Ermənistanın Əməkdar artisti Mxer Mesropyan ölkəsinin keçmiş prezidenti Robert Koçaryandan Rusiya Prezidenti Vladimir Putinə hərbi əməliyyatların dayandırılması üçün zəng etməsini istəyib.
GundemXeber.Az bildirir ki, o, “Facebook”da yazdığı statusda qeyd edir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət müharibəni dayandıra bilmir.
“Sizdən xahiş edirəm, dostunuz Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə zəng edin. Dostlar bir-birlərini dar gündə qoymurlar. Siz bu məsələni həll edə bilərsiniz. Çünki ölkəmin rəhbərliyi bu məsələni həll edə bilmir, müharibəni dayandıra bilməz. Bu müharibə həqiqi və realdır, hər şeyi öz gözlərimlə gördüm. Dəhşətlidir, əsgərlərimiz öldürülüb, yaralanıb və ailələri dərd içindədirlər. Gözlərimlə gördüklərimin hamısını təsvir edə bilmirəm...”, - deyə o qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?