Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatda Rusiya silahlı qüvvələrinin istifadəsinə dair Federasiya Şurasına müraciət edib və sənəd qəbul olunub.
Gundemxeber.Az xəbər verir ki, bu barədə Rusiyanın Konstitusiya Qanunvericiliyi Komitəsinin sədri Andrey Klişas “RİA Novosti”yə açıqlamasında bildirib.
“Söhbət artıq Rusiya Prezidenti tərəfindən müəyyən edilmiş kontingentdən gedir”,- deyə Klişas qeyd edib.
Klişas bu vəziyyətdə ordunun istifadəsi üçün Federasiya Şurasının razılığının zəruri olduğunu bildirib, çünki söhbət operativ hərbi vəziyyətdən deyil, bir neçə illik planlaşdırılan sülhməramlı missiyadan gedir.
O, Rusiya qoşunlarının Dağlıq Qarabağdakı sülhməramlı mandatının uzadılma ehtimalına münasibətdə bunun beş il üçün nəzərdə tutulduğunu xatırladıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?