GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Elçin Quliyev: “Sərhədçilərimiz PUA-larla 290 düşmən hədəfini məhv edib”

Elçin Quliyev: “Sərhədçilərimiz PUA-larla 290 düşmən hədəfini məhv edib”

Tarix: 15-12-2020, 14:50 Bölmə :Siyasət Baxış: 406
Elçin Quliyev: “Sərhədçilərimiz PUA-larla 290 düşmən hədəfini məhv edib”


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə məktub yazıb.

Həmin məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Böyük qürur hissi ilə məruzə edirəm ki, Azərbaycan tarixinin ən böyük sərkərdəsi kimi Müzəffər Ali Baş Komandanlığınız altında Vətən Müharibəsində iştirak etmək hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəfdir.

Bu tarixi zəfərin müəllifi və ən əsas təminatçısı - siyasətilə, iradəsilə, qətiyyətilə, cəsarətilə bütün dünyanın təzyiqlərinə baxmayaraq, həm döyüş meydanında, həm diplomatiya müstəvisində, həm də informasiya müharibəsində düşmənə sarsıdıcı və həlledici zərbələr vuran Sizsiniz!

Bu gün Ermənistan silahlı qüvvələrinin əzəli torpaqlarımızdan qovulması və dövlət sərhədlərimizin bütövlüyünün bərpa edilməsi, işğaldan azad olunan ərazilərimizdə üçrəngli Dövlət bayrağımızın ucaldılması uğrunda müqəddəs Vətən Müharibəsinin iştirakçısı olan hər bir Azərbaycan sərhədçisi Ali Baş Komandanlığınız ilə əldə olunan şanlı Qələbənin sevincini yaşayır.

44 günlük Vətən Müharibəsi zamanı Dövlət Sərhəd Xidməti qarşısında qoyduğunuz döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilmiş, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yaxından iştirak etmişlər.

Vətən Müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilmiş, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilmişdir. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Dövlət bayrağımız sancılmış, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilmişdir.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.

Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanlığınız altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və qəhrəmanlıq nümunələri göstərən hərbi qulluqçularımızın döyüş məharətinin Zati-aliniz tərəfindən yüksək qiymətləndirilməsi, 41 nəfər Azərbaycan sərhədçisinə “Vətən Müharibəsi Qəhrəmanı” adının, “Zəfər” və “Qarabağ” ordenlərinin verilməsi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Azərbaycan sərhədçisinə göstərdiyiniz bu ali diqqət və qayğıya, yüksək etimada görə şəxsən öz adımdan və Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçuları adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirəm.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi əmin edirəm ki, Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da əzmlə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcəkdir!”

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Quliyev: "DSX-nin hərbi potensialı ciddi şəkildə səfərbər olunub"

    Elçin Quliyev: "DSX-nin hərbi potensialı ...

    22-02-2019, 14:44

  • 
  • Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

    Azərbaycan Prezidenti: “Biz döyüş meydanında ...

    26-10-2020, 13:06

  • 
  • Prezident DSX rəisini Xudafərin körpüsündə bayrağımızın qaldırılması münasibətilə təbrik etdi

    Prezident DSX rəisini Xudafərin körpüsündə ...

    19-10-2020, 08:31

  • 
  • Dörd oğlu Vətən Müharibəsində döyüşmüş ana: “Məğlub xalq” ifadəsini üzərimizdən götürdük”

    Dörd oğlu Vətən Müharibəsində döyüşmüş ana: ...

    12-11-2020, 16:00

  • 
  • Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - SİYAHI

    Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin ...

    16-08-2018, 14:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu