Prezident İlham Əliyev Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.
Gundemxeber.Az-iın xəbərinə görə, qanuna əsasən, Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir.
Prezidentin imzaladığı digər fərmanla "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.3.25.7-ci yarımbəndində “Saqiyan” sözü “Günəşli” sözü ilə əvəz edilib.
Həmçinin ölkə baçşçısı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb və “Saqiyan” sözü “Günəşli” sözü ilə əvəz edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?