GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qafqazın İŞİD-i, havadarları, qahmar çıxanları - Atəşkəs istəyən dövlətlər ikiüzlülük edir

Qafqazın İŞİD-i, havadarları, qahmar çıxanları - Atəşkəs istəyən dövlətlər ikiüzlülük edir

Tarix: 10-10-2020, 13:51 Bölmə :Siyasət Baxış: 261
Qafqazın İŞİD-i, havadarları, qahmar çıxanları - Atəşkəs istəyən dövlətlər ikiüzlülük edir


Tanınmamış qondarma “respublika”ların bir-birini “tanıması” və ya bir federal dövlətin daxilindəki formal ştatların oyuncaq təsisatlara dəstək verməsi də bir ayrı dərddir.

Ancaq yaxşı ki, BMT üzvü olan dövlətlərin heç biri o avantüraya qol qoymur, anlayırlar ki, təpkiyə, sanksiyaya, tənbehə məruz qoyularlar və gün gələr, özləri də hansısa separatçı bölgənin əlində əsir-yesir qalar, bənzər davranışla üzləşərlər.
Abxaziya, Cənubi Osetiya, Pridnestrovye, Kataloniya, “DQR” və sair bu kimi “qan ocaqları”nın isə vecinə deyil, itirəcəkləri bir şey yoxdur və onlar, Allah qoymasa, bir-birinə dəstək verirlər.

Bu günlərdə Kipr Respublikasının parlamenti “DQR”-ə dəstək verib, “ölkənin parlamenti yekdilliklə bu tanınmamış “respublika”ya hücum edən Azərbaycanın aqressiyasını qınayıb”.

Kipr bunu Türkiyənin acığına edib. Çünki hazırda Azərbaycana tam dəstək verən Türkiyə 46 il əvvəl Kiprin şimalında yaşayan etnik türklərin yunanlar tərəfindən qətliama və deportasiyaya məruz qoyulmasına mane olub, onların öz müqəddaratlarını həll edərək dövlət təsis etmələrinə şərait yaradıb.

Odur-budur, yunanlar (Yunanıstan və Kipr yunanları) Türkiyəni özlərinin bütün uğursuzluqlarının baiskarı sayırlar və qəribə məntiqlə çıxış edirlər: özləri köməkləşib adadakı türkləri qıracaq, Kipr adasında monoetnik dövlət quracaqlarmış, amma Türkiyə buna səssiz qalmalı imiş.

Bu xüsusda dünya birliyinin, xüsusilə də Avropanın mövqeyi ikili standartlara dayanır və olduqca anlaşılmazdır. Başda Fransa olmaqla Avropanın bütün qüdrətli dövlətləri Kipr məsələsində birmənalı olaraq yunanların tərəfindədir və Şimali Kiprdəki dövlət təsisatını tanımırlar. Ən pisi odur ki, təxminən 10 il öncə keçirilən referendumda türklər yunanlarla birgə yaşamağa, eyni dövlətdə olmağa "hə" dedilər, yunanalar -"yox". Amma yenə də dünya birliyi yunanların şıltaqlığına göz yumdu.

Ancaq eyni dövlətlər Dağlıq Qarabağda silah gücünə təsis edilmiş qondarma “respublika”ya rəğbət ifadə edir, onun ilk olaraq məhz Azərbaycan tərəfindən tanınması üçün 28 ildir rəsmi Bakıya birbaşa və dolayısı ilə minnət edir, arada təzyiq göstərirlər.

Sabah Şimali Kiprdə atəşkəs pozulsa, yunanlar türklərin üzərinə hücuma keçsələr, Fransa kimin tərəfində olacaq? Birmənalı olaraq, yunanların. Yunanıstan hücumda olsa, ard-arda hərbi nailiyyətlər əldə eləsə, Makron atəşkəsə çağıracaqmı? Əsla çağırmayacaq, “tarixi ədalət bərpa olunur” deyə bəyanat yayacaq.

Bu, “iki vuraq iki bərabərdir dörd” düsturu qədər bəsit və hər kəsə bəlli məsələdir.

Bir müddət öncə 5 milyonluq Kataloniya xalqı sırf parlament mübarizəsi ilə, dnc, qan-qadasız şəkildə İspaniyadan qopmaq, müstəqillik qazanmaq istədi, bəs Avropanın reaksiyası nə oldu? Hamısı İspaniyanın tərəfini tutdu, qətiyyətlə Kataloniyanın müstəqilliyinə qarşı çıxdılar. Yazıq Kataloniya “DQR”-in dəstəyinə möhtac qaldı. Ancaq həmin Avropa onların iradəsinə qarşı çıxan “DQR”-ə, ermənilərə qahmar çıxmaqda davam edir. İkiüzlülüyün bu qədəri.

Kataloniyanın sonrakı addımlarına baxanda isə aydın olur ki, katalonlar gerçəkdən də müstəqil dövlətçiliyə nail olmaq üçün tam yetişməyiblər. Onlar öz dinc və ağıllı mübarizələrini gətirib “DQR” ermənilərinin silahlı separatçılığına, terrorizminə tay etdilərsə, demək, hələ müsəqil dövlət qurmaq onlar üçün tezdir.

Prinsipcə, “DQR” ermənilərinin etdiyi hərəkət bir vaxtlar Yaxın Şərqdə İraq və Suriyanın ərazisini qamarlayıb İŞİD (Iraq-Şam İslam Dövləti) adlı “dövlət” quran terrorçuların etdiinin tam bənzəridir. Amma Avropa dövlətlərinin İŞİD-ə münasibətlərini də gördük, “DQR”-ə yanaşmalarını da görürük. Hərəkətlər eyni olsa da, yanaşmalar daban-dabana ziddir.

Rusiyaya gələk. Ruslar çeçen separatizmini necə ram etdilər? Düzdür, onlar zəif olduqları üçün 7-8 il çeçen mücahidlərin qabağından qaçdılar, amma bir qədər toparlanıb güclənən kimi olduqca amansız və sərt şəkildə hücuma keçdilər, nə çeçenlerin general liderlərinə (Cövhər Dudayev, Aslan Məshədov), nə siyasilərinə (Zəlimxan Yandarbiyev, Əhməd Zakayev), nə də səhra komandirlərinə (Şamil Basayev, Mövladi Uduqov, Salman Raduyev) aman vermədilər, hətta mülki çeçenlərə, müqavimət göstərən və göstərə biləcək bir neçə yüz min adama divan tutdular, məsələ bitdi. Heç o zaman “əsir və meyitlərin dəyişdirilməsi üçün humanitar atəşkəs” elan edilmədi.

Düzdür, dünya birliyi rus hərbçilərin çeçen xalqına divan tutmasını alqışlamadı, düşdükcə etiraz da bildirdi, amma bu, təpkilər Kremli dayandırdımı? Dayandırmadı və ruslar bu dəfə də çeçenlərin müstəqil dövlətçilik arzusunu qanla boğdular.

Bu sayaq yüzlərlə misal gətirmək olar: istənilən dövlət öz bütövlüyünü qorumaq üçün sərt tədbirlər görüb, görür, görəcək. Sabah Korsika silah gücünə Fransadan ayrılmaq istəsə, Makron “düz edirlər” deyəcək? Yox. Bəs Kvebek Kanadadan qopmaq istəsə necə? Yenə də yox.

Amma bizə gələndə, nəyə görəsə bir coğrafiyada ermənilərin öz müqəddəratlarını ikinci dəfə təyin etmələri ilə razılaşmalıyıq. Sabah ermənilər Cavaxetiyada üçüncü dəfə müqəddaratlarını həll etməyə qalxacaqlar, o zaman gürcülər də susmalıdır. Beləcə, ermənilər harda icma halında yaşayırlarsa, mütləq müqəddərat təyin etməlidirlər.
Müqəddəratı batsın, nə matah şeymiş bunların müqəddəratları.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Əsədə dəstək verən dövlətlər onun cinayətlərinə ortaq olur"

    "Əsədə dəstək verən dövlətlər onun ...

    14-10-2015, 22:14

  • 
  • Kataloniya lideri müstəqillik məsələsini dayandırmağa çağırdı-YENİLƏNİB

    Kataloniya lideri müstəqillik məsələsini ...

    11-10-2017, 11:00

  • 
  • Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək

    Ərdoğan: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ...

    3-09-2018, 11:33

  • 
  • İrandan Türkiyə iqtidarına dəstək

    İrandan Türkiyə iqtidarına dəstək ...

    26-06-2013, 13:20

  • 
  • İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir

    İstanbulda Azərbaycan Ordusuna dəstək aksiyası ...

    28-09-2020, 16:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu