GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistanı hərbi cinayətlərə sövq edən səbəblər

Ermənistanı hərbi cinayətlərə sövq edən səbəblər

Tarix: 29-10-2020, 12:43 Bölmə :Siyasət Baxış: 282
Ermənistanı hərbi cinayətlərə sövq edən səbəblər


Müharibədə məğlubiyyət təkcə Qarabağın əldən çıxması ilə məhdudlaşmayacaq, bu ölkənin gələcəyini də sual altında qoyacaq

Bərdə şəhərinin son iki gündə ikinci dəfə “Smerç” raketləri ilə atəşə tutulması nəticəsində həlak olanların sayı 21-ə çatıb, yaralanan dinc sakinlər isə 70 nəfərdən artıqdır. Ermənistanın baş naziri Nikol Paşinyan bir gün əvvəl xalqa müraciətində bu hücumları anons etmişdi: “Bir ay ərzində onlar bizə hücum etdilər. Qarabağ yaralandı, amma sağ qaldı. Qarabağ erməniləri, bütün ermənilər Qarabağ uğrunda sona qədər mübarizə aparacaqlar. Hər bir əks hücum düşmən üçün dağıdıcı olacaq”.

Ermənistanın döyüş meydanında məğlubiyyət seriyası davam edir. Bu gün prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilmiş daha 13 kəndinin adını açıqlayıb. Erməni mənbələrinin yaydığı məlumatlara görə, Azərbaycanın ordu birləşmələri Xocavənd rayonu ərazisində və Laçın dəhlizini nəzarət altına almaq istiqamətində əməliyyat aparır.

Ermənistanın Azərbaycan şəhərlərini raketlə atəşə tutmasının arxasında bir neçə məqsəd dayanır:

–Döyüş meydanındakı biabırçı məğlubiyyətdən diqqəti dayandırmaq, ordunu və cəmiyyəti ağuşuna almış məğlubiyyət sindromunu yumşaltmaq;

-Azərbaycan xalqındakı mübarizə əzmini qırmaq, cəmiyyəti qorxutmaq, hökumətə hərbi əməliyyatları davam etdirmək üçün verilən birmənalı dəstəyi azaltmaq.

Dinc əhalini birbaşa hədəfə almaq ağır hərbi cinayətdir. Kiçik Ermənistan dünyanın gözü qarşısında bu cinayətə al atmaqdan niyə çəkinmir? Beynəlxalq təcrübədə belə əmrlər verən liderlərin faciəli aqibəti erməni rəhbərliyini niyə qorxutmur?

Müharibədə məğlubiyyət Ermənistan üçün təkcə Qarabağın itirilməsi deyil, “Böyük Ermənistan” xülyasının birdəfəlik dəfn olunması deməkdir. Müharibədən sonra erməni cəmiyyətini böyük depressiya, ağır iqtisadi, siyasi böhranlar gözləyir. Ermənistan daha sürətlə boşalacaq, əli yer tutan ölkədən miqrasiya edəcək ki, bu da dövlətin mövcudluğunu sual altında qoyacaq.

Türkiyənin regionda möhkəmlənməsi, Azərbaycanla dərin iqtisadi, siyasi, hərbi əlaqələr qurması da Ermənistanın deqradasiyasını sürətləndirəcək. İşğalçı siyasət onsuz da ölkəni Azərbaycanın regionda gerçəkləşdirdiyi böyük layihələrdən kənarda qoyub. Ermənistan diaspor yardımlarına, Rusiyada çalışan miqrantların göndərdiyi vəsaitlərə möhtac qalıb. Böyük məğlubiyyətin ardınca sürətlə bu kiçik imkanlar da erməni cəmiyyətinin əlindən çıxacaq.

Bir məqamı da vurğulayaq ki, müharibənin uduzulması Dağlıq Qarabağa, ətraf rayonların bəzilərinə yatırılmış investisiyaların tamamilə boşa çıxması deməkdir. Ermənistan müxtəlif mənbələrdən bu bölgənin Azərbaycandan müdafiəsinə və təbii resurslarını istismar etməyə, məskunlaşdırma aparmağa böyük vəsaitlər sərf edib. İndi bunlar hamısı havaya sovruldu, bundan sonra bərpası da qeyri-mümkündür.

Təsvir olunan perspektivi Ermənistan rəhbərliyi və onu dəstəkləyən böyük dövlətlər, erməni lobbisi yaxşı başa düşür. Ona görə, nə qədər gec deyil, Azərbaycanı hərbi əməliyyatları dayandırmağa məcbur etmək üçün müxtəlif təzyiqlərə əl atırlar. Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində bu barədə ətraflı məlumat verib. Dövlət başçısı konkret olaraq, Rusiyanı vasitəçi olmasına rəğmən Ermənistanı dayanmadan silahlandırmaqda qınayıb. Eyni zamanda, vasitəçi ölkələrdən Fransanın, ABŞ-ın təcavüzkar dövlətin əməllərinə qiymət verməməsini, ona siyasi dəstək olmasını da tənqid edib.

Ermənistanı hərbi cinayətlər törətməyə ruhlandıran bu dəstəkdir, cəzasızlıq mühitidir. Paşinyanı əmin ediblər ki, Azərbaycanı dayandırmaq üçün hər şeyi edəcəklər. Onun nəhəng hərbi itkilərə baxmayaraq, dirənməsi də yalnız kənardan gələn dəstəklə bağlıdır. Daxildə bütün resurslar tükənib, əhali müharibədə qələbəyə inanmır, gənclər ordudan qaçır, cəbhədə fərarilik baş alıb gedir. Yeganə ümid Rusiyanın, Fransanın və başqa ölkələrin aşkar-gizli yardımlarına, siyasi dəstəyinə və Azərbaycana qarşı təzyiq mexanizmlərinin işə düşməsinədir.

Azərbaycan dayanacaqmı?

Xalqdan birmənalı dəstək alan ölkə rəhbərliyinin qətiyyətli reaksiyası hərbi əməliyyatların davam etdiriləcəyini göstərir. Türkiyə də bütün imkanlarla öz müttəfiqinə dəstək olacağını bəyan edib. Prezident Ərdoğanın, müdafiə naziri Hulusi Akarın bugünkü bəyanatlarında bu dəstək bir daha ifadə olunub. Bu gün ən optimal çıxış yolu diz çökməkdə olan erməni ordusunu axıra qədər darmadağın edib, ölkənin ərazi bütövlüyünü, suverenliyini bərpa etməkdir. Çətindir, amma mümkündür, çünki döyüş meydanında əsas işin çoxu görülüb. Xarici təzyiqlərə, düşmənin hərbi cinayətlərinə davam gətirib, sona qədər getmək lazımdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

    Azərbaycan Prezidenti: “Biz döyüş meydanında ...

    26-10-2020, 13:06

  • 
  • İsrail mediası: Ermənilər geri çəkilir

    İsrail mediası: Ermənilər geri çəkilir ...

    21-10-2020, 15:48

  • 
  • Paşinyan yenə Qarabağdan danışdı və Tonoyanı dəstəklədi

    Paşinyan yenə Qarabağdan danışdı və Tonoyanı ...

    2-04-2019, 12:23

  • 
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34

  • 
  • “O qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır” – Paşinyan

    “O qədər güclüyük ki, bizimlə döyüşmək ...

    2-09-2019, 16:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (524)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu