“Yaşı 65-dən yuxarı olan vətəndaşlardan xahiş olunur ki, vacib olmayan təmaslardan çəkinsinlər”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O vurğulayıb ki, vətəndaşlar açıq və qapalı yerlərdə maska taxmalıdır: “Vətəndaşlara eyni zamanda, ailə şənliklərindən və digər tədbirlərdən uzaq durmaq da tövsiyə olunur. Vətən müharibəsinə töhfə vermək istəyiriksə, qoyulan qaydalara əməl etməliyik”.
Sorğu
Yeni dizaynımız necədir?