“Dağlıq Qarabağın kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O vurğulayıb ki, Rusiya bununla bağlı mövqeyini dəyişməyib: “Ümumiyyətlə, heç bir ölkə mövqeyini dəyişməyib".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib.
Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü tanınıb və işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilib./report/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?