“Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışığımız olub. O, Ermənistanın törətdiyi təxribatı pisləyib və yanımızda olduğunu bildirib. Buna görə də qardaş ölkənin XİN başçısına təşəkkür edirəm".
Gundemxeber.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bir sıra dövlət və beynəlxalq təşkilatla da danışıqlar aparılıb: "Bütün danışıqlarda məsələnin mahiyyəti və mövcud durum barədə məlumat verilib. Azərbaycanın 20 faiz ərazisi hələ də işğal altındadır. Həmin ərazilərdə bir nəfər də olsun azərbayacanlı yoxdur. Həmin ərazilərdə qeyri-qanuni fəaliyyət və məskunlaşma aparılıb. Ermənistan danışıqlar prosesini iflic edib".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?