GundemXeber.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Ceyhun Şabanov Binəqədi rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə, o, Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Binəqədi RPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə isə polis kapitanı Tural Mehdili təyinat alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?