niyə bizim diplomatiyamız bu məsələni xarici mətbuata çıxarmır? Axı Azərbaycanın təbliğat maşını çox güclü çalışır. Hər gün mətbuatda PKK döyüşçülərinin Ermənistana toplaşdığına dair məqalələr dərc olunur. Ermənistanın təbliğat maşını isə hakimiyyətin daxildəki rəqiblərinə qara yaxmaqla məşğuldur”.

A.Aşotyanın fikrincə, bu gün “DQR” (dırnaq işarəsi bizə aiddir – Ovqat.com) ilə Ermənistanın münasibətlərində də xaos hökm sürür. “Qarabağın lideri Arayik Harutyunyan deyir ki, Nikol Paşinyana tabe olmaqdan çox şad olarmış. Çünki bu, Qarabağın Ermənistana birləşməsi demək olardı. Təəssüf ki, Harutyunyan dövlətçiliyin nə olduğunu anlamır. Yüksək vəzifəli dövlət xadiminin belə fikir söyləməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesinin məntiqinə ziddir. Çünki erməni tərəfinin mövqeyi xalqların öz müqəddəratını təyinetmə prinsipinə əsaslanır. Bütün bunlardan hansı nəticəyə gəlmək olar? Demək, Sergey Lavrovun dediyi kimi, Nikol Paşinyanın qarşısına münaqişənin həllinə dair elə sənədlər toplusu qoyublar ki, ondan imtina etmək mümkün deyil. Digər tərəfdən, proses elə aparılır ki, sonda günahkar Ermənistan olacaq”, - deyə A.Aşotyan qeyd edib.

Nelli Qriqoryan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə danışıqları haqda - ŞƏRH

    Rusiya XİN Əliyevlə Paşinyanın Düşənbə ...

    2-10-2018, 14:26

  • 
  • ​Azərbaycan və Ermənistan prezidentləri gələn həftə görüşəcəklər

    ​Azərbaycan və Ermənistan prezidentləri gələn ...

    12-10-2017, 23:43

  • 
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34

  • 
  • Paşinyan Vyana görüşünün detallarını açıqladı: - “Ümid edirəm ki, prezident Əliyev...”

    Paşinyan Vyana görüşünün detallarını açıqladı: - ...

    30-03-2019, 12:29

  • 
  • İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək – RƏSMİ

    İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək ...

    27-03-2019, 13:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu